GÜRCÜSTAN RUSLARDAN QURTULUR

nato-gurcustan

NATO qoşunları Qafqazda qalacaq

Gürcüstanda NATO-nun daimi qoşun hissəsi yerləşdiriləcək.

Bu barədə ölkənin müdafiə naziri Tina Xidaşelii deyib.

Onun sözlərinə görə, həmin dəstə mayın 13-dən başlayan “Noble Partner – 2016” hərbi təlimlərindən sonra təqdim olunacaq: “Məhz bu təlimlərin bitməsindən sonra Gürcüstanda NATO çevik operativ reaksiya qüvvələrinin sertifikatlamış dəstəsi yerləşdiriləcək. Bu NATO nişanları daşıyacaq ilk rəsmi dəstə olacaq”.

“Noble Partnet-2016” təlimləri mayın 26-na qədər davam edəcək və təlimlərdə 1300 nəfər, o cümlədən 600 amerikalı, 500 gürcü və 150 britaniyalı hərbçi iştirak edəcək.

~ tərəfindən Patriot 12/05/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin