ÖZBƏKİSTAN DİKTATORUNUN ÖLÜMÜ TƏSDİQLƏNDİ

islam kerimov

Özbəkistan hökuməti Kərimovun vəfat xəbərini rəsmən təsdiqlədi

Özbəkistan hökuməti ölkə prezident İslam Kərimovun vəfat etməsi barədə  xəbərləri təsdiqləyib.

Bu barədə “İnterfaks” agentliyi Özbəkistan hökumətinin saytına istinadən məlumat yayıb.

Hiyləgər siyasətçi olan Karimov ictimai referendumlar, siyasi müxalifətin məhvi və tənqidi medianın ləğvi yolu ilə hakimiyyəti öz əlində cəmləşdirməyi, potensial rəqiblərini və xalqı isə siyasətdən uzaq tutmağı bacarmışdı

Özbəkistan prezidenti Islam Karimovun öldüyünü sentyabrın 2-də yerli rəsmilər təsdiqlədilər.

Bir neçə gün öncə 78 yaşlı prezidentin beyninə qan sızmış, onun xəstəxanaya yerləşdirildiyi elan olunmuşdu.

Islam Karimov 25 il ərzində qəddar təhlükəsizlik aparatı, Rusiya və Qərb arasında tarazlıq yaratmaqla, habelə prezident səlahiyyətlərini davamlı genişləndirməklə hakimiyyəti əlində saxlayıb.

Onun prezidentliyi siyasi müxalifətin sistemli məhvi, ölkənin pambıq tarlalarında məcburi əmək, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin işgəncə metodları ilə yadda qalıb.

“YEKUN SÖZ MƏNİM OLACAQ”

Karimovun ölümü SSRİ-inin dağılmasından sonra yalnız bir nəfərin hakimiyyətdə olduğu bu ölkədə kimin prezidentlik postuna gələcəyi barədə qeyri-müəyyənliyə səbəb olub.

1938-ci ildə qədim İpək Yolunun üzərində yerləşən Səmərqənd şəhərində doğulmuş Karimov ixtisasca iqtisadçıdır. O, 1989-cu ildə Özbəkistan SSR Kommunist Partiyasının birinci katibi seçilib.

Artıq 1990-cı ildə Karimov Özbəkistan siyasətinin növbəti on illər ərzindəki gedişatı ilə bağlı baxışını ortaya qoyub.

“Siz sabah məni prezident seçsəniz, onda mənə parlamenti buraxmaq hüququ da lazımdır. O halda yekun söz mənim olacaq,” o deyib.

1991-ci il avqustun 31-də, SSRİ-nin qürubuna çox az qalmış, Karimov Özbəkistanın müstəqilliyini elan etdi. Bunun ardınca o, ölkənin ilk prezident seçkisində qalib gəldi.

“HİYLƏGƏR SİYASƏTÇİ”

Karimovun 90%-dən yuxarı nəticə ilə “qalib gəldiyi” bundan sonrakı prezident seçkilərinin heç biri Qərb tərəfindən azad və ədalətli səsvermə kimi tanınmayıb. Ölkə Konstitusiyası bir nəfərin iki dəfədən artıq seçilməsini qadağan edir, amma Karimov düz 4 dəfə prezident seçilib.

Hiyləgər siyasətçi olan Karimov bundan başqa ictimai referendumlar, siyasi müxalifətin məhvi və tənqidi medianın ləğvi yolu ilə hakimiyyəti öz əlində cəmləşdirməyi, potensial rəqiblərini və xalqı isə siyasətdən uzaq tutmağı bacarıb.

ABŞ Dövlət Departamenti apreldə illik hesabatında qeyd edir ki, Özbəkistanda “prezident Islam Karimovun başçılıq etdiyi icraedici hakimiyyət siyasi həyatda dominantlıq edir və hakimiyyətin digər qanadları üzərində, demək olar ki, tam nəzarəti həyata keçirir”.

Özbəkistanın ədliyyə sistemi saxlanılan şəxslərə qarşı işgəncəni gündəlik praktikaya çevirdiyindən beynəlxalq müşahidəçilərin çoxsaylı tənqidlərinə məruz qalıb.

~ tərəfindən Patriot 02/09/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: