ABŞ- dan BƏŞƏR ƏSƏD HAVADARLARINA TƏRS SİLLƏ

ABŞ Suriyanın hərbi bazalarını bombaladı

ABŞ-ın bu həmləsi Suriya hökumətini hədəf alan ilk hücumdur

Birləşmiş Ştatlar Suriya hökumət hədəflərinə qarşı kruiz raketləri ilə zərbələr endirib. ABŞ-ın hərbi addımları Bəşar əl-Əsəd hökumətinin mülki əhaliyə qarşı kimyəvi silah hücumundan sonraya təsadüf edir.

Prezident Donald Trampın əmrinə əsasən ABŞ hərbi gəmiləri 59 Tomahavk raketi ilə Suriyaya zərbələr endiriblər.

Hərbi rəsmilər Amerikanın Səsinə bildiriblər ki, raketlər ABŞ-ın USS PorterUSS Ross hərbi gəmilərindən atılıb. Hər iki eskadrilya minonosu Aralıq Dənizində yerləşdirilib.

ABŞ-ın bu həmləsi Suriya hökumətini hədəf alan ilk hücumdur.

Əsədin etdikləri çox pisdir. Suriyada baş verənlər, fikrimcə, iyrənc cinayətlərdir. Bu baş verməməlidir. Bu, baş verməməli idi.

Çin prezidenti Şi Cinpinqlə Florida ştatında görüşə uçarkən Prezident Tramp təyyarədə müxbirlərlə danışıb. O, Suriyada baş verənləri “bəşəriyyət üçün rüsvayçılıq” adlandıraraq nəsə edilməli olduğunu bildirib.

“Əsədin etdikləri çox pisdir. Suriyada baş verənlər, fikrimcə, iyrənc cinayətlərdir. Bu baş verməməlidir. Bu, baş verməməli idi,” deyə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Tramp hələlik Əsədin hakimiyətdən devrilməsi ilə bağlı heç nə deməyib. Lakin Dövlət katibi Reks Tillerson cümə axşamı aydın edib ki, Suriya prezidenti getməlidir. O, müxbirlərlə söhbətində Əsəd üçün “Suriya xalqını idarə etməkdə rol görmədiyini” bildirib.

“Əsədin getməsi beynəlxalq ictimaiyyətdən səy tələb edir. İlk öncə İŞİD Suriya daxilində məğlub edilməli, Suriyada vəziyyət stabilləşməli, və sonra kolektiv şəkildə müttəfiqlərimizlə birgə işləyib Əsədin getməsi üçün siyasi prosesdən keçməliyik,” Tillerson bildirib.

Suriyada onlarla mülki vətəndaşın, o cümlədən uşaqların ölümünə səbəb olan hücum “mənim üçün çoxlu xətləri keçib,” deyə Prezident Donald Tramp çərşənbə günü bəyan etmişdi. ABŞ lideri əlavə edib ki, sələfənin həll edə bilmədiyi problem üçün məsuliyyəti indi özü daşıyır.

“Sən günahsız uşaqları, məsum körpələri – körpələri! – balaca körpələri öldürəndə, bu çoxlu xətləri keçir,” Prezident Tramp bəyan edib. “Qırmızı xətdən xeyli uzağa, çoxlu, çoxlu xətləri.”

Sən günahsız uşaqları, məsum körpələri – körpələri! – balaca körpələri öldürəndə, bu çoxlu xətləri keçir.

O, çərşənbə axşamı Suriya qüvvələrinin törətdiyi güman edilən kimyəvi silah hücumunun onun münaqişəyə münasibətini dəyişdiyinə eyham vurub.

“Mən özümü situasiyaya uyğunlaşa bilən adam hesab edirəm,” deyə Tramp Qızılgül Bağında İordaniya kralı II Abdulla ilə birgə keçirdiyi mətbuat konfrasında bildirib.

Müşahidəçilər və mülki müdafiə işçiləri Suriya hökuməti yaxud Rusiyaya məxsus təyyarələrin Suriyanın şimalında havadan zəhərli qaz hücumu törədərək onlarla adamın ölümünə və ya yaralanmasına bais olduqlarını xəbər verib.

Qərbin humanitar və tibbi təşkilat koalisiyası olan Tibbi Qayğı və Xilas Təşkilatı İttifaqı hücuma məruz qalmış İdlib vilayətindəı azı 100 adamın öldüyü, 350 adamın yaralandığını bildirir.

Advertisements

~ tərəfindən Patriot 07/04/2017.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: