PUTİN SAVAŞA HAZIRLAŞIR

putin-savas

Rusiya prezidenti nüvə təyyarələrini ABŞ sərhədinə göndərdi

Putin orduya yeni əmr verib. Əmrə əsasən, nüvə bombardman təyyarələri ABŞ-ın sərhədlərinə yaxın ərazilərə daşınıb.

Bu sensasiyalı xəbəri “Dailystar.co.uk” yayıb.

“Dailystar.co.uk”‘un xəbərinə görə, Vladimir Putinin yeni imzaladığı əmrə əsasən, hazırda Rusiya ordusuna aid olan və nüvə başlıqları ilə təchiz edilmiş təyyarələr Amerika sərhədinə yaxın ərazilərə uçuşlar edir:

“İki süper güc arasındakı münasibətlər son günlərdə yaşanan Suriya krizi üzündən daha da gərilməyə başlayıb. Bundan sonra Kremlin rəhbəri Putin rus xalqına “savaşa hazırlıqlı olun!” xəbərdarlığını elədi. Eyni zamanda, uzun mənzilləri vurmaq gücünə sahib olan “Blackjacks” və “Bears” adlı bombardman təyyarələrini soyuq savaş dönəmində olduğu kimi, yenidən  ABŞ sərhədlərinə yaxın bölgələrə göndərmə əmrini verib. 

Rusiya, həmçinin TU-95Ms və TU-22M3s model strateji bombardman təyyarələrini də Havay və Yaponiyadakı Guam adasında olan ABŞ hərbi bazasına yaxın ərazilərə daşımaq hazırlığını yekunlaşdırmaq üzrədir”.

Rusiyanın ABŞ-ın Guamdakı hərbi bazasına qarşı daha diqqətli və həssas olmasının səbəbi də açıqlanıb: “Çünki ABŞ bir neçə gün əvvəl gizli formada bu bazaya nüvə silahı daşıya bilən bombardman təyyarələr gətirib”.

Xəbərdə iddia olunur ki, Rusiya son bir neçə gündə minlərlə əsgər və zirehli texnikanı da ölkənin Baltik dənizinin yaxınlarına cəmləşdirib: “Paralel olaraq, qitələrarası balistik nüvə başlıqlı raketlər isə Rusiyanın qərbindəki sərhədlərinə yerləşdirilib”.

Sonda o da vurğulanıb ki, ABŞ-ın öncüllüyündəki NATO və Rusiya dünyaya son saniyələri yaşada biləcək gücdə  nüvə silahlarına sahibdirlər.

~ tərəfindən Patriot 08/10/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: