MALTADA KORRUPSİYA SKANDALI SƏNGİMİR

Maltadakı korrupsiya qalmaqalında Leyla Əliyevanın adı hallanır

Maltada korrupsiya skandalı böyüməkdə davam edir. Bloqqer Dafni Karuana Qalizia öz bloqunda baş nazirə qarşı yeni ittihamlar səsləndirib. O, baş nazirin xanımı Mişel Muskatın “Egrant” ofşor şirkətinin sahibi olduğunu irəli sürüb. Bloqqer qeyd edib ki, bunu təsdiq edən sənədlər Maltada yerləşən Pilatus Bankın mətbəxindəki seyfdədir. Aprelin 21-i səhər prokurorluq bunu araşdırmaq üçün banka gedib. Əvvəlki günün gecəsi isə əlində 2 çanta ilə bank sədrinin bankdan çıxdığı görülüb.

Pilatus Bank 2013-cü ildə açılıb. Karuana Qalizia iddia edir ki, Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın Dubay qeydiyyatlı şirkətindən Pilatus Bankdakı hesabı vasitəsilə “Egrant” şirkətinə 1.017 milyon dollar pul köçürülüb.

Bu iddialar Maltanın baş naziri Cosef Muskatın reputasiyasına ciddi zərbə vura bilər. Muskat və xanımının məsələ ilə bağlı ifadələri alınıb. Onlar deyilənləri inkar edib.

Milliyətçi Partiyanın sədri Simon Busuttil baş naziri istefaya səsləyib. O, baş naziri istintaq başlamamışdan sübutları aradan götürməkdə ittiham edib. Polisi isə ortaya çıxan ittihamlara çevik reaksiya verməməkdə və sübutların aradan qaldırılmasına şərait yaratmaqda günahlandırıb. Partiyaya məxsus medianın yaydığı görüntülərdə Pilatus Bankın sahibi İran əsilli Seyid Əli Sədr Haşeminejad bankın risk meneceri olduğu iddia edilən qadınla birgə böyük çantalar daşıdığı görülür. Busuttil deyib ki, görüntülər baş nazirlə bağlı şübhələrdə ciddi əsaslar yaradır. Bankın açıqlamasında ittihamlar inkar edilərək bildirilib ki, bankın sahibi Maltaya çatan kimi birbaşa banka gedib və daşıdığı da öz şəxsi çantalarıdır.

Advertisements

~ tərəfindən Patriot 23/04/2017.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: