AZADLIQ QƏZETİNƏ DƏSTƏK OL!

azadliq redaksiya

Yarandığı zamandan nəinki çox çətin günlərə qədər daima öz prinsiplərinə sadiq qalan, bu yolda həmişə ən çətin sınaqlara, təzyiqlərə məruz qalsa da on minlərlə oxucusunun və Azərbaycanın mütərəqqi ictimai çəvrələrinin dəstəyinə güvənən “Azadlıq” həmişə olduğu kimi yenə də bütün qüruru və əzəməti ilə meydandadır.

Elə bu əzəmət də həmişə qaragüruhu, ölkə insanının hürriyətinə xor baxanları narahat edib. Biz həmişə bizi dəstəkləyən insanların demokratiya uğrunda ardıcıl və prinsipial mübarizəsinə güvənmişik. Ən çətin günlərimizdə isə həmin insanların birmənalı dəstəyini hiss edərək yolumuza davam etmişik. Lap bu yaxınlarda, sentyabr ayında “Azadlıq” öz çətinliklərini çəkinmədən onu sevən minlərlə insana açdı və bizə verilən dəstək bizi əmin etdi ki, səhv etməmişik.
İndi “Azadlıq” qəzetinin kollektivi Azərbaycan cəmiyyətinin bu məğrur və əyilməz yetirməsinin mövcudluğu yolunda daha bir sınaq qarşısındadır. Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun iddiası ilə məhkəmənin “Azadlıq”ı 30 min manat cərimələdiyi və bu cərimənin ödənilməsi üçün qəzetin bank hesabına həbs qoyulduğu oxuculara bəllidir. Oxuculara o da bəllidir ki, qəzətin maliyyə problemləri onun gerçək imkanlarının doğurduğu sıxıntı ilə bağlı deyil. Zira “Azadlıq”ı oxuyanlar öz seçimləri ilə bu qəzeti ən birincilər sırasına layiq görməkdədirlər. Təəssüf ki, dövlətə bağlı olan və qəzət təsərrüfatının inhisarçısı olan qurumlar ümumi siyasətin tərkib hissəsi olaraq qəzetə vurulan zərbələrin konkrət icraçısı qismində çıxış edirlər.

Bütün bunlara baxmayaraq, “Azadlıq” qəzətinin kollektivi əmindir ki, bu qəzeti almağı, oxumağı özünə həyat tərzi seçən insanlar onun bu qaraguruh qarşısında da məğlub olacağına imkan verməyəcəklər. Bu inamla da “Azadlıq”ı nəinki böhrandan çıxarmaq üçün bank hesabı açılıb. Bu hesab “Azadlıq”sevərlərə təqdim edilir.
Biz Millətin demokratiya potensialının bütün daşıyıcılarına müraciət edirik. Kimin imkanı nəyə çatırsa, “Azadlıq” naminə öz yardımını əsirgəməsin. “Azadlıq” uğrunda fədakarlığa hazır olan hər kəsə həmin hesab nömrəsini xatırladırıq:

Beynəlxalq Bankın Yasamal Rayon Filialı kod 805142
SWİFT: IBAZAZ2X
Əmirov Faiq Səmidxan oğlu: 33882018403146388216


Bir Cavab to “AZADLIQ QƏZETİNƏ DƏSTƏK OL!”

  1. Cemil Hesenli Sen PIREZIDENTLIYE Layiq Adamsan Halal Olsun Cemil Hesenliyle Ireli Men seckilerde Sene ses verecem Haciqabul

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma