“BAHALAŞMA DAVAM EDƏCƏK…”

enerji_-bahalasma

Nemət Əliyev: “Əhalini var-yoxdan çıxaracaq bahalaşmaya start verilib”

Manatın sürətli ucuzlaşmasının təsiri ilə yaşanan bahalaşma, enerji daşıyıcılarının qiymətlərinin artırılmasına dair Tarif Şurasının dünən qəbul etdiyi Qərarın təsiri ilə daha da böyüyəcək.

Qeyri-əhali istehlakçı qrupuna təbii qazın hər min kubmetrinin satış qiyməti 100 manatdan 200 manata qaldırılıb. Bu kateqoriya istehlakçı qrupuna elektrik enerjisinin satış qiyməti 28,6% artırılıb (kilovat/saatı 7 qəpik idi, indi 9qəpik olub). Kimya və alüminium sənaye müəssisələri, dağ-mədən filizi əsasında poladəritmə istehsalı ilə məşğul olan müəssisələr istifadə etdikləri elektrik enerjisinə görə bundan sonra gecə-gündüz rejimindən asılı olaraq 38-40% çox ödəmə etməli olacaq. Əsas hissəsi Azərbaycan Hava Yolları tərəfindən istifadə olunan reaktiv yanacağın tarifi 22%, soba mazutunun tarifi isə 2,4 dəfə qaldırılıb.

nemet eliyevBu qərarın təsiri ilə elektrik enerjisindən, təbii qazdan, reaktiv yanacaqdan, soba mazutundan istifadə edən bütün istehsal, xidmət, iaşə sahələrində maya dəyəri yüksələcək və bu hesaba qiymətlər bahalaşacaq. Qida məhsullarının, içkilərin, tütün məmulatlarının, tikiş, geyim, toxuculuq, kimya və metallurgiya sənaye məhsullarının qiymətlərində gözəgəlimli bahalaşma baş verəcək.

Bu qərar hava nəqlliyyatı ilə daşımalarda xidmət haqlarının artmasına, habelə benzinin, dizelin, sürtkü yağlarının və istilik enerjisinin bahalaşması üçün zəmin yaradıb. Enerji daşıyıcılarının bahalaşdırılması son zamanlar aşağıya düşmüş alıcılıq qabiliyyətinə ciddi zərbə vuracaq. Bu hesaba istehsal və xidmət sahələrində iqtisadi fəallıq aşağı düşəcək.

Maya dəyərinin yüksəlməsi daxili və xarici bazarlarda yerli malların rəqabət qabiliyyətini zəiflədəcək. Deməli, yerli mallar həm daxili, həm də xarici bazarlardan sıxışdırılacaq. Yəni, qeyri-neft sektorunda itkilərimiz böyüyəcək. Odur ki, iş yerlərinin ixtisarı, yoxsullq səviyyəsinin yüksəlməsi qaçılmazdır.

Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb.

~ tərəfindən Patriot 30/11/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: