MİLLİ ŞURA MÖHTƏŞƏM MİTİNQ KEÇİRDİ (VİDEO)
Əli Кərimli: «İlhаm Əliyеv höküməti xаlqа zülm еdir»
“Bu mitinq xalq hərəkatının başlanğıcıdır”
Milli Şura sentyabrın 11-də Bakının Yasamal rayonunda yerləşən Məhsul stadionunda (İnşaatçılar m/s-nın yanı) Konstitusiya dəyişiklikləri ilə bağlı referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz mitinqi keçirib. Mitinq son illərin ən izdihamlı aksiyası kimi qeydə alınıb və böyük coşğu ilə keçib. Meydanda növbəti mitinqin vaxtı da elan edilib – 17 sentyabr, saat 15.00. Mitinqdən qeydləri, foto və videoları təqdim eidirk. Reportaj tərs ardıcıllıqla (ən son məlumat ən üstə) hazırlanıb.
Mitinqin qətnaməsini oxumaq üçün söz AXCP GK üzvü Ruslan Nəsirliyə verildi. Qətnamənin oxunması ilə mitinq başa çatdı.