AVROPA PARLAMENTINDƏ ƏLİYEVLƏRƏ QARŞI KAMPANİYA BAŞLADI

Avropalı deputatlar “Eurovision”dan qabaq siyasi məhbusların buraxılmasını tələb edir

Qraham Vatson: “1918-də Azərbaycanda ilk demokratik dövlətlərdən biri qurulub. O, müasir ideyalarla ayaqlaşmalıdır”

Avropa Parlamentinin bir qrup millət vəkili bu il Bakıda keçiriləcək “Eurovision” musiqi yarışmasından öncə ölkədəki siyasi məhbusların azad olunmasına dair internet-müraciət hazırlayıblar. Avropa İttifaqında 75 deputat mandatına malik olan Liberal Demokrat və İslahat Partiyasının “Azadlığa 12 xal” kampaniyasını (“Twelve points for freedom” – 12 xal mahnı müsabiqəsi iştirakçısına verilən maksimum xaldır) artıq yüzlərlə fəal dəstəkləyib.

Demokratik ənənələr və müasir ideyalarla ayaqlaşmaq tələbi

graham watsonBu barədə “BBC Azərbaycanca”ya müsahibəsində internet müraciətin müəlliflərindən biri britaniyalı millət vəkili Qraham Vatson bildirib. Britaniyalı deputat video-müraciətdə Azərbaycanda ifadə azadlığının olmadığını, bu ölkədə əsas insan haqlarının bərpası istiqamətində təzyiqləri artırmaq üçün çalışdıqlarını deyib: “Biz bu mahnı yarışmasından istifadə edərək siyasi azadlıqlar, demokratiya çatışmazlıqları, qanununçuluğa hörmətın aşağı olmasına diqqəti yönəltməklə rejimi dəyişikliklərə sövq etmək üçün təzyiqlərimizi artırmaq niyyətindəyik. Təssüflər olsun ki, bizim hərəkatın üzvü olan Müsavat Partiyasının fəalları və başqaları saxta ittihamlarla həbs olunub. Biz evlərini rejimin buldozerlərlə dağıtdığı insanları misal göstərə bilərik. Azərbaycanı Avropa ailəsinə daxil etdiyimiz üçün bu ölkədə diqqətə layiq çoxsaylı məsələləri önə şəkmək istəyirik. Bu demokratik ənənələrə malik ölkədir. Azərbaycan 1918-ci ildə islam dünyasında ilk demokratik dövlətlərdən birini qurub. O, müasir ideyalarla ayaqlaşmalıdır”.

Əliyevlərin inkarçılığı

Azərbaycan rəsmiləri ilə görüşlərinə toxunan Qraham Vatson siyasi məhbsularla bağlı müzakirələr zamanı hakimiyyətin qeyri-səmimi mövqedə durduğunu da söyləyib: “Əlbəttə, Azərbaycan rəsmiləri müzakirələrə belə bir problemin inkarı ilə başlayaraq siyasi məhbusların olduğunu danırdılar. Onlar insanların normal siyasi hüquqlardan məhrum olmalarını qəbul etmirdilər. Bu məsələdə daha dərinə gedərək misallar çəkiləndə isə rəsmilər müdafə mövqeyinə keçirdilər. Onlar deyirdilər ki, qərbi avropalılar mühazirə oxumaq cəhdlərindən əl çəkməlidirlər və s. Baxın, bunlar avtoritar rejimlərin dünya boyu əl atdığı bəhanələrdir. Həqiqət budur ki, XXI əsrdə bu bəhanələr keçmir və təcrid olunmuş vəziyyətdə yaşamaq mümkün deyil”.

Ədalətli tənqid

İnsan hüquqları müdafiəçiləri və ictimai fəalların bəzi Qərb dövlətlərini Azərbaycanın enerji ehtiyatları müqabilində demokratik çatışmamazlıqlara göz yummaqda tənqid etməsinə toxunan britaniyalı deputat həmin tənqidlərin ədalətli olduğunu bildirib: “Bu, çox ədalətli tənqdiddir. Məhz bu səbədən də biz kampaniyamızı genişləndiririk. Güman edirəm ki, alternativ mənbələrin inkişafıyla Azərbaycanın enerji ehtiyatlarından asılılığımız azalacaq. Zənimcə, Azərbaycanın Avropa Şurasına üzv olması və bu təşkilatın standartlarına cavab verməsinin zəruriliyi xatırladılmalıdır. Azərbaycan eyni zamanda Avropa İttifaqının partnyorluq proqramının üzvüdür. Sözsüz ki, Aərbaycanı müasirliyə sövq etməklə bağlı imkanlar mövcuddur”.  

Hakimiyyətin fırıldaqçılığı

Qraham Vatson Azərbaycan hakimiyyətinin İrandan islam inqilabı təhlükəsiylə bağlı açıqlamalarına da münasibət bildirib: “Biz hamımız çətinlikdə yaşayırıq. Lakin fırıldaqçılar əsrlər boyu “demokratiya sabah gələcək” bəhanəsindən istifadə ediblər. Həqiqət budur ki, dünyanın ən sabit ölkələri demokratik ölkələrdir. Bu ölkələrdə ifadə azadlığına imkan verilərək sosial konssesus qurulub. Mən Azərbaycan hökumətinin sosial konssesusa doğru irəlilədiyini görmək istəyirəm. Demokratiyanın qurulması çətin olsa da, o uzun müddət üçün daha uğurludur”.

AXCP fəallarının döyülməsi Avropa Parlamentində

Qraham Vatson Avropa Parlamentinin Strasburqda keçirilən sonuncu iclasında da Azərbaycandakı vəziyyətlə bağlı çıxış edib. O, bildirib ki, Azərbaycanda azad media yoxdur. Ölkədə azad seçkilər keçirilmir. Qraham Vatson AXCP fəallarının siyasi məhbuslara azadlıq tələbiylə keçirdiyi etiraz aksiyası zamanı gənclərin polis zorakılığına məruz qaldığını da söyləyib. 

~ tərəfindən Patriot 18/03/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin