“HƏR KƏS BU ADAM HAQQINDA DANIŞIR”

islam-agabeyov

İşgəncə aləti İslam Ağabəyovun tərcümeyi-halı və psixoloji portreti

O, Nardaran dustaqlarına faşistvarı işgəncələrin verilməsində adı hallanan ən qabarıq şəxs kimi təqdim edildi. Bandotdelin ən acımasız, ən qəddar işgəncə alətlərindən biri kimi sosial şəbəkələrin lənətinə açıq elan edildi.

Bütün cəmiyyət bu adamın verdiyi işgəncənin vüsət və kinindən heyrətə düşdü. «Belə işgəncəni doğuran hansı düşmən təfəkkürüdür»– deyə, hər kəs heyrət edirdi.

Doğrudan da, kimdir axı, bu adam? Niyə bu qədər qəddarlığı edə bilir? Öz millətindən olan, hətta ən qəddar cinayətkara da bu qədər rəhmsizliklə və qəddarlıqla işgəncə vermək üçün insanın məxsusi psixoloji qatı olmalıdır, axı. Normal, psixoloji zədəsi olmayan, cəmiyyətdən əlahiddə incikliyi olmayan kimsə bu qədər ağır işgəncələrə əl ata bilməz. Tamam, Azərbaycanda istintaq prosesinin işgəncələrlə aparıldığı sirr deyil, amma axı, bu qədər qəddarlıq üçün bir əsas olmalıdır. Buna görə də, azerbaycansaati.tv olaraq, ötəri bir araşdırma apardıq. Öyrənmək istədik ki, İslam Ağabəyov adlı bu adam bu mənəvi- psixoloji yapını necə əldə edib?

Onun xidməti karyerası

İslam Ağabəyov uzun illərdir ki, polis orqnlarında işləyir və bu sistemdə qulluğa serjant rütbəsi ilə başlayıb. Serjant kimi xidmətə alındıqdan sonra Orta Polis məktəbini bitirib və məktəbi bitirəndən sonra Polis leytenantı rütbəsi alıb. Polis leytenantı İslam Ağabəyovun fəaliyyətinin uzun bir dövrü Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində keçib. Burada müfəttiş kimi cinayətkarların axtarılması ilə məşğul olub.

Amma onun vətəndaşlara qarşı xüsusi qəddarlığı həmişə başqalarından fərqlənib. Hətta, çox zaman saxlanılan şəxslərə qarşı bütün əndazələri aşan qəddarlığına görə dəfələrlə Polis İdarəsinin rəhbərliyinin töhmət və danlaqları ilə üzləşib.

Burada bir qədər izahat vermək lazım gələcək. Hal- hazırda Sabunçu Polis İdarəsində işləyən bir polis zabitinin azerbaycansaati.tv- yə verdiyi bilgiyə görə İslam Ağabəyovun işlədiyi kollektivdə heç zaman heç bir nüfuzu olmayıb. O, həmkarlarının dostluq və yaxınlıq münasibətlərindən kənarda olub. Kollektivdə, bir növ, dışlanmış durumda olub. Keçmiş həmkarı da vurğulayır ki, «görünür, İslam Ağabəyov kollektivdə özünə qarşı bu münasibətin əvəzini saxlanılan dustaqlara amansız işgəncələr verməklə çıxmağın mümkünlüyünü hesablayırmış». O, həmişə belə olub. «Həmişə kollektiv ona insani münasibətlərdə yaxına buraxılmayacaq birisi kimi yanaşıb, o da həmişə xüsusi qəddarllıqla fərqlənməyə çalışıb».

Sabunçu rayonunda Cinayət Axtarış Şöbəsinin əməkdaşı kimi, o, Nardaran, Maştağa, Bilgəh, Pirşağı və Sabunçunun digər qəsəbələrinin əhalisini əla tanıyıb. Bu qəsəbə və kəndlərdə, əsasən, narkomanlardan ibarət olaraq formalaşdıra bildiyi yaxşı agentura şəbəkəsi olub. Əlbəttə, elə həmin narkomanlar da İ. Ağayevin verdiyi ,,payoklar,, müqabilində onu zəruri informasiyalarla təmin ediblər. Yeri gəlmişkən, İslam Ağayevin polis orqanlarında «qohumunu girov götür, lazım olan şəxsə ultimatum göndər» praktikasını ən geniş şəkildə tətbiq edən əməliyyat müfəttişlərindən biri olub.

1996- cı ildə İslam Ağayev qanunsuz neft alverinə girişib. Bu alver Yeni Bakı Neftayrıma zavodu- Sumqayıt neft kəmərindən kerosin oğurlayıb satmaqdan ibarət idi. İslam Ağayevin polis işçilərindən ibarət olaraq yaratdığı qrup bu kəmərdən neft oğurlayıb satan dəstənin təhlükəsizliyini təmin etməklə məşğul olub. O zamanlardan pul yığmağın çəmini tapıb, amma hələ də bahalı avtomobil almır ki, «düşmənlər fürsət gözləyirlər». O, mavi rəngli VAZ2106 markalı avtobildən istifadə edir. Əvvəllər bu avtomobilin təmirini Balaxanıda himayəsi altında olan bir profilakturada etdirirdi və təbii ki, pulsuz.

Qardaşı ona görə xəcalət çəkir

Elə həmin 1996- cı ildə, o, özünün kiçik qardaşı Ruslan Ağabəyovu da Sabunçu rayon Polis İdarəsində işə düzəldə bilib. Ruslan Ağabəyov indi də həmin İdarədə serjant rütbəsi ilə növbətçi koməkçisi vəzifəsində işləməkdə davam edir. Sabunçu polisindəki mənbənin bizə verdiyi məlumata görə, Ruslan Ağabəyov qardaşı İslamın «davranış kodeksi»nə görə həmişə xəcalət çəkib və indi də belədir. Maraqlıdır ki, Sabunçu polisində indi də İslam Ağabəyovu öz xidmət yoldaşları haqqında rəhbərliyə danos verən şəxs kimi tanıyırlar. Bu zəmində də onun həmkarları ilə dəfələrlə mübahisəsi düşüb və mənbənin israrla bildirdiyinə görə, hətta polis həmkarları bu satqınlığa görə İslamı bir neçə dəfə də əzişdiriblər. Kollektivdən bu keyfiyyətlərinə görə dışlanmış İslam Ağabəyov, təbii ki, sabunşu polisində işlədiyi zaman heç kimi xeyir- şər işlərinə dəvət almayıb.

Az əvvəl sadalanan keyfiyyətlər onu deməyə əsas verir ki, rütbə və pul müqabilində hətta öz həmkarlarını da satan belə bir adamın indi, bandotdeldə işgəncə aləti kimi istifadə edilməsi təsadüfi deyil. O, hələlik, istifadə edilir….

~ tərəfindən Patriot 26/08/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: