İLHAM ƏLİYEVDƏN “QƏTL FƏTVASI”

İlham Əliyev “Qənimət Zahidi öldürün” əmri verdi

“Azadlıq” qəzetinin baş redaktoru, “Turan” televiziyasının rəhbəri, “Azərbaycan saatı” proqramının müəllifi Qənimət Zahidin həyatına təhlükə var. Qənimət Zahid etibarlı mənbədən belə bir məlumat alıb və öz “facebook” səhifəsində baş verənlərə münasibət bildirib.

“Başa düşürəm ki, çətindir. Hətta DTX zabitləri belə “bu adam dəli olub və biz bu əməliyyatı necə icra edə bilərik” – deyirlər. Amma nə etməli, möhtərəmin qətlinə fitva verdiyi adamların arasında mən tək deyiləm. Görünür, indiki mərhələdə, sadəcə olaraq, növbə mənimdir: “Qənimət Zahidi öldürün, həm də təbii ölümə bənzər ölümlə öldürün!” əmrini verib.
Buna görə də bəyan edirəm:
1. “Həyatım və fəaliyyət qabiliyətim bahasına terrora məruz qalsam, səbəbkarın İlham Əliyev olduğunu bilin;
2. Biz azadlıq uğrunda savaşa həyatımız bahasına qoşulduq və azadlıq uğrunda şəhid olanların heç birindən artıq deyilik;
3. “Mənə qarşı terror planı var” kimi bir açıqlamanı yaymaqdan heç xoşum gəlmir, amma bunu yalnız planlaşdırılan terroru ifşa etmək üçün bəyan edirəm;
4. Bizim gördüyümüz işlər bir nəfərin varlığı üzərində deyil, biz olmayanda, bu işləri davam edəcək başqaları var”, – deyə Q.Zahid yazıb.

Advertisements

~ tərəfindən Patriot 16/06/2017.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: