FİDEL KASTRO 90 YAŞINDA VƏFAT ETDİ

fidel-kastro

Fidel Kastronun meyiti yandırılacaq

Bunu dövlət televiziyasında çıxışı zamanı Kuba lideri Raul Kastro söyləyib. Onun sözlərinə görə, meyitin yandırılması Fidel Kastronun vəsiyyəti olub.

Qeyd edək ki, Fidel Kastro bu gün 90 yaşında vəfat edib.

Kastro 1959-cu ildə Kubada baş verən inqilaba rəhbərlik edib. 47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib. Ancaq MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək. Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi.

2008-ci ildə hakimiyyətdən uzaqlaşan Kastronun səlahiyyətlərini qardaşı Raul Kastro icra edir.

~ tərəfindən Patriot 26/11/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: