MÜƏMMALI QƏTLLƏR SİLSİLƏSİNDƏN

afiyeddin celilov-semsi rehimov

Başa çatmamış cinayət işləri və ya geriyə qayıdan bumeranq

1994-ci il sentyabrın 30-də Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun öldürülməsi faktı üzrə cinayət işi qaldırıldı. Bundan sonra istintaqın davam etdirilməsi MTN-in İstintaq Şöbəsinə cinayət işinin materiallarının həvalə edilməsi düzgün olmadı.

Günahsız “OMON”çular

Bu cinayətlər əsasən iki “OMON”-çu üzərində qurulub və həmin şəxslər müxtəlif müddətlərə həbs cəzasına da məhkum edilib. Əsas təşkilatçı isə Mahir Cavadov elan olunub. Əslində qətl ittihamları şəxsi qərəz münasibətində baş verib. Çünki hüquq-mühafizə orqanlarının işçiləri qondarma eyni zamanda “səmimi etiraflar”lardan savayı Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin zirzəmisində subut-dəlil əldə edə bilməyiblər. Qətildə ittiham edilənlərə garşı heç bir başqa sübutlar olmayıb və onların bu qətllərdə iştirakı təsdiqlənməyib. Buna baxmayaraq onlar müxtəlif müddətlərə məhkum olunublar. Ömürlük həbs cəzasına məhkum edilmiş Elçin Əliyev isə, bir neçə ildən sonra həbsxanada dünyasını dəyişib.

Azərbaycanda MTN-nin sabiq müstəntiqi, hazırda Fransada yaşayan Ramin Nağıyev səsküylü qətllər və onların açılmaması haqda sensasion məqalə ilə çıxış edib. Azərbaycan cəmiyyətinə sirli olan bir çox məqamlara işıq salan həmin məqaləni diqqətinizə çatdırırıq:

“Ş.Rəhimovun, A.Cəlilovun və onun sürücüsünün qətilindən 17-il ötür. Bütün bu vaxt ərzində mənə bu cinayətlərin arxasında dayanan şəxslərin adları məlum idi. Lakin mən susmağa məcbur idim. Çünki əsil qatillər azadlıqda idilər və onların arxasında yüksək vəzifəli himayədarları dayanırdı. Bu istiqamətdə mənim bütün cəhdləriminin qarşısı Azərbaycanın güc strukturlarının rəhbərləri tərəfindən alınırdı. Sonradan məni işimdən uzaqlaşdırdılar.

Şəmsi Rəhimov və Afiyəddin Cəlilov Surət Hüseynovun cinayətlərindən xəbərdar imiş

Mövcud həkimiyyətin Cavadovlar qardaşlarına qarşı Ş.Rəhimovun və onun sürücüsünün qətlində irəli sürdükləri ittihamlar tam böhtan və yalandır. Bu iş üzrə cinayət işində məhkəmə hökmləri də tam saxtadır. Bu günləri mən ilk dəfə bu qətillərin sifarişçilərini və təşkilatçılarının adlarını çəkəcəm. 1994-cü ildə Surət Hüseynov Azərbaycan Respublikasının müdafiə naziri və hökumət başçısı, eyni zamanda 1994-ci ildə Azərbaycanın milli təhlükəsizlik naziri Nəriman İmranov və 1994-ci ildə Azərbaycanın baş prokuroru Əli Ömərov qətllərin və oğruluq izlərinin gizlədilməsi cəhdində olublar. Bu proseslər isə Müdafiə Nazirliyinin daxilində baş verirdi.

Belə ki, özünün birbaşa vəzifələrini yerinə yetirərkən xüsusi idarənin rəisi Şəmsi Rəhimov da böyük oğurluq pul vəsaiti aşkar edib. Onlara rəhbərlik edən Surət Hüseynov Azərbaycan müdafiə Nazirliyi sistemində baş rolda olub. Onların qeyri-qanuni əməlləri barədə isə Şəmsi Rəhimov mərhum prezident Heydər Əliyevə məruzə edib. O, xaricdə bankların siyahısını və milyonlarla dollar vəsaitin qeyri-qanuni yolla ölkədən çıxarılması, ABŞ-ın hansı banklarının hesablarına həmin vəsaitlərin daxil olması barədə sənədləri H.Əliyevə təqdim edib. Ş.Rəhimov bütün bu cinayətlərin təfərrüatını açıqlayıb və oğurlanan milyonlarla vəsaitin necə ölkədən çıxarılması üsullarını aşkarladığını H.Əliyevə bildirib.

Ş.Rəhimovun məruzəsindən sonra H.Əliyev bu oğurluqların törədilməsində bilavasitə iştirakı olan bütün şəxslərin, müəyyən xarici banklarda hesabların sahiblərinin adlarının, oğurlanan pulların daha dəqiq hara köçürüldüyü istiqamətində aparılan qeyri-qanuni əməliyyatların dəqiqləşdirilməsini ona tapşırır. Bundan əlavə H.Əliyev yoxlanılmış yerli deputatlardan ibarət gələcəkdə Müdafiə Nazirliyinin maliyyə fəaliyyətinin yoxlanılması barədə komisiya yaradılmasını Milli Məclisin sədri A.Cəlilova tapşırdı. Bu komissiyaya akademik Ziya Bunyadov da daxil edilib. Bütün sənədlər isə A.Cəlilova komissiyanın işi üçün verilmişdir ki, o iş də seyfdə saxlanılırdı. Lakin bu komissiya öz işini yekunlaşdıra bilmədi. Çünki bütün yuxarıda sadalanan şəxslər tərəfindən onlar qətlə yetirildi.

S.Hüseynov, N.İmranov və Ə.Ömərov başa düşürdülər ki, prezident bu qətllərdən sonra ilk növbədə onlardan şübhələnəcək. Bunun qarşısını almaq üçün isə onlar Elçin Əliyevi və Fazil Hüseynovu özlərinin qaranlıq işlərində istifadə etdilər. “OMONU”-u Heydər Əliyevlə üz-üzə qoymaqla o şəxslər bu qətlləri Cavadov qardaşlarının üzərinə yıxdılar. Bu planın baş tutmasına baxmayaraq prezident bundan istifadə edərək sonrakı bütün addımlarda bütün rəqiblərini məhv edib. İlk növbədə, S.Hüseynov öz vəzifəsindən kənarlaşdırılaraq həbs edildi və sonradan N.İmranov 1994-cü ilin oktyabr hadisələri zamanı MTN-nin təcridxanasından S.Hüseynovun və Rəhim Qazıyevin qaçırılmasında ittiham edilərək həbsə alındı. Bunun ardınca isə Əli Ömərov vəzifəsindən azad olundu. 1995-ci ilin martında Rövşən Cavadov öldürülüb. “OMON”-nun təxminən 1000 yaxın əməkdaşı müxtəlif müddətlərə məhkum olunublar.

Surət Hüseynovun ordu adına mənimsədiyi pullar

1994-ci ildə Şəmsi Rəhimovun ölümündən bir ay sonra MTN-nə kapitan rütbəsində olan Müdafiə Nazirliyinin maliyyə hissəsindən bir əməkdaşı mənim yanıma gəldi. Onun adı mənim yadımda deyil. Onun mənə təqdim etdiyi sənədlərdən belə məlum oldu ki, Ş.Rəhimov ondan özünün etibarlı adamı kimi istifadə edib. Həmçinin onun mənə verdiyi sənədlərdə Müdafiə Nazirliyində baş verən külli miqdarda yeyinti faktlarından qeyd edilirdi. Həmin səndələrdə o cümlədən MN sistemində böyük oğurluğun olduğu və neft məhsullarının satışı ilə bağlı saxta əqdlərin olması barədə məlumatlar var idi. O vaxt istintaq qurupunun rəhbərliyi qərara aldı ki, artıq Ş.Rəhimovun qətilində şübhəli bilinən şəxslər həbs edilib. Elə bu səbəbdən də kapitanın gətirdiyi sənədlər Baş Prokurorluğa təqdim edilməlidir. Mən bu hadisəni xatirlaya bilməzdim əgər general Vahid Musayev qarşıma çıxmasaydı.

Fakt yumruq kimidir-onu qulaqardına vurmaq olmaz

Yenidən cinayət işinə qayıtmaq istərdim. Məlum faktlara baxmayaraq araşdırılması əvvəldən məlum idi ki, “OMON”lara qarşı tələ qurulmuşdu. Bütün sübutlar və şübhəli şəxslərin ifadələrinə məndən gözlərimi bağlamaq tələb olunurdu. Yəni ki, hər şeyə göz yummaq.

– Mənim qrupuma daxil olan şahidlərin gəlişini təmin edən, hər qorxuzaraq şahidlərin və cinayət axtarışı əməkdaşları və artıq danışmamaq məsləhət gördülər. Bu işlə konkret cinayət axtarış idarəsinin polkovniki Vaqif Şərifov məşğul olub. Sonradan R.Usubovun əmri ilə o, Bakıdan Gəncəyə xidməti təcili olaraq köçürüldüb.

– Şahid ifadələrinə əsasən məlum idi ki, axşam saat 19 radələrində Ş.Rəhimovun yanına çox şübhəli davranan gənc insan, bir neçə dəfə gəlib və gedib. O zaman gördüm ki, onun arxasınca tələsik müşahidə uzaqlaşdı. Davranış tərzinə, üslubuna geyim və şahidin fikrincə, bu adam əslən Şimali Qafqazdan olan şəxslər öz cizgilərinə görə, orada vaxtilə uzun müddət yaşamışdır.

– Ş.Rəhimovun həyat yoldaşının son sözlərindən məlum olub ki, son günlər onlara izləyirlər, iş və ev telefonunun danışıqları MTN tərəfindən dinlənir. Bu barədə Ş.Rəhimov hava limanından səfərə gedən prezident H.Əliyevə məlumat verib. Prezident ona bildirib ki, qayıtdıqdan sonra məsələni araşdıracaq.

– Şahid ifadələrinə görə, müəyyən edilib ki, Ş.Rəhimov təxminən axşam saat 19 radələrində blokun qarşısında onunla qarşılaşıb. Ş.Rəhimov xidməti avtomobilindən düşdükdən sonra, kənarda qirmizi rəngli jiquli markalı avtomobil müşahidə edilib. Ancaq şahid həmin avtomobildən heç kəs düşməydiyini və yalnız dörd nəfərdən ibarət şəxsin avtomobildə siqarət çəkdiklərini görüb.

– Həmin şəhidin ifadələrinin yoxlanılması zamanı MTN-in qarajında qırmızı jiqulu markalı avtomobilin olmadığı müəyyənləşməmişdi. DİN bu barədə cavab verməkdən imtina edib. Lakin sonradan baş prokurorluq və DİN-nin birgə keçirilən əməliyyatı nəticəsində müəyyən olunub ki, Daxili İşlər Nazirliyinin 7-ci şöbəsinin belə bir maşını olub.

– Şübhəli şəxslərin ifadələri ilə əlaqədar respublika üzrə DİN və MTN Andi adlı çeçen müəyyən edilib. Onun tutulması istiqamətində tədbirlər hayat keçirilməyə başlanılıb. Bir neçə gün sonra isə Daxili İşlər Nazirliyinin xətti ilə bu tədbirlərin qarşısı alınıb. Bu barədə DYP əməkdaşı tərəfindən baş leytenanta Hüseynov MTN-də istintaqa çağırılan öyrənilib. Dindirmə zamanı o göstərmişdir ki, noyabrın sonunda Şıx çimərliyi yaxınlığında Andi adlı çeçeni görüb. Sonradan naməlum səbəblərdən baş leytenant saxlanılıb və 10-cu gün MCQMİ-nin zirzəmisində özünün bütün ifadələrdən imtina edib.

– İstintaq zamanı şahidin Ş.Rəhimovun qətlini törədən şəxslərin görməsi təsdiqini tapmayıb. Və ən başlıcası, tanınma zamanı ona təqdim olunmuş tanınması üçün F.Muxtarov, E.Əliyevi və F.Hüseynovu tanımayıb. Şahid görmüş şəxslərin cinayətkar olması harada qətl hadisəsi törədilməsi, bu zaman o insanlar deyil, o bundan savayı Ş.Rəhimovu qətl tördilməyən gecə görmüşəm deyib.

– Belə ifadələri iş üzrə adı keçən digər şahidlər də veriblər və tanınmalar zamanı “OMON”çulara qarşı heç bir dəlil-subut olmayıb. Mənim yuxarıda göstərilən 1994-ci il dekabrın 31-də əsasən azad edilməsi barədə qərar F.Muxtarova üçün mühafizə altında olan başqa yerə getməmək haqqında iltizam alınıb. Belə bir qərarın mən tərəfindən verilməsi ağılıma gələ bilməzdi ki, sonradan hansı təzyiqlər mənə qarşı olacaq. İkisi yanvar bu barədə səs-küy qalxdı. Baş prokuror Eldar Həsənovla daxili işlər naziri Ramil Usubov təcili prezident Heydər Əliyevin yanına gedərək orada MTN-nin əməkdaşlarından şikayətçi düşüblər. Eldar Həsənov Heydər Əliyevə deyir ki, “Belə işləmək mümkün deyil, biz qatilləri həbs etmək istəyirik ancaq MTN isə onları azad edir”.

~ tərəfindən Patriot 06/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma