“TOPA SAXTAKARLIQ REFERENDUMU” (VİDEO)

referendum 2016

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən referendumda baş verən qanun pozuntuları ilə bağlı daxil olan məlumatlar:

Seçkiləri müşahidə edən ictimai-siyasi fəal Cəmil Haciyev polis bölməsinə aparılıb. Bu haqda hadisənin şahidi olan gənc fəal Ayxan Hacıbəyli məlumat verib.

Onun bildirdiyinə görə, olay 21 saylı Nəsimi birinci Seçki Dairəsinin 22-ci seçki məntəqəsində baş verib.

“Cəmilin dediyinə görə, başqa məntəqədə səs vermiş 4-5 nəfər 22-ci məntəqədə səsverməyə buraxılmışdı. O, həmin şəxslərin “karusel”ə buraxılmasına etiraz etdi. Bu səbəbdən məntəqədə bir neçə nəfər C.Hacıyevə hücum etdi. Cəmil 102 xidmətinə zəng vurduqda, polis çağırdılar”, A.Hacıbəyli bildirib.

Onun deməsinə görə, polislər C.Hacıyevi özləri ilə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə aparıblar. Hazırda onun telefonuna zəng çatmır.

Məsələyə, hələlik, 21 saylı Nəsimi birinci Seçki Dairəsinin 22-ci seçki məntəqəsindən və Nəsimi Rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb (azadliq.org).

***

Məntəqə üzvünün gizli əməliyyatı.

Nərimanov rayon sakini Məcid Əliyev səsverməyə yollanıb. Ancaq məntəqədə deyiblər ki, o, artıq səs verib.

Bu haqda AzadlıqRadiosu-na M.Əliyevin özü bilgi verib.

M. Əliyev 19 saylı Nərimanov rayon Birinci Seçki Dairəsinin 33-cü seçki məntəqəsiərazisində qeydiyyatdadır.

“Mən günün ikinci yarısında səsverməyə gəldim. Sənədlərimi təqdim etdim. Siyahıda adımı axtardılar. Məlum oldu ki, əvəzimdən imza atılıb və səs verilib. Mən siyahıda müşahidə etdim ki, tanıdığım qonşularımın, yaxınlarımın da əvəzində imza atılıb. Hansı ki, onlar seçkiyə getməyiblər”, M.Əliyev bildirib.

Ona məntəqədə “belə hal ilk dəfədir baş verir, yanlışqlı olub, yəqin” deyiblər.

M.Əliyev hazırda da məntəqədədir.

“Zəng vururam, “Qaynar xətt” işləmir. Məni dinləyən yoxdur. Bu mənim hüququmdur, mən səs vermək istəyirəm”, M.Əliyev bildirib.

19 saylı Nərimanov rayon Birinci Seçki Dirəsinin Komissiyasından olayı təkzib etməyiblər. Komissiyadan “Turan”a özünü katib kimi təqdim edən xanım bütün şikayətlərin araşdırıldığını, siyahıda hər hansı anlaşılmazlıq baş verərsə aradan qaldırıldığını deyib.

O, seçici M.Əliyevin üzləşdiyi durumla bağlı konkret danışmayaraq, bir daha ”bütün şikayətləri araşdırıb tədbir görürük” söyləyib.

***

Əvvəlcədən kəsilən bülletenlər, səsvermə otağına baxan kameralar, bir seçiyə verilən iki bülleten, səsverməni görməyən müşahidəçilər və ultrabənövşəyi lampa ilə seçicinin əvvəl səs verdiyini göstərən bənövşəyi rəng amma yenidən məntəqəyə qəbul edilib, səs verənlər.

Seçici Meydan TV-yə video göndərərək bildirir ki,  seçki qutusuna topa bülleten atan şəxs  19 saylı Nərimanov 1-ci seçki dairəsinin 23 saylı seçki məntəqəsinin sədri Şəlalə Mirzəliyevadır.

11 saylı Qaradağ seçki dairəsinin 14 saylı məntəqəsində səsvermə davam edən zaman bir nəfər seçki qutusunu aparır, daha sonra dolu gətirib yerinə qoyur.

15 saylı Yasamal I seçki dairəsi, 21-ci məntəqə. Məntəqə komissiyasının üzvü qutuya bülleten atır. Həm də bir neçə dəfə.

Seçici deyir, ‘karusel var’, sədr deyir ‘yox’

Seçicilərdən Cavid Hacıbəyli Ağcabədi rayon 82 saylı Seçki Dairəsinin 1, 3 və 9 saylı seçki məntəqələrində referendum zamanı «karusel»dən istifadə edildiyini deyir. «Rayondakı Pedaqoji Kollecin tələbələrini «karusel»ə cəlb ediblər. 600-ə yaxın tələbədir, onlardan bu məqsədlə istifadə edirlər. Bir yox, bir neçə məntəqədə səs verirlər».

Məntəqələrdə “Karusel” səsvermələri barədə xəbərlər gəlir

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Yeni Yasamalda yerləşən Laçın rayon 121 saylı Seçki Dairəsinin 1 saylı məntəqəsində müşahidələrini aparıb: “Bülletenlər topa-topa atılır, bir nəfərə bir neçə bülleten verilir. Şəxsiyyət vəsiqəsi tələb edilmir, adamları maşınlarla səsverməyə gətirirlər. Aparıb digər məntəqələrdə səs verdirilər, əlqərəz, “karusel ” bütün gücü ilə işləyir ”- deyə O, qeyd edib.

Hələlik, Laçın rayon 121 saylı Seçki Dairəsinin 1 saylı məntəqəsinin rəsmilərindən jurnalistin dediklərinə münasibət öyrənmək mümkün olmayıb.

Bir seçicidə 3 bülleten

“Sumqayıt şəhər 41 Saylı Seçki Dairəsindəki 19 saylı məntəqədə bir nəfərə 3 bülleten verilir”.
Bunu seçicilərdən Azadlıq Radiosuna Fidan Həsənzadə bildirib.

Onun deməsinə görə, əlində 3 bülleten olan şəxslərdən biri səsvermə kabinəsinə keçmək istəyəndə onu saxlayıb: “Dedim ki, əlində neçə bülleten var. Cavab verdi ki bir. Baxdıqdan sonra gördüm ki, üç bülletendir. İkisini alıb, gəldim məntəqə sədrinin yanına. Dedim ki, bu nədir edirsiniz?

Cavabı bundan ibarət oldu ki, “yəqin səhv olub. Belə şeyə yol vermirik ”.
Hələlik, məsələyə Sumqayıt şəhər 41 Saylı Seçki Dairəsindəki 19 saylı məntəqənin üzvlərindən münasibət almaq mümkün olmayıb.

”Müəllimlər valideynləri səsverməyə gətirir”

Müsavat Partiyası Mərkəzi Seçki Qərargahına seçki saxtakarlığı ilə bağlı ilk məlumat Bakı şəhəri Suraxanı rayonu ərazisindən daxil olub. Bu barədə qərargahın mətbuat üçün yaydığı ilk məlumatda bildirilir.

Qeyd olunur ki, saat 7.30-da rayon ərazisindəki 105 saylı MKİS-in işçilərinə səsverməyə gedəcəkləri məntəqələrin siyahısı təqdim edilib və onlara “karusel” əməliyyatını yerinə yetirmək üçün müvafiq tapşırıqlar verilib.
Binəqədi rayonunda 8 saylı Binəqədi birinci seçki dairəsinin ərazisində yerləşən məktəblərdəki məntəqə seçki komissiyalarına daxil olmayan, lakin həmin məktəbdə işləyən müəllimlərin hər birinə 6 valideyni səsverməyə gətirilməsi tapşırığı verilməsi haqqında məlumat yayılıb.

“59 saylı Salyan seçki dairəsinin 2, 3, 4, 5 və 7 saylı seçki məntəqələrinin ərasizində müşahidə aparan seçicilərdən daxil olan məlumata görə, 4 saylı seçki məntəqəsində “karusel” həyata keçirilir, 3 saylı seçki məntəqəsində təhsil işçiləri və bu ərazidən xeyli kənarda yaşayan və adları seçici siyahılarında olmayan bir neçə şəxs səsvermədə iştirak edir. 3 saylı seçki məntəqəsində saat 12.00-da 343, 5 saylı seçki məntəqəsində seçicilərin sayı 430 deyilsə də, saatyarımlıq müşahidə zamanı müvafiq olaraq bu məntəqələrdə 8 və 5 nəfər seçici olub. 2 və 7 saylı seçki məntəqələrində isə 1 saat ərzində 3 seçici gəldyi bildirilir. Artıq bu anda 2 saylı seçki məntəqəsinin qarşısında “karusel” iştirakçıları peyda olublar”- qərargahdan bildirilir.

60 saylı Salyan-Neftçala seçki dairəsinin 13 və 14 saylı seçki məntəqələrinin yerləşdiyi məktəbin ərazisində müşahidə aparan seçicinin qərargaha verdiyi məlumata görə, saat 11.00-dan 12.00-dək məktəbin binasına yalnız 2 seçici daxil olub.

Topa bülletenlər…Bəzi seçicilərin bildirməsinə görə, Xırdalan şəhərindəki 45 saylı Abşeron Seçki Dairəsinin 11 saylı məntəqəsində bir sıra pozuntu halları baş verib. Şikayətçilərin deməsinə görə, bu məntəqədə bülletenlər topa şəklində seçki qutusuna atılır.

Ancaq «Turan»ın sorğusuna cavab olaraq məntəqədən belə məlumatları təkzib ediblər. Komissiyadan bildiriblər ki, həmin məlumatların heç bir əsası yoxdur.
11 saylı məntəqə Xırdalan şəhər 3 saylı məktəbdə yerləşir.

Ağcəbədi sakini məlumat verir: Bu avtobusun içindəkilər Ağcabədi Pedaqoji Kollecinin tələbələridir, məntəqə-məntəqə gəzdirib karusel üsulu ilə saxtakarlıq etdirirlər


~ tərəfindən Patriot 26/09/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: