RÖVŞƏN LƏNKƏRANSKİ QƏTLƏ YETİRİLDİ

rovsen lenkeranski

Məşhur «qanuni oğru»nun nəşi doğma elində izdihamla qarşılandı

Türkiyədə öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.

Məlumatlara görə, onun nəşi Türkiyədəki azərbaycanlı iş adamı Mübariz Mənsimovun özəl təyyarəsi ilə gətirilib.

Lənkəran aeroportunda mərhumun cənazısini qarşılamaq üçün böyük izdiham toplanıb. İnsanlar cənazəsini mərhumun evinə “Allahu Əkbər” və “Rövşən, Rövşən” deyərək yola salıblar.

Cənazə Kiçik Bazar məscidinə gətirilib. Meyit səhərə qədər məsciddə olacaq. Məlumata görə, məscidin həyətində qalmağa yalnız mərhumun yaxınları üçün icazə verilir. Başqa istəyənlər məscidə daxil olub, mərhumla vidalaşandan sonra oranı tərk etməli olurlar.

Lənkəranski necə qətlə yetirilib?

rovsen lenkeranski-qetlMəşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı xəbər daxil olub. Məlumata görə, Lənkəranski dünən gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb. Rövşən Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi 90-ND-011-dir.

Qətllə bağlı məlumatlı mənbələrdən biri “Rosbalt”a bildirib ki, Rövşən Canıyev avqustun 17-də gecə saatlarında İstanbulda hotellərdən birinin restoranında komandasının üzvləri ilə görüşüb.

“Daha sonra Rövşən hoteldən çıxıb və sürücüsünün olduğu “Range Rover” markalı avtomobilinin arxa oturacağında əyləşib. Avtoritetin maşınını arxadan içərisində bir neçə mühafizəçinin olduğu digər bir avtomobil müşayiət edib. Rövşənin içində olduğu “Range Rover” yerindən tərpənən zaman, arxadakı maşın gözləmə mövqeyini seçib. Məhz bu, həmin maşındakı şəxslərin ölümünün qarşısını alıb.

“Range Rover” gözlənilmədən ağır atəşə tutulub. Atəş açanlar ən azı 3 nəfər olub. Onlar mühafizəçilərin olduğu avtomobili də güllə-baran etmək istəyiblər. Lakin sürücü sürətlə geri sürüb və hadisənin baş verdiyi ərazidən uzaqlaşıb.

Çoxlu güllə yarası almış Rövşən xəstəxanaya çatdırılıb, lakin orada həyatını xilas etmək mümkün olmayıb”, – mənbə söyləyib.

Rövşən Lənkəranskinin qatili ilə bağlı iki iddia:

1. Rövşənin qətlinin təşkilatçıları kürdlər olub: “Onlar daha öncə “Ded Xasan”ın ölümündə günahkar bildikləri Lənkəranskidən intiqam almaq istəyiblər. Aydındır ki, bu qətliamı törətmək üçün digər “vorzakon”lar kürdlərə külli miqdarda pul ödəyiblər”.

Rövşən Lənkəranski Rusiyada kriminal aləmin lideri “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub”. Bunu isə “Rosbalt”a Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbəyə görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkaranski fəallaşmağa başlayıb. Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar “qanuni oğru” tituluna qoyduğu qadağını ləğv ediblər.

Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub.

Bir müddət əvvəl Irəvanda keçirilən “qanuni oğrular”ın “sxodka”sında Rövşən Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılıb. Həmin “sxodka”da onu 2013-cü ildə Ded Xasanın ölümündə də günahkar biliblər.

2 Virtualaz.org-un Türkiyədəki müxbiri ötən gecə İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin yaxınlarından biri ilə söhbət edə bilib. Əslən Bakıdan olan həmin şəxs də kriminal aləmdə yaxşı tanınır və uzun müddət Rövşənlə birlikdə Türkiyədə yaşayıb, onu müxtəlif səfərlərdə tez-tez müşayiət edib. Onun sözlərinə görə, Rövşən Lənkəranskinin Türkiyədəki kürdlər tərəfindən qətlə yetirilməsi barədə bəzi KİV-lərdə yayılan iddia böyük ehtimalla “üçüncü qüvvə” tərəfindən iki kriminal qruplaşmanı üz-üzə qoymaq üçün qəsdən ortaya atılıb. Virtualaz.org-un müsahibi onu da bildirib ki, Rövşən Lənkəranskinin adamları öz liderlərinin qətlə yetirilməsinin səbəbini və qatillərinin şəxsiyyətini müəyyənləşdirmək üçün özəl araşdırmalara başlayıblar.

Bu arada haqqın.az saytında da diqqət çəkən məlumat yayılıb: “Rövşən Lənkəranski” kimi tanınan kriminal avtoritet Rövşən Canıyevin İstanbulda qətlə yetirilməsindən az sonra “Hacı Beyləqanski” kimi tanınan Azərbaycan vətəndaşı Hacı Talıbxanlı Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən tutulub”. Cumhuriyyet.az haqqın.az-a istinadən bildirir ki, H.Talıbxanlı İstanbuldakı Barbaros bulvarının yaxınlığındakı binalardan birində R.Lənkəranskinin dəstəsinin üzvləri ilə görüşündə iştirak edib. Bu görüş başa çatandan az sonra R.Lənkəranskinin olduğu Range Rover avtomobili üç naməlum şəxs tərəfindən avtomatlardan atəşə tutulub.

“Qoca Bakinski” qətlə yetiriləndən sonra bir dəstə “qanuni oğru” Azərbaycanın ən nüfuzlu “lotu”larından birinin ölümünün qisasını almağa and içibmiş. Onlar R.Lənkəranskini qətlə yetirməyə girəvə axtarırdılar. Bu səbəbdən R.Lənkəranskinin məhz “Qoca Bakinski”nin qətlə yetirildiyi gün, avqustun 18-də güllələnməsinin təsadüf olmadığı iddia olunur. Bu sui-qəsdin qisas olduğu vurğulanır. Hacı Talıbxanlı digər “qanuni oğru, “Qoca Bakinski” kimi tanınan Əlibala Əlisəftər oğlu Həmidovun qətlində də suçlanır. Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı və yalnız R.Lənkəranskinin xüsvusii tapşırıqları olanda Dubayı tərk edirdi

Azərbaycan Daxil Işlər Nazirliyi (DIN) isə “Rövşən Lənkəranski”nin Türkiyədə öldürülməsini şərh etməyib. DIN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a deyib ki, əgər hadisə Türkiyədə baş veribsə bu ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır. Bununla belə Ehsan Zahidov onda Rövşən Canıyevin öldürülməsinə dair rəsmi məlumatın olmadığını deyib.

DIN rəsmisi Azərbaycanda heç bir “vor zakon”un olmadığını da iddia edib: “Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. Ikincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir ”vor zakon” tanımamışıq və tanımırıq, Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevin öldürülməsinə gəldikdə isə əgər bu hadisə Türkiyədə baş veribsə qoy onlar özləri araşdırsınlar”.

Rövşən Canıyevin dəfnində “vor zakon”ların mümkün iştirakına gəldiksə isə Ehsan Zahidov bu variantı istisna edib. Bildirib ki, bütün qanunazidd hərəkətlərin qarşısı alınacaq. “Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur və ölkəyə gələn şəxslərin kimlikləri, onların məqsədləri dəqiqləşdirilir”, – DIN rəsmisi bildirib.

~ tərəfindən Patriot 18/08/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma