ABŞ – ın 45 ci PREZİDENTİ TRAMP SEÇİLDİ

donald_tramp

AP-nin son məlumatına görə, hesablamalar D.Tramp-ın Viskonsində də qələbə qazandığını, beləliklə 276 səs topladığını göstərdi

Beləliklə, Donald Tramp ABŞ-ın prezidenti seçildi!

Donald Tramp ABŞ-ın ən böyük ştatları – Pensilvaniya, Ohayo, Şimali Karolina və Floridada qələbə qazanaraq, ölkəsinin 45-ci prezidenti olmağın astanasındadır.Tramp qalib gəlmək üçün toplamalı olduğu 270 səsi qazanmaq üzrədir. Onun göstəriciləri artıq 264-dür. Hillari Klinton isə, hələ ki, 215 səs toplayıb.

Nümayəndələr Palatasının sədri Paul Ryan Trampı qələbə münasibətilə artıq təbrik edib.

Nyu-Yorkda Klinton-un seçki gecəsinə toplananlar ekranlardakı nəticələri ağlayaraq izləyirlər.

Hazırda Viskonsin, Minnesota, Miçiqan, Nyu-Hempşir və Arizona ştatlarında hesablamalar başa çatmaq üzrədir.

***

ABŞ-da 45-ci prezident seçkilərində səsvermə başa çatıb.
Alyaska ştatında son seçki dairələri bağlanıb.
Donald Tramp Pensilvaniya ştatında da qələbə qazanıb. Bu ştatın səs hesabı 20-dir.
Beləliklə, Donald Trump qələbə çalmaq üçün lazım olan 270 səsdən 264-nü toplayıb.

***

ABŞ-ın 50 ştatından 49-da səsvermə başa çatıb.

Nəticələr Trump-ın xeyli irəlidə olduğunu göstərir.

Trump-ın ən böyük qələbəsi Ohayo, Şimali Karolina və Floridada səslərin çoxunu əldə etməsi olub.

Clinton Nyu-York, İllinoys və Virciniya, sonra isə Yeni Meksika və Kolorado kimi əhəmiyyətli ştatlarda qələbə qazansa da, Trump-a yaxınlaşa bilməyib.

Clinton Pensilvaniyada nəticələri həyəcanla izləyir. Müşahidəçilər onun Pensilvaniyada da geri qalacağını güman edirlər.

***

ABŞ-da keçirilən prezident seçkilərində artıq bir çox ştatda səsvermə başa çatıb. Respublikaçı Donald Trampla demokrat Hillari Klinton arasında güclü mübarizə müşahidə edilməkdədir. Ən son hesablamalara görə, Donald Tramp 18, Hillari Klinton isə 11 ştatda qələbə qazanıb. Bu nəticələrə görə, respublikaçı namizədin aktivində 150 elektor, demokrat rəqibinin xeyrinə isə 109 səs ver.

Seçkilərin nəticəsini 50 ştat və paytaxt Vaşinqtonda keçirilən səsvermə müəyyən edir. Əhalisi çox olan ştatların Elektoral Kollegiyada elektorlarının sayı daha çoxdur. Qələbə qazanmaq üçün namizədlərdən 538 mövcud elektordan ən azı 270-ni əldə etmək tələb olunur. Elektorların sayını ölkəboyu keçirilən seçkilərin nəticəsi müəyyən edir.

~ tərəfindən Patriot 09/11/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: