TANINMIŞ BLOGERİ HƏBS ETDİLƏR

mehman-huseynov

Mehman Hüseynov məhkəmə zalında həbs olundu – 2 il

Tanınmış bloqçu Mehman Hüseynov martın 3-də 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Suraxanı rayon məhkəməsi çıxarıb. İddiaçı Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev idi. Polis rəisi iddia edir ki, M.Hüseynov polisdə işgəncəyə məruz qaldığını deməklə onlara böhtan atıb. Bir müddətdir davam edən məhkəmə sonda iddianı təmin edib və bloqçu elə məhkəmə zalındaca həbs olunub.

Məhkəməyə hakim hakim Ceyhun Qədimov sədrlik edib.

Polis rəisinin nümayəndəsi Əlirza Əbilov məhkəmə çıxışında iddialarını “əsaslandırıb” və bloqşuya 3 il həbs cəzası verilməsini istəyib.

Mehman Hüseynov isə çıxışında bir daha təkrarlayıb ki, yanvarın 9-da saxlanılarkən və ondan sonra polis idarəsində işgnclərə məruz qalıb, heç kimə böhtan atmır. Bloqçu bildirib ki, hələ başına gətirilənlərin 10 faizini ictimailəşdirib. “Orada mənimlə elə davrandılar, elə bil ermənilər azərbaycanlı əsir əsgərlə davranır. Əlirza Əbilov Musa Musayevi elə təqdim elədi, sanki Nəsimi rayonunun polis rəisi yox, Allahıdı. O idarədə adamlarla heyvan kimi rəftar olunur. Şəxsən mənə qarşı belə davranıblar. Mən heç kimə böhtan atmıram, əksinə, mənə böhtan atırlar. Onu da bilirəm ki, bu iddia mənim fəaliyyətimlə bağlıdır”, – deyə bloqçu bildirib.

M.Hüseynov ittihamı rədd etdiyini, amma barəsində çıxarılacaq istənilən hökmə hazır olduğunu deyib. “Gördülər ki, onları ifşa eləyirəm, məni bu cür cəzalandırırlar”, – deyə bloqçu qeyd edib.

Mehman Hüseynovun vəkili Elçin Sadıqov vəsatət qaldırıb ki, müdafiə etdiyi şəxs saxlanılarkən zorakılığa məruz qaldığını görənlər var, həmin şahidlər dindirilsin. Eyni zamanda iddiaçı polis rəisi də məhkəməyə gəlib ifadə versin. Lakin məhkəmə vəsatətləri təmin etməyib və prosesin tamamlanmasına qərar verib. Hakim müdafiə tərəfinə son çıxışa hazırlaşmaq üçün cəmi yarım saat vaxt verib və 10 dəqiqə keçməmiş geri qayıdaraq, prosesi yekunlaşdırıb.

Vəkil Elçin Sadıqov müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib. Mehman Hüseynov isə son sözündə bir daha hər hansı cinayətə yol vermədiyini, iddianın əsassız olduğunu bildirib və istənilən qərara hazır olduğunu deyib. “Yuxarıdan nə göstəriş verilibsə, o da olacaq. Məhkəmə normal keçirilmədi. Bu da sifarişi göstərir. Bu, birbaşa söz azadlığını boğmağa yönəlib”, – deyə bloqçu bildirib.

Məhkəmə 2 dəqiqəlik müşavirədən sonra hökmü elan edib.

Advertisements

~ tərəfindən Patriot 03/03/2017.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: