“ELƏ BİL ERMƏNİ ƏSİRLİYİNDƏYİK”

Fuad-Tale

“Nardaran işi” məhkəməsində yenə tükürpədən ifadələr

Abbas Hüseynov: «Bu adam mənə «bandotdel»də deyirdi ki, bura Azərbaycanın Quantanamosudur»

Deyirlər ki, guya mən dövlət çevrilişi eləmək istəmişəm. Mən hərbidə olmuşam. Hərbi paradda Ilham Əliyevin qarşısından əlimdə silah keçmişəm. Əgər mənim çevriliş, terror eləmək fikrim olsaydı, elə o zaman vurardım onu…” Bunu dünən “Nardaran işi” məhkəməsində təqsirləndirilən şəxslərdən Abbas Hüseynovÿdeyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən bu prosesdə zərərçəkmiş və şahid kimi tanınmış polislərin dindirilməsi mərhələsidir. Hələ ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları dindirilir.

Nardaran işi” məhkəməsində qalmaqal

Ötən məhkəmə iclasında ifadə vermiş əməliyyat müvəkkili Islam Ağabəyovun dindirilməsi dünən də davam etdirilib.

Dindirmə zamanı təqsirləndirilən şəxslərin bir neçəsi “bandotdel”də olarkən onun işgəncələrinə məruz qaldıqlarını deyiblər.

Təqsirləndirilən Aqil Ismayılov və Əli Nuriyev Islam Ağabəyovun onları ailələri ilə, əxlaqsız hərəkətlər vasitəsilə işgəncə verməklə hədələdiyini bildirib.

Islam Ağabəyov deyilənlərin yalan olduğunu deyib.

Abbas Hüseynov isə bildirib ki, Ağabəyov özü yalan danışır. Bu zaman onunla adıçəkilən polis arasında mübahisə yaranıb. Polisin ona “Idarədə dovşana dönmüşdün” deməsi məhkəmədə qalmaqala səbəb olub. Təqsirləndirilən şəxslər və onların məhkəməni izləyən yaxınları ayağa qalxıb Islam Ağabəyova etirazlarını bildiriblər. Hakimlər məcbur olub, prosesə qısa fasilə veriblər.

Mən bezdim döyməkdən, sən bezmədin döyülməkdən?”

islam agabeyovFasilədən sonra da Islam Ağabəyovun dindirilməsi davam edib. Təqsirləndirilən Zakir Mustafayev “də bandotdel”də Ağabəyovun digər polis əməkdaşı Kərim Əlimərdanovla birlikdə ona dəfələrlə işgəncə verdiyini deyib: “Dedi ki, ”sənin ailəni, uşağını gətirəcəyik. Qol çək ki, qranat sənindi”. Fiziki işgəncə verdi mənə. Əlimi bağlayıb dubinka ilə bədənimə vururdular. Mənə bu adam təklif edib ki, silahı boynuma alım. Dedi ki, “yazığım gəlir sənə, boynuna al, qurtarsın”.

Islam Ağabəyov deyilənlərin doğru olmadığını bildirib. O, digər polis əməkdaşı Kərim Əlimərdanovun da heç kimi döymədiyini deyib.

TəqsirləndirilənÿAbbas Hüseynovÿda danışıb: “Mənim burada dediklərim onların bizə elədiklərinin heç zərrə qədəri də ola bilməz. Bu, noyabrın 26-dan mənimlə ünsiyyətdə olub. Mənə deyirdi ki, ”məhv olacaqsan, sən ölü kimi şeysən, valideynlərin səndən imtina ediblər”. Dedi ki, “ömürlük gedəcəksən, biz səni burada saxlasaq da, heç kimin xəbəri olmaz. Bura Azərbaycanın Quantanamosudur”. Mənə işgəncə veriblər. Döyüb, dubinka ilə çırpıblar. Dedi ki, “Əbülfəzin gününə düşmək istəmirsənsə, qol çək. Elə eləmə ki, həbsxanaya şikəst gedəsən”. 21 gün “bandotdel”də qalmışam. Hər gecə saat 3-4-də qaldırıb məni döyürdü. Deyirdi ki, “mən bezdim döyməkdən, sən bezmədin döyülməkdən?” Başıma maska keçirib, əllərimi bağlayıb döyürdülər. Elə bil erməni əsirliyindəydik”.

Ayaqlarım ağrıdan yerə dəymirdi”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da Islam Ağabəyovun ona qarşı qanunsuz hərəkətlərə yol verdiyini bildirib: “Mənimlə 15-20 gün ünsiyyəti olub. Özlərinə də, elə buna da demişdim ki, ”təqsirləndirilənlərə çatdırın, mənimlə bağlı nə istəyirsizsə, boyunlarına alsınlar, amma işgəncə verməyin onlara”. Bunlar mənim şəxsiyyətimi alçaldıblar, Şahlar Cəfərovla məni təhqir ediblər, dinimi söyüblər. Bu özü də namaz qılır. Məndən Milli Şura və Əli Kərimlinin əleyhinə ifadələr almaq istəyiblər. Mən ifadə verməyəndə məni aşağı – zirzəmiyə göndərirdilər, işgəncə verirdilər, sonra yenə yuxarı qaldırırdılar. Milli Şura haqqında söhbətlər edirdilər, yenə qəbul etmirdim, yenə yanıma maskalılar göndərib işgəncə verirdilər. Bunlara da yuxarıdan verilib o sifariş. Birinci tələbləri Iran faktoru olub. Gördülər ki, heç nə yoxdu, yuxarıdan olan sifariş əsasında keçdilər Milli Şuraya. Dediklərini eləmədim, sonradan Milli Şura söhbəti də dayandı. Məni əsas Elman Bağırov dindirirdi. Yanına aparanda ayaqlarım yerə dəymirdi ağrıdan. Qollarımdan tutub aparırdılar”.

Islam Ağabəyov Taleh Bağırovun da dediklərini təsdiqləməyib.

Polislərin ifadələrində ziddiyyət

BMCMI-nin başqa bir əməliyyat müvəkkiliÿElçin Tağıyevÿdə dindirilib. Deyib ki, Nardaranda əməliyyat keçirilən gün həmin həyətə çatanda partlayış səsi eşidib. Özü isə həyətə hasardan düşüb. Bu zaman iki nəfərin əlində qumbara digər hasardan tullanıb qaçdıqlarını görüb.

Dediyinə görə, əməliyyat zamanı Abbas Hüseynovu tutub və həmin vaxt onun əlində silah olub. Həmçinin qeyd edib ki, Taleh Bağırovu polis həmkarı Elman Bayramov tutub, həmin vaxt Taleh ona müqavimət göstərib.

Amma Elman Bayramov ötən məhkəmə iclasında ifadə verərkən demişdi ki, Taleh Bağırov saxlanılarkən ona heç bir müqavimət göstərməyib. Vəkillər bunu Elçin Tağıyevin nəzərinə çatdırıblar.

Akif Çovdarovun taleyi sizi də gözləyir…”

Təqsirləndirilən Abbas Hüseynov da bildirib ki, onu tutan Elçin Tağıyev olmayıb: “Hamısını yalan danışır. Əgər ona silah atmışamsa, Allah mənim mənim bəlamı versin, yalan deyirsə, Allah onun bəlasını versin. Necə ki, Akif Çovdarov, Eldar Mahmudov bu rejimin qulu oldular, sonra rəzil günə qaldılar, elə gün sizi də gözləyir”.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonrakı günlər də həbslər davam edib.

Sonradan prokurorluq bildirdi ki, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan 6 ilə qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Hərçənd, onlar özləri bu ittihamları rədd edirlər. Tutulanlar bildirir ki, onlardan ifadələr işgəncə altında alınıb.

~ tərəfindən Patriot 25/08/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: