GÜRCÜSTAN CƏMİYYƏTİ DİKTATORLUĞA YOX DEYİR

“Gürcüstan cəmiyyəti İvanişvili diktaturasının yaranmasına imkan verməyəcək”

Vəkil Nemət Kərimli iyunun 9-da təcridxanada Muxtarlı ilə görüşüb. O,1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlınin bəyanatını Amerikanın Səsinə çatdırıb.

Bəyanatda deyilir:

“Gürcüstanda insan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan və mənim hüquqlarımı müdafiə edən jurnalist həmkarlarıma, vətəndaş cəmiyyəti fəallarına, Gürcüstan prezidentinə, bütün ictimai-siyasi təşkilatlara təşəkkür edirəm. Ümid edirəm ki, Gürcüstan cəmiyyəti demokratiya və azadlıqlar uğrunda sona qədər mübarizə aparacaq və ölkədə İvanişvili (Gürcüstanın keçmiş baş naziri Bidzina İvanaşvili nəzərdə tutulur-red) diktaturasının yaranmasına imkan verməyəcək”.

Əfqan Muxtarlı mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etməkdə ittiham olunur. Eyni zamanda, jurnalistə 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona bilkin istintaq dövründə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Muxtarlı məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib, ona işgəncə verilib və cibinə 10 min avro pul qoyulub.

Vəkil bu günki görüşdən sonra deyib ki, Əfqan Muxtarlının saxlanma şəraitindən şikayəti yoxdur. Əfqan Muxtarlı Azərbaycanda onu müdafiə edən bütün dostlara təşəkkürünü bildirib.

Nemət Kərimlinin sözlərinə görə, Əfqan Muxtarlı, onun oğurlanması və həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün gürcü vəkillərinə etibarnamə verib.

Əfqan Muxtarlının bu bəyanatına Gürcüstanın keçmiş baş naziri Bidzina İvanaşvili hələ münasibət bildirməyib.

Advertisements

~ tərəfindən Patriot 09/06/2017.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: