KƏMALƏDDİN HEYDƏROV “QARA SİYAHIDA”

kemaleddin-ilham

İlham Əliyev gizli vəsiyyətin icrasına başladı

Birinci şəxsdən “fövqəl göstəriş”- Kəmaləddin Heydərovun iqtisadi cinayətləri araşdırılır

Məlumata görə İlham Əliyev seçkilərdən dərhal sonra ciddi kadr dəyişiklikləri aparmaq istəyib. Bununla o həm köhnə qvardiya ilə vidalaşmaq, həm də gözdən və nüfuzdan düşmüş məmurlardan qurtulmaqla xalqın, eləcə də beynəlxalq ictimiayyətin az da olsa etimadını qazanmaq istəyib. Onun bu istəyinin reallaşması nəinki mümkün olmayıb, əksinə hakimiyyət və ailə daxilində qarşıdurma yaradıb.

Heydərovun Baş Nazirlik iddiasının yaratdığı başağrısı

Belə ki, Paşayevlər də daxil olmaqla hakimiyyətdə söz sahibi olan bir bir sıra nüfuz sahibləri ilə  razılaşdırılaraq yeni hökümət kabinetinin üzvləri müəyyən edilib və nəzərdə tutulurmuş ki, inauqrasiyadan dərhal sonra təyinatlar həyata keçirilsin, hökümətin yeni tərkibi açıqlansın. Amma son anda 09 oktyabr seçkilərinin əsas maliyə maqnatı və “kürü diplomatiyası”- nın avanqard qüvvələrindən olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun məsələyə müdaxilə etməsi, Prezident Adminstrasiyasına gələrək İlham Əliyevlə təxminən 3 saat “razborka” aparması və baş nazir olmaq iddiasını, digər kadrlarının isə müxtəlif vəzifələrə təyin olunmasını açıq ortaya qoyması planı pozub. Verilən məlumata görə K. Heydərovun iddiasına cavabda İlham Əliyev “mən səni FHN- də görmək istəyirəm” cavabına FHN şefi yenə israrla “mən də özümü baş nazir görürəm” deyimi ilə cavab verib. Yeri gəlmişkən qeyd edək ki, FHN şefinin baş nazir olmaq iddiasına Ramiz Mehdiyev dövlət başçısına “K. Heydərov baş nazir olsa 6 aydan sonra ölkədə dövlət çevrilişi olar, hakimiyyət dagılar” deyərək etirazını bildirib.

Digər məlumatda qeyd olunur ki, İlham Əliyev Kəmaləddin Heydərov daxil olmaqla “Naxçıvan klanı”- nın təzyiqlərini yaxın bir neçə ayda tam zərəsizləşdirmək qərarına gəlib. Təbii ki, bu klanın başında dayananların biri FHN rəhbəri, özünə xeyli siyasi və iqtisadikapital yığmış Kəmaləddin Heydərovdur.

Hakimiyət daxilindən verilən özəl məlumatlara görə hakimiyyətdaxili ailə qrupu Paşayevlər qrupunun Kəmaləddin Heydərovun baş nazir olmaq iddiası və son zamanalr onun iddiası ilə bərabər təsir imkanlarının, iqtisadi və siyasi gücünün artmasından ehtiyat edərək “fövqəlnazir”- i zərəsizləşdirmək haqqında qəti qərar qəbul ediblər. Xatırladaq ki, öncəki illərdə də onun haqqında analoji qərarlar verilmişdi. Lakin onun tam iddialarını biruzə verməməsi, hələ kifayət qədər “şişməməsi” və hakimiyyət üçün lazımlı fiqur olması bu qərardan sonda geri çəkilməklə nəticələnmişdi.

Məlumatlara görə artıq FHN şefinin həyata keçirdi və ya rəhbərlik bir sıra iqtisadi və siyasi layihələr demək olar ki, dayandırılıb. Artıq onun bütün sahələrdə təftiş olunması, yoxlanılmasına başlanılıb. Eyni zamanda etibar edilən və böyük vəsaitlər ayrılan bir sıra sahələrdə fövqəlnazir ona bəslənən ümidləri doğrultmayıb. Vəsaitlər mənimsənilib, hökümətin və ölkənin yerli və beynəlxalq ictimaiyyəti tərəfindən “qara siyahı”- ya düşüb. Sahələr üzrə ona etibar olunan, görülən işlərdəki problemlərə və mənimsənilən vəsaitlərə baxaq;

İqtisadi korrupsiya: söhbət 1 milyarddan gedir

Ötən 3 ildə Kür – Araz daşqınları və Qax – Zaqatala zəlzələsi ilə bağlı dövlət büdcəsindən FHN – ə nə az, nə çox 1,1 milyard manat vəsait ayrılıb. Amma məlum olub ki, K. Heydərovun apardığı büdcə talançılığı ilə bu vəsaitlərin əhəmiyyətli bir hissəsi korrupsiyanın qurbanı olub və elə “fövqəlnazir”-in özü və yaxın ətrafı tərəfindən mənimsənilib (bu barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik – red.). Təkcə Qax – Zaqatala zəlzələsi ilə bağlı ayrılmış 609 milyon manatdan 150 milyon manata qədər vəsait DSMF- dən, gəlir vergisindən, əlavə dəyir vergisindən və s. gizlədilərək mənimsənilib. Evlərin tikilməsi maya dəyərindən 2,5- 3 dəfə baha qiymətə sənədləşdirilib. Artıq zəlzələ bölgəsində işlərin görülməsi demək olar ki, saxlanılıb. Bununla bağlı aparılan təftiş və yoxlamalar FHN saytından bütün məlumatların yığışdırılması ilə nəticələnib. Eyni zamanda  Zaqatala – Balakən zəlzələ bölgəsində FHN – nin sifarişi ilə kamplar (hazır evlər) inşa edən Türkiyənin “Hekim Holdinq” şirkətlər qrupuna məxsus “Özge Yapı” biznes fəaliyyəti göstərməsi, ermənilərlə separatçı iş birliyində olması və Azərbaycanın dövlət büdcəsindən  həmin şirkətə milyonlarla vəsait ödənilməsi Kəmaləddin Heydərov üçün əlavə problemə, baş ağrısına çevrilib. Digər tərəfdən Gənclikdə 5 saylı FHN üçün 16 mərtəbəli inzibatı binanın tikintisi dayandırılıb. Hazırda K. Heydərovun zəlzələ pulları ilə ölkənin müxtəlif bölgəsində inşa etdirdiyi obyek, villa və evlərin, eləcə də sosial mənşəli tikililərin, inzibatı binaların siyahıya alınması prosesi gedir. Bu yöndə əlimizdə məlumatlar var və növbəti sayımızda bu mövzuya qayıdacağıq…

Kəmaləddin Heydərov ölkədə bir çox sahələr faktiki olaraq monopoliyaya və nəzarətə alıb. Ölkəyə idxal olunan və ölkədənixrac olunan bir çox mallara FHN şefi birbaşa əl qoyub. Dövlət Gömrük Komitəsi də onun nəzarəti altındadır. Yəni o istənilən vaxt ölkədə iqtisadi gərginlik, süni bahalıq və ya infliyasiya yaratmağa təsir edə bilər. Bir çox iqtisadi vasitələr onun əlində cəmləşib. K. Heydərov həm də bu baxımdan da hakimiyyət üçün təhlükəlidir.

Siyasi layihələrin uğursuzluğu

2013- cü il prezident seçkilərinə qədər olan mühüm hissə və seçkinin əhəmiyyətli bir hissəsi K. Heydərova tapşırılmışdı. Ona hakimiyyətə loyal, üzü yola müxalifət formalaşdırmaq tapşırılsa da o bu vəzifənin öhdəsindən gələ bilmədi. Onun yaratdığı və seçkilərə qoşduğu qondarma “Naxçıvan klanı”-nınmüxalif namizədləriyerli və beynəlxalq ictimaiyyətin gözündə İlham Əliyevə qarşı əks effekt yaratdılar. Naxçıvanlıların təbrincə desək “donqili müaxlifətçilik”- dən o yana gedə bilmədilər.

Media sahəsindəson 10 ildənə qədər elektron və çap məhsulları mediası yaratsa da, müxtəlif holdinqlər qursa da bu sahədə də başarılı ola bilmədi. Müxalifət mediasına uduzur. Onun nəzarətində olan media qurumlarının texniki resurlsları, işçi heyəti, maaşları yüksək olsa da tirajı və izlənmə sayı azdır. Bəsit və məddah məlumatlar, verilişlər oxucu tərəfindən qəbul edilmir. Çoxlu saylı çap vəelektron media quruluşları etimadı və onlara qoyulan investisiyaları  doğrultmadı. Digər tərəfdən sosial şəbəkələr və internet üçün hakimiyyətin ayırdığı milyonlar da onu bu sahədə müxalifətə uduzdurur.

“WikiLeaks” saytının xəbərdarlığı: “FHN-in əlində hərbi qüvvələr olduğuna görə Heydərov güc yolu ilə hakimiyyəti ələ almağa cəhd edə bilər”

Bir neçə il bundan öncə ABŞ- ın Azərbaycandakı səfirliyinə istinadən WikiLeaks saytı da Kəmaləddin Heydərov haqqında maraqlı məxfi dosye açıqlamışdı. Maraqlıdır ki, həmin dosyedəki məlumatların böyük əksəriyyəti reallığı əks etdirir, bu gün daha doğru və dolğun görünür. “WikiLeaks saytında yazılanlara nəzər yetirək; “Yerli biznesmenlərlə söhbətlərdə ancaq bir ad eşitmək mümkündür – Kəmaləddin. Onu faktiki olaraq ölkənin ən qüdrətli adamı hesab edirlər”, “Onun şəxsi işgüzar çevrəsi də səlahiyyətləri kimi genişdir. Heydərovnəhəng “ATA Holdinq” konqlomeratını idarəedir, o həmçinin “Caspian Fish Company”insahibidir. Gömrükdə ki rıçaqları vasitəsilə Heydərovun alkoqollu içkiləri stehsalı və idxalında da güclü maraqları var, habelə Bakıda kıiri tütün fabriki də onun himayəsindədir. Heydərov “Gilan” holdinqinin də sahibidir. 2006-cı ildə Heydərov Azərbaycanda narşirəsi bazarını da inhisara alıb. Bir sözlə “siyasi nöqteyi-nəzərdən Heydərovun imkanları onun nazir vəzifəsindən xeyli uzağa gedir”, “Bir çox müşahidəçilərə görə, o, daha çox hakimiyyət əldə edə bilər. Heydərovun adı tez-tez baş nazir postuna iddialılar arasında da çəkilir”, “Bir çoxları hesab edir ki, FHN-in əlində hərbi qüvvələr olduğuna görə Heydərov güc yolu ilə hakimiyyəti ələ almağa cəhd edə bilər”. Göründüyü kimi onun haqında yazılanlar hazırda yazıda bəhs etdiyimiz məqamlarla tamamilə üst- üstə düşür.

Kəmaləddin Hedyərovla bağlı vəsiyyət…

Göründüyü kimi Kəmaləddin Heydərov böyük imtiyazların, səlahiyyətlərin və iri kapitalın fonunda ona verilən şansları və imkanları laımınca dəyərləndirə bilməyib. Daha çox öz şəxsi hakimiyyətini möhkəmlətmək və imperiyasını qurmaq üçün çalışıb. Yerli və beynəlxalq ictimaiyyətin gözündə monopolist, kariyerist, korrupsioner məmur obrazı yaradıb ki, bunun da zərbəsi mövcud hakimiyyətə dəyib. Bütün bunları da nəzərə alan Əliyev- Paşayev qruplaşması K. Heydərovun iqtisadi- siyasi gücü ilə bərabər iddialarının artması fonunda onu tam zərərsizləşdirmək kursu götürüblər.

Bu arada maraqlı bir məqamı da qeyd edək ki, Heydər Əliyev ölümündən az öncə İlham Əliyevi hakimiyyətə hazırlayan zaman komandasında olan və olmayan bəzi şəxslər haqqında ona müəyyən fikirlər söyləyib. Əldə etdiyimiz məlumata görə o, oğluna Kəmaləddin Heydərovun iddialı və təhlükəli olduğuna görə ona qarşı diqqətli olmağı vəsiyyət edib. “Oçqarikdən özünü gözlə və ehtiyatlı ol, o çox təhlükəli adamdır. Onu qabağa çox buraxma”. Aldığımız son məlumatlar onu deməyə əsas verir ki, İlham Əliyev atasının vəziyətini yerinə yetirməyə başlayıb və Kəmaləddin Heydərovu tamamilə zərərsizləşdirməyə başlayıb. Bu zərərsizləşdirmə ya FHN şefinin sıradan çıxarılmasına, ya da İlham Əliyevin özü üçün əməlli- başlı baş arğısı olması ilə nəticələnəcək.

Kürşad Kaya

~ tərəfindən Patriot 17/11/2013.

Bir Cavab to “KƏMALƏDDİN HEYDƏROV “QARA SİYAHIDA””

  1. Kəmaləddin Heydərov Xalq arasında ən böyük hörmətə layiq olan 1 nömrəli nazirdir. Bunu sizdə yaxşı bilirsiniz. Onun vəzifəsi nə qədər yüksəlsə xalqın güzaranıda bir o qədər yaxşılaşacaq. Kəmaləddin müəllimin rəhbərlik etdiyi struktura oradakı vəziyyətə baxın, FHN-də minlərlə xidmət keçmiş əsgərləri danışdırın, görün hansı səviyyədə qulluq ediblər onlara, hansı şəraitdə xidmət ediblər? Pismi olar bütün ölkə elə yüksək səviyyəyə gəlsə?

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma