REJİMİN DAHA BİR DOSTU HƏBS OLUNDU

hikki_eliyev

Əliyevlərin idman dostu Braziliyada həbs edildi

İrlandiya Milli Olimpia və Avropa Olimpiya komitələrinin prezidenti Patrik Hikki qanunsuz bilet satışında şübhəli bilinərək  Rio-de-Janeyroda həbs edilib.

71 yaşlı Hikki biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir.

Bundan bir neçə gün öncə Rioda bir nəfər 800 qeyri-qanuni biletlə yaxalanıb.

Polisin bildirdiyinə görə, Hikki həbs edilərkən qaçmağa cəhd göstərib.

Patrik Hikki ötən ilin yayında Bakıda keçirilən ilk Avropa Oyunlarının əsas təşkilatçısı olub. Avropa Oyunlarının təşkili onun ideyası hesab olunur. Hikki ötən il iyunun 17-də prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Braziliya mediasının məlumatına görə, P.Hikkinin saxlanılması Olimpiadanın açılış mərasimi günü həbs olunan Irlandiya vətəndaşı Kevin Ceyms Mallonun həbsilə əlaqəlidir. Hikki həmçinin Irlandiya Olimpiya Şurasının (IOŞ) prezidentidir.

Mallon “THG Sports” şirkətinin direktorudur. Iddia olunur ki, şirkət Rio-2016 üçün biltetləri qanunsuz satıb.

Avqustun 5-də Mallon Rioda 800 bahalı biletlə yaxalanıb. IOŞ-un bəyanatında deyilir ki, P.Hikki ilə bağlı mediada yayılan məlumatlardan xəbərdardırlar. Lakin şərh verməzdən əvvəl məsələnin tam aydınlaşmasını istəyirlər. Polis şübhələnir ki, biletlər 7800 dollara satılacaqdı.

THG-dən bildiriblər ki, Mallon biletləri satmayıb və satmaq niyyətində olmayıb. Bu biletləri Irlandiyada onları satmağa icazəsi olan Pro 10 Management şirkətinin müştəriləri üçün saxlayıb.

Hikki 2006-cı ildə Avropa Olimpiya Komitəsinin rəhbəri seçilib, İOŞ rəhbəri kimi isə 1989-cu ildən fəaliyyət göstərir. Bundan başqa, 2012-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin İdarə Heyətinin üzvüdür.

~ tərəfindən Patriot 17/08/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: