AXCP SƏDRİNİN MÜAVİNİ GÖZƏL BAYRAMLI HƏBS EDİLDİ

Gözəl Bayramlı 3 ay müddətinə azadlıqdan məhrum edildi

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan müayinədən Azərbaycana qayıdarkən Qazax sərhəd keçid məntəqəsində şərləmə qaçaqmalçılıq ittihamı ilə saxlansa da, Bakıda məhkəmə önünə təxminən gün yarım sonra çıxarılıb. Mayın 26-da onu əvvəlcə Şəmkirdəki Sərhəd Xidməti Məntəqəsinə aparıb saatlarla orda saxlayıblar, sonra da Bakıya Sərhəd Xidmət İdarəsinə gətiriblər.

Vəkili vasitəsilə məlumat versələrdə ki, məhkəmə saat 15 radələrində başlayacaq, G.Bayramlını DSX-dan Səbail məhkəməsinə gətirmək gecə saat 12-yə qədər çəkib. Təxminən gecə saat 12 radələrində G.Bayramlının məhkəməsi başlayıb.

AXCP rəhbərliyi, üzv və tərəfdarları, ictimai-siyasi fəallar G.Bayramlıya dəstək məqsədilə məhkəmənin önünə toplaşıblar. Məhkəmə gecəyə qədər yubadıldığı üçün onların bir qismi saatlarla gözləyəndən sonra ərazini tərk ediblər. Bununla belə, gecə saat 1 radələrinə qədər onlarla AXCP fəalı və tərəfdarı məhkəmənin önündə G.Bayramlının çıxmasını gözləyiblər.

Barəsində 3 ay həbs-qətimkan tədbiri seçilmiş G.Bayramlı məhkəmə binasından yüksək əhval-ruhiyyədə və mübarizə əzmində çıxıb. G.Bayramlı onu gözləyənləri əlini havaya mübarizəyə simvolu kimi qaldıraraq salamlayıb və alqış sədaları altında yola salınıb. O, mübarizə yoldaşlarına həbsdən sarsılmadığı mesajını çatdırıb.

Advertisements

~ tərəfindən Patriot 27/05/2017.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: