“ƏLVİDA, KİRLİ RUSİYA, AĞALAR ÖLKƏSİ…” (VİDEO)

Kiyev sakinləri Aİ ilə vizasız rejimi qeyd edir

Kiyevdə on mindən artıq insan Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsini qeyd etmək üçün küçələrə çıxıb. Bu xəbər ölkə prezidenti Pyotr Poroşenko tərəfindən rəsmən elan edildikdən sonra insanlar dünən gecə şəhər mərkəzində toplanıb. Böyük əksəriyyəti gənclərdən ibarət olan nümayişçilər əllərində Ukrayna və AB bayraqları tarixi günü böyük sevinclə bayram ediblər.

Prezident Pyotr Poroşenko Avropa meydanında toplaşan ukraynalılara müraciət edib: “Budur, qardaşlar, ukraynalılar, nəhayət, tale üzümüzə gülümsədi. Tək bizim deyil, bir neçə nəsil əcdadlarımızın mübarizə apardığı xəyallar gerçək oldu… Bu əlamətdar hadisə dövlətimizin Rusiya imperiyasından, Ukrayna demokratiyasının avtoritar rus dünyasından qopması kimi tarixdə qalacaq…”.

O, sözlərinə Lermontovun sözləri ilə davam edərək deyib: “Əlvida, kirli Rusiya, ağalar  ölkəsi, qullar ölkəsi. Siz mavi mundirlilər və onlara sadiq xalq…”.

Bundan sonra Poroşenko Rusiya xalqına Puşkinin sözləri ilə müraciət edib:

“Yoldaş, inan buna, deyirəm sənə
Bir gün səadətin cazib ulduzu
Doğacaq, Rusiya ayılacaqdır,
Onda mütləqiyyət xərabəsinin
Üstündə adımız yazılacaqdır”.

Advertisements

~ tərəfindən Patriot 11/06/2017.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: