«BU DÖVLƏT, BU ÖLKƏ BİZİMDİR!»

milli-sura

Lavrovun da, hakimiyyətin də cavabını Milli Şura verdi

Milli Şura Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dili ilə Azərbaycana qarşı Qarabağ təhdinə cavab verən bəyanat qəbul edib. Bəyanatda deyilir:

Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Azərbaycanın milli və dövlət maraqlarına qarşı həqarət olan aşağıdakı fikirləri səsləndirmişdir: “Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır”. Göründüyü kimi bu mövqe münaqişənin paket həllini ehtiva edir və Ermənistanın uzun illərdir gerçəkləşdirməyə çalışdığı həll modeli ilə eyniyyət təşkil edir. Rusiya xarici siyasət idarəsinin rəhbəri və Minsk qrupunun həmsədri olan dövlətin yüksək nümayəndəsinin bu bəyanatı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və dövlət müstəqilliyinə açıq və birmənalı təhdiddir. Bu bəyanatı ilə Rusiya xarici işlər naziri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı, ABŞ, Avropa Birliyi, Avropa Şurası, Rusiyanın özü də daxil olmaqla dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və Qarabağ üzərində suveren hüquqlarını şübhə altına alır, bununla da Azərbaycanın dövlət mütəqilliyinə qarşı qəbuledilməz açıq təhdidlə çıxış edir. Onu da vurğulamaq lazımdır ki, bugünədək heç bir beynəlxalq təşkilat və Minsk qrupunun üzvü olan heç bir ölkə Azərbaycanın Qarabağ üzərində müstəsna suveren hüquqlarını mübahisələndirməmişdir və Qarabağ mübahisəli ərazi deyil. BMT, Avropa Birliyi, Avropa Şurası, ABŞ, Almaniya və s. beynəlxalq təşkilatlar və dövlətlər səviyyəsində qəbul edilən sənədlərdə Ermənistan, Ermənistan Ordusu və erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarlarının işğaldan azad edilməsi tələbi irəli sürülmüşdür. Rusiya xarici siyasət rəhbərinin bu açıqlaması Azərbaycan hakimiyyətinin uzun illərdir həyata keçirdiyi Qarabağ siyasətinin və bütövlükdə, beynəlxalq fəaliyyətinin iflasının etirafı idi. Rusiyanın xarici işlər naziri səviyyəsində Azərbaycan siyasi rəhbərliyinə faktiki olaraq Qarabağ probleminin həlli ilə məşğul olmaq qadağasının qoyulması, əslində, 2016-cı ilin aprel döyüşlərində məhz Rusiyanın siyasi təzyiqi ilə Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərimizin canı və qanı bahasına işğaldan azad etdiyi ərazilərin yenidən düşmənə təslim edilməsi kimi antimilli və anti-dövlətçi addımın məntiqi sonucudur. Əliyev rejimi üçün milli maraqlar və o cümlədən, Qarabağın taleyi, Azərbaycanın ərazi bütövlüyü yox, hakimiyyət maraqları prioritet olduğundan Rusiyanın xarici işlər naziri Azərbaycanla bir müstəqil dövlət kimi deyil, Rusiyanın geniş iqtisadi azadlıqlara malik bir əyaləti kimi davranır. Lavrovun açıqlaması öz əbədi hakimiyyət və ucsuz-bucaqsız korrupsiya maraqları naminə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının qarşısını alan, demokratik dəyərlər sistemindən təcrid edən, bununla da ölkəmizi Qarabağın işğalında ən azı Ermənistan qədər məsuliyyət daşıyan, Ermənistanla dərin hərbi-siyasi müttəfiqlik bağları olan və Ermənistanı təmənnasız şəkildə silahlandıran Rusiyadan asılı vəziyyətə salan YAP iqtidarının xarici siyasətinin fiaskosu, antimilli mahiyyətinin açıq ifşasıdır.

Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, Azərbaycan xalqı müzəffər Qarabağ döyüşlərini ermənilərin və Rusiyanın xahişi ilə dayandıraraq Ordumuzun işğaldan azad etdiyi geniş əraziləri yenidən düşmənə təslim edən, lakin özündə həmin ermənilərdən və Rusiyadan 20 gün öncə şəhid olmuş qəhrəman əsgərimiz Çingiz Qurbanovun nəşini qaytarmağı xahiş etmək cəsarəti tapmayan Azərbaycan hakimiyyətindən Azərbaycanın ərazi bötövlüyünün bərpasını gözləməməlidir. İşğalçı Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı açıq təhdidinə adekvat cavab vermək niyyətində və cəsarətində olmayan iqtidarın Qarabağı qaytarmaq qabiliyyəti də ola bilməz. 150 milyardlıq neft gəlirlərindən güclü iqtisadiyyat, güclü ordu, güclü dövlət qurmaq üçün deyil, şəxsi varlanma, dünyanın ən zəngin elatalarından birinə çevilmək məqsədilə faydalananların, ərazisinin 20 faizi işğal altında olan bir dövləti korrupsiya bataqlığına çevirənlərin Qarabağ sevgisi, Vətən təəssübü riyakarlıqdan başqa bir şey deyil. Milli Şura Azərbaycan xalqını, Vətəninin, millətinin, Qarabağın taleyinə biganə olmayan hər bir Azərbaycan vətəndaşını Qarabağ, dövlətimizin ərazi bütövlüyünün və işğal olunmuş torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpası naminə milli səfərbərliyə dəvət edir. Bu dövlət, bu ölkə bizimdir və onu Azərbaycan xalqı olaraq bizdən başqa heç kim xilas etməyəcək. Hamılıqla dövlətimizə sahib çıxmalıyıq.

Advertisements

~ tərəfindən Patriot 19/01/2017.

Bir Cavab to “«BU DÖVLƏT, BU ÖLKƏ BİZİMDİR!»”

  1. *Hörmətli redaksiya,bu yazdıqlarımı DƏRC EDƏNDƏ mənə də məlum etməyi unutmayın !
    “Gül.-Gün.” sahibkar müəssisəsinin BÖYÜK PROBLEMİlə dərindən məşğul olub MÜSBƏT NƏTİCƏ əldə edə biləcək qüvvə tapa bilmirəm. Hörmətli ölkə başçımız hər çıxışında deyir ki,sahibkarlığa,sahibkarların bütün problemlərinin həllinə köməklik edir.Təəssüflər olsun ki,neçə illərdir “Gül.-Gün.”sahibkar müəssisəsinin probleminin ƏDALƏTLİ həllini üçün heç bir köməklik ala bilməmişəm.Inanmaq istərdim ki,”Gül.-Gün.”sahibkar müəssisəsinin tikililərinin məcburi sökdürüldüyü üçün dövlətdən gərəkli KOMPENSASİYANI ala bilməyim məsələsində hörmətli ILHAM ƏLİYEV cənabları aidiyyatı rəhbər işçilərə öz göstərişini əsirgəməyəcəkdir!!!
    Salam,hörmətli redaksiya.Qəzetiniz tez-tez DÖVLƏT MƏMURLARININ sahibkarların,biznes adamlarının,sıravi Azərbaycan vətəndaşlarının başına gətirdikləri hadisələrlə bağlı məlumatları çap edir.Sizin belə məqalələri işıqlandırmağınız sıravi vətəndaşları az da olsa qane edir.Düzdür,hamı anlayır ki, əvvəllər olduğu kimi yazılan faktlar doğru olarsa belə,həmin dövlət məmurunu dərhal tutduğu vəzifədən uzaqlaşdırmayacaqlar.Amma buna baxmayaraq məqalə DƏRC olunanda az da olsa ZƏRƏRÇƏKƏNLƏR təsəlli tapırlar.
    Elə məmur var ki,onun barəsində bəlkə də 100-lərlə faktlarların təsdiqi olan şikayət məktubları internet qəzetlərində-saytlarında dərc olunub,ancaq bunlara baxmayaraq həmin günahkar dövlət məmurlarının heç veclərinə də deyil.Əlbəttə,gün gələcək ki,həmin dövlət məmurları öz cəzalarını alacaqlar, ancaq həmin dövlət məmurları ZİYANÇƏKƏNLƏRİN çəkdikləri mənəvi və maddi sıxıntıları-çətinlikləri bərpa edə bilməyəcəklər.Külli mizdaqda sahibkarlara olmazın ziyanları vuran dövlət məmurları öz vəzifələrində yenə də çalışırlar,hələ əvvəlkindən də çox vətəndaşları,biznes və sahibkar əhlini incidir,onların başına olmazın oyunları açırlar.Buna baxmayaraq baş vermiş ədalətsizlikləri heç olmasa internet qəzetləri işıqlandırsalar,bəlkə həmin dövlət məmurları özlərinə yığışarlar deyə insanlar bir az sakitlik tapırlar.Məmurlar nahaqdan təkcə bir neçə sahibkarı,vətəndaşı incitsələr,nə varki?
    Həmin “GÖZƏL DÖVLƏT MƏMURLARI”ndan biri də hal-hazırda İmişli rayonunun İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan VİLYAM HACIYEVdir.Imişli RİHB-ı Vilyam Hacıyev Xanlar rayon İHB-sı vəzifəsində çalışarkən “Gül.-Gün.”sahibkar müəssisəsinin sahibkarının başına gətirdikləri barədə bütün Azərbaycan xalqına məlum olsun deyə,bu ŞİKAYƏT MƏKTUBu sizə yazıram.Indi yazacaqlarım sizin qəzetdə dərc olunandan sonra nəinki sizlərə,hətta bütün dünyaya məlum olacaq ki,VİLYAM HACIYEV Xanlar(indi-Göygöl)rayonu İHB-sı vəzifəsində çalışarkən YALAN MƏZMUNLU MƏKTUB yazmaqla “Gül.-Gün.”sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu.Indi isə bu ədalətsiz,nahaq görülən işin necə baş verdiyini sizlərə anlatmaq istəyirəm.
    Hörmətli Azərbaycan xalqının nümayəndələri,hamınıza məlum olsun ki, HACIYEV VİLYAM FAXRALI oğlu əvvəllər Gəncə hava limanında bizlərin tabeliyində çalışarkən mənim ona heç bir pisliyim keçməyib.Onunla insani münasibətimiz tam normal olub.Nədənsə,Gəncə hava limanından uzaqlaşandan sonra İHB-sı vəzifəsinə sahib olan kimi mənim sahibkarı olduğum “Gül.-Gün.” sahibkar müəssisəsinə düşmən kəsildi.Əlində heç bir əsası olmadan YALAN MƏZMUNLU MƏKTUB yazıb yuxarılara yolladı.Onun yazdığı YALAN MƏZMUNLU MƏKTUB hüquqi cəhətdən tam qanunsuzdur.Mənim sənədlərimin hamısı tam qaydasındadır.VİLYAM HACIYEV və bir neçə digər DÖVLƏT MƏMURLARI 20 ilə yaxındır ki,həmin vəzifələrdə çalışırlar.Mən isə YALAN MƏZMUNLU MƏKTUB əsasında tam müflisləşmişəm.Ailəmin maddi durumu hal-hazırda ən kritik həddə çatıb.Bütün bu çətinliklərə baxmayaraq,hələ də birtəhər nəfəs ala bilirik.Güman edirəm ki,yaxın vaxtlarda dövlətdən hal-hazırki dövrün tələblərinə uyğun olaraq “Gül.Gün.” sahibkar müəssisəsinə aid olan KOMPENSASİYANI alacağam və sahibkar müəssisəmin fəaliyyətinə START verəcəyəm.Nəhayət,haqsızlığa son qoyulacaq və ədalət qalib gələcəkdir!!! Indi isə baş verənlərin hamısı ilə tanış olun.
    Mən,Niyazov Niyaz Novruz oğlu 1992-ci ilin noyabr ayında “Gül.-Gün.”sahibkar müəssisəsini qurmağa başladım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ildə müəssisənin ictimai-iaşə və s.obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının sərəncamı və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim.Davam etdirməkdən ötrü pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən KOMPENSASİYAMI almaq qərarına gəldim.Bu da mümkün olmadı.Elə həmin vaxt Xanlar rayon İHB-sı HACIYEV VİLYAM FAXRALI oğlu YALAN MƏZMUNLU MƏKTUB yazaraq Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti CAHANGİR ƏSGƏROVA yolladı.Məktubunda qeyd etmişdi ki,guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHBnın sərəncamı olmayıb.Nəzərinizə çatdırım ki,VİLYAM HACIYEV bunu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmamışdı.Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki,niyə belə qansızlıq edirsən.VİLYAM HACIYEV sakit baxışlarla üzümə baxıb mənə anlatmağa çalışdı ki,belə olmalıdır.Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının Rəhbərliyi mənə cavab yolladı ki,GUYA sənədlərim qaydasında olmadığı üçün KOMPENSASİYA ala bilmərəm.Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları Rəhbərliyi mənimlə görüşməli idi.Ona görə ki, KOMPENSASİYA ala bilməməyimdən tam narazı idim.Narazılıq olan işi bir məktubla həll etmirlər.KOMPENSASİYA ala bilmədiyim mənə məlum olanda bu barədə Azərbaycan Prezidenti ILHAM ƏLİYEV cənablarına şikayət məktubu yazıb poçla yolladım.Əfsuslar olsun ki,həmin məktubun RƏDD cavabını Prezident Aparatından yox,CAHANGİR ƏSGƏROVDAN aldım.Mən belə anladım ki,Prezident Aparatının Məktublar Şöbəsi deyəsən mənim şikayət məktubumu heç Ölkə Başçımıza göstərməmişdilər.Gəncə Hava Limanının direktoru tikililəri tez yığışdırmasan bulduzerlə basdırılacaqdır dediyi gün elə bil iy bilirlər kimi Gəncənin bu işlə məşğul olan bir neçə qrup insanlardan ibarət olan firmaları hava limanında gözləyirdilər.Vəziyyətdən belə anlamaq olur ki,həmin qruplara bu işlər barədə bəribaşdan məlumat vermişdilər deyə onların hamısı həmin an Gəncə aerovağzalının qarşı tərəfindəki ağaclıqda olan çayxanada oturub gözləyirdilər.
    KOMPENSASİYA almaq üçün RƏDD cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini DƏYƏR_DƏYMƏZİNƏ (qəpik-quruşa) satmağa məcbur qaldım.Ona görə ki,Gəncə Hava Limanının Direktoru dirənmişdi ki,obyekti təcili yığışdırmalısan.CAHANGİR ƏSGƏROV deyir ki,yoxsa bulduzerin ağzına veriləcəkdir.Mənim müəssisəmin tikililərinin belə hallara düşməsində BİRBAŞA GÜNAHKAR olan VİLYAM HACIYEV və onun havadarlarını ALLAH bundan da pis hallara qoysun,inşaallah !!!
    Bu uzun illər ərzində mən tamamilə müflisləşdim.BİRBAŞA VİLYAM HACIYEVİN GÜNAHI ucbatından “Gül.-Gün.”sahibkar müəssisəmin fəaliyyəti deaktivləşməli oldu.
    Bizim dövlət məmurları sahibkarın başına belə oyunlar gətirirlər və heç of da demirlər.Elə bil ki,belə də olmalıdır.Onların xətirlərinə də indiyə kimi heç kim dəyməyib.Vəzifə sahibi olanda gözləri ayaqlarının altını seçmir.Düşünürəm ki,bu hal insan bədbəxtçiliyidir.Mənim müəssisəmin fəaliyyətinin deaktivləşməsinin BİRBAŞA SƏBƏBKARI VİLYAM HACIYEV və havadarları hələ də vəzifə başındadırlar deyə fəaliyyətə başlamaq qeyri-mümkündür. Hətta fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər.Vilyam Hacıyev sifarişi(onun o vaxt mənə verdiyi cavabdan elə anlamışdım)vaxtında və dəqiq yerinə yetirdi.Elə ona görə hələ də vəzifə başındadır.Daha doğrusu həmin insanlar ona maneçilik törətmədilər. Sifarişçiləri mən tanımıram,ancaq Vilyam Hacıyev yəqin ki,dəqiq bilir.Elə düşünürəm ki,ALLAH belə məmurların gərəkli paylarını verəcək və sahibkarlar da öz fəaliyyətlərinə başlayacaqlar.Inşaallah !!!
    Mən tam müflisləşdim deyə ailəmin maddi durumu lap kritik həddə çatmışdı.Qidalanma bir tərəfdən,ailə üzvlərimin xəstə olmasını o biri tərəfdən məni möhkəmçə sıxırdı.Həyat yoldaşımın bir neçə xəstəliyi olduğundan onu tez-tez müalicə etdirməliydim.Bu minvalla kredit götürməkdən ötrü mən Atabankın Gəncə filialına üz tutdum.2015-ci ildə Atabankdan 1500 ABŞ dolları miqdarında kredit götürməli oldum.Çox keçmədi ki,pul devalvasiyaya uğradı deyə mənim ailəmin maddi durumu ən kritik həddə çatdı.Siz təsəvvürünüzə gətirin ki,1992-ci ilin noyabr ayında Azərbaycanda sahibkarlıqla məşğul olmağa İLK başlayanların biri olan sahibkar Niyazov Niyaz Novruz oğlu dövlət məmurlarının günahları ucbatından nə ağır həyat tərzi keçirməklə qarşı-qarşıya qalıb.Ata bankın pulunu da vaxtında ödəyə bilmədiyimçün böyük narahatçılıq yaranıb..
    Hörmətli Azərbaycan vətəndaşları,bütün dünya Azərbaycan Türkləri,görürsünüz ki,bir neçə DÖVLƏT MƏMURUNUN günahları ucbatındanAzərbaycan sahibkarı olan NİYAZOV NİYAZ NOVRUZ oğlu hansı zülmlü yaşamla üzbəüz qalıb və ailəsinə bir tikə çörəyi tapa bilmir.Həmin məmurlar da 20 ilə yaxındır ki,VƏZİFƏ başındadırlar.Düşünürəm ki,Ölkə Başçımız mən sahibkarın başına gətirilənlərin araşdırılmasını istəyəcək və bu barədə aidiyyəti təşkilatlara öz göstərişini əsirgəməyəcəkdir.
    *Hörmətli redaksiya işçilərinin mənə əlavə sualları olarsa,cavab verməyə hazıram.Günün bütün saatlarında mənimlə əlaqə yaratmaq imkanına maliksiniz.
    *Rica edirəm,jurnalist mövqeyinizdən,savadınızdan istifadə edərək elə bir vəziyyət yaradın ki,YALAN MƏZMUNLU MƏKTUB əsasında mənə ödənilməyən KOMPENSASIYA pulumu ala bilməkdən ötrü azacıq da olsa irəliləyişə nail ola bilim.
    *Bu məsələdə əsas günahkar hal-hazırda Imişli RİHB-sı vəzifəsində çalışan VİLYAM HACIYEVDİR(bir vaxtlar işçimiz olub).
    *Işlərim bu barədə qaydasına düşər-düşməz mən də öz növbəmdə sizləri bir dost kimi heç bir zaman unutmayacağıma söz verirəm.
    *Insan dostluğu hər şeydən üstündür!
    Hörmətlə : “Gül.-Gün.” sahibkar müəssisəsinin sahibkarı – Niyazov Niyaz Novruz oğlu.
    ƏLAQƏ
    E-mail : vaxt.hasil.oldu.1955@bk.ru
    Mob.tel.n: 0503120582, 0556258225
    Skype : niyazov1955

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: