REFERENDUMDAN SONRA “TUTHATUT” OLACAQ

gulen emeliyati

Azərbaycanda referendumdan sonra “Gülən əməliyyatı” başlayacaq

Rəsmi Bakı «gülənçilər»i sıradan çıxarmaq üçün Ankaradan vaxt istəyib

Konstitusiyaya dəyiŞikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referedumdan sonra Azərbaycanda “Gülən əməliyyatı” başlaya bilər. Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, bununla bağlı Bakı ilə Ankara arasında razılaşma var.

Məlumata görə, bu səbəbdəndir ki, Türkiyədə keçirilən “Gülən əməliyyatı” çərçivəsində SOCAR-ın hədəfə gətirilməsinə rəğmən rəsmi Ankara “gülənçilər”in bu şirkətdən tamamilə təmizlənməsinə tələsmir. Qeyd edək ki, “SOCAR Türkiyə”də artıq iki dəfə əməliyyat keçirilib. Türkiyə mətbuatı isə SOCAR-ın rəhbərliyində Fətullah Gülənə bağlı şəxslərin təmsil olunduğu barədə məlumatlar dərc edir. Hətta həmin məlumatlarda SOCAR-ın “Gülən camaatı”nın əsas maliyyə qaynaqlarından olduğu barədə iddialar da yer alır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Türkiyə prezidenti Rəcəbr Tayyip Ərdoğanın görüşündən sonra isə bu məlumatlar bir qədər səngiyib. Görüşdə, “SOCAR Türkiyə” ətrafında baş verənlər barədə müzakirə aparıldığı istisna edilmir. Ərdoğanın Gülənlə bağlı məsələdə prinsipial mövqe tutduğunu nəzərə alsaq, onun hansısa şərtlər irəli sürdüyünü söyləmək olar.

Məlumata görə, elə bu görüşdən sonra Bakı Ankaradan referenduma qədər vaxt istəyib. Ona görə də Ərdoğan SOCAR məsələsində bir qədər yumşalıb.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumatlarda Türkiyə hüquq-mühafizə orqanlarının Azərbaycanda birgə əməliyyatlar keçirmək istədiyi bildirilirdi.

~ tərəfindən Patriot 08/08/2016.

3 Cavab to “REFERENDUMDAN SONRA “TUTHATUT” OLACAQ”

  1. ” Gülənçilərə qarşı əməliyyat “keçirmənin REFERENDUMla əlaqəsi olmamalıdır.Cinayətkarlar varsa və məlumsa,onların gec həbsi də pis nəticələr verə bilər.Bu cümləmlə məni səhv anlamayın.Kimlərinsə-insanların türməyə salınmasına sevinmirəm.Sadəcə olaraq hər bir işi öz vaxtınd-dərhal görmək lazım olduğu barədə qeyd edirəm.Əgər bu əməliyyat olmalıdırsa,mən yazsam da,yazmasam da həyata keçiriləcəkdir. Dəmiri isti-isti döyərlər.Bu atalar misalı illərin sınağından çıxıb.Bu arada gözlənilməsi lazım olan vaxt ərzində min-bir dənə oyunlar baş verə bilər. Hər halda Allah dövlətimizə bütün çətin məsələlərdə öz köməyini əsirgəməsin.Özünü,öz ailəsini,vətənini və dövlətini sevməyən insanlar susuz səhrada qurumuş bir ağaca bənzəyir.bu şəxsən mənim bənzətməmdir.Ancaq vətən,dövlət sevgisi öz yerində,yaşamaq üçün isə pul lazımdır.Pulu da qazanmaq lazımdır.Biz balaca olanda uşaqlar arasında belə bbir deyim vardı: Qa,qa qar istəyir,Qəhrəman arvad istəyir.Arvad da sabun istəyir,sabun da pul istəyir,pulu da qazanmaq gərək.Əfsuslar olsun ki,bizim bu gözəl ölkəmizdə pulu qazamağa maneçilik törədən DÖVLƏT MƏMURLARI həddindən ziyadə çoxdur.Onlardan bir neçəsi də bir sahibkar kimi mənim qismətimə düşüb.
    Mən,Niyazov Niyaz Novruz oğlu 1992-ci ilin noyabr ayında “Gül.-Gün.”sahibkar müəssisəsini təçkil edib qurmağa başladım.Bu minvalla Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib ŞƏHADƏTNAMƏ aldım.Sənədlərimin hamısını təsdiq edib fəaliyyətə başladım.Müəssisəmin hüquqi ünvanı “Gəncə hava limanı yaxınlığındakı ərazi” sayılır.Hüquqi ünvanın bura olmasını Gəncə aeroportunun o zamankı direktoru Qasımov Firuddin istəmişdi.Öz imzasıyla Azərbaycanın Ədliyyə Naziri Ilyas Ismayılovun adına məktub belə yazmışdı.Həmin məktub məndədir. Müəssisəm Gəncə hava limanı yaxınlığında yerləşərkən aeroport işçilərinə də qulluq edəcəkdi.Bütün bunların hamısını bir Gəncə aeroportunun direktoru Qasımov Firuddinlə danışıb həll etmişdik.Orada çörək sexi,bütün malları satam market və sairə fəaliyyət göstərəcəkdi.Hava Limanı işçiləri evlərinə gedəndə gərəkli qıda məhsullarını və s.TOPDANSATIŞ qiymətinə alacaqdı.Bizim aramızda belə müqavilə vardı.Əslində bu təklifi mən vermişdim.Hava limanı işçilərinin xidmətləri üzrə hamısının direktor möhürü ilə təsdiq olunmuş siyahısı bizim dükanda olacaqdı.İşləri onun və kimliyin əsasında quracaqdıq.TOPDANSATIŞ qiymətinə 400 aeroport işçisinə daima mal satmaq bizə çox ziyan vuracaqdı.Buna baxmayaraq,mən belə qərarlaşdırmışdım.Bütün bunları bilərək bəzi yoldaşların bu işlər xoşlarına gəlmədi.Və Qasımov Firuddindən sonra mənim işlərimə tam maneçilik törətməyə başladılar.Maneçilik törətmələri necə baş verdiyini mən saytlara yazıb yollamışam.İndi həmin yazını sizlərə də təqdim edirəm.Buyurub oxuyun:
    *Əgər mümkünsə,bu yazdıqlarımın heç bir yerini kəsmədən,hətta bu mövzuya öz yanaşmanızı da əlavə edərək DƏRC edin !!!
    *Hörmətli redaksiya,bu yazdıqlarımı DƏRC EDƏNDƏ mənə də məlum etməyi unutmayın !
    Salam,hörmətli redaksiya.Qəzetiniz tez-tez DÖVLƏT MƏMURLARININ sahibkarların,biznes adamlarının,sıravi Azərbaycan vətəndaşlarının başına gətirdikləri hadisələrlə bağlı məlumatları çap edir.Sizin belə məqalələri işıqlandırmağınız sıravi vətəndaşları az da olsa qane edir.Düzdür,hamı anlayır ki, əvvəllər olduğu kimi yazılan faktlar doğru olarsa,onda həmin dövlət məmurunu dərhal tutduğu vəzifəsindən uzaqlaşdırmayacaqlar.
    Elə məmur var ki,onun barəsində bəlkə də 100-lərlə fakt olan şikayət məktubları internet qəzetində dərc olunub,ancaq onun heç vecinə də deyil.Öz vəzifəsində yenə də çalışır,hələ əvvəlkindən də çox vətəndaşları,biznes və sahibkar əhlini incidir,onların başına olmazın oyunları açır,ancaq nəticədə yenə də kefindədir.Buna baxmayaraq baş vermiş ədalətsiz hadisələri heç olmasa internet qəzetləri işıqlandırsalar,bəlkə həmin həmin dövlət məmuru özünə yığışar deyə bir az təskinlik tapırlar.Məmurlar nahaqdan təkcə bir neçə sahibkarı,vətəndaşı incitsələr,nə varki?
    Həmin “GÖZƏL DÖVLƏT MƏMURLARI”ndan biri də hal-hazırda İmişli rayonunun İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan VİLYAM HACIYEVdir.Imişli RİHB-ı Vilyam Hacıyev Xanlar rayon İHB-sı vəzifəsində çalışarkən “Gül.-Gün.”sahibkar müəssisəsinin sahibkarının başına gətirdiyi barədə bütün Azərbaycan xalqına məlum olsun deyə bu ŞİKAYƏT MƏKTUBu yazıram.Indi yazacaqlarım sizin qəzetdə dərc olunandan sonra nəinki sizlərə,hətta bütün dünyaya məlum olacaq ki,VİLYAM HACIYEV Xanlar(indi-Göygöl)rayonu İHB-sı vəzifəsində çalışarkən YALAN MƏZMUNLU MƏKTUB yazmaqla “Gül.-Gün.”sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu.Bu ədalətsiz,nahaq görülən işin necə baş verdiyini sizlərə anlatmaq istəyirəm.
    Hörmətli Azərbaycan xalqının nümayəndələri,hamınıza məlum olsun ki,HACIYEV VİLYAM FAXRALI oğlu əvvəllər Gəncə hava limanında bizlərin tabeliyində çalışarkən mənim ona heç bir pisliyim keçməyib.Onunla insani münasibətimiz tam normal olub.Nədənsə,Gəncə hava limanından uzaqlaşandan sonra İHB-sı vəzifəsinə sahib olan kimi mənim sahibkarı olduğum “Gül.-Gün.” sahibkar müəssisəsinə düşmən kəsildi.Əlində heç bir əsası olmadan YALAN MƏZMUNLU MƏKTUB yazıb yuxarılara yolladı.Onun yazdığı YALAN MƏZMUNLU MƏKTUB hüquqi cəhətdən tam qanunsuzdur.Mənim sənədlərimin hamısı tam qaydasındadır.VİLYAM HACIYEV və bir neçə digər DÖVLƏT MƏMURLARI 20 ilə yaxındır ki,həmin vəzifələrdə çalışırlar.Mən isə YALAN MƏZMUNLU MƏKTUB əsaaında tam müflisləşdim.Ailəmin maddi durumu hal-hazırda ən kritik həddə çatıb.Bütün bu çətinliklərə baxmayaraq, hələ də birtəhər yaşayırıq.Güman edirəm ki,yaxın vaxtlarda mən dövlətdən hal-hazırki dövrün tələblərinə uyğun KOMPENSASİYAMI alacağam və sahibkar müəssisəmin fəaliyyətinə START verəcəyəm.Nəhayət,haqsızlığa son qoyulacaq və ədalət qalib gələcəkdir!!! Indi isə baş verənlərin hamısı ilə tanış olun.
    Mən,Niyazov Niyaz Novruz oğlu 1992-ci ilin noyabr ayında “Gül.-Gün.”sahibkar müəssisəsini qurmağa başladım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.1993-cü ildə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim.Davam etdirməkdən ötrü pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən KOMPENSASİYAMI almaq qərarına gəldim.Bu da mümkün olmadı.Elə həmin vaxt Xanlar rayon İHB-sı HACIYEV VİLYAM FAXRALI oğlu YALAN MƏZMUNLU MƏKTUB yazaraq Azərbaycan Hava Yollarına yolladı.Məktubunda qeyd etmişdi ki,guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb.Nəzərinizə çatdırım ki,VİLYAM HACIYEV bunu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmamışdı.Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki,niyə belə qansızlıq edirsən.VİLYAM HACIYEV sakit baxışlarla üzümə baxıb mənə anlatmağa çalışdı ki,belə olmalıdır.Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının rəhbərliyi mənə cavab yolladı ki,guya sənədlərim qaydasında olmadığı üçün KOMPENSASİYA ala bilmərəm.Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları rəhbərliyi mənimlə görüşməli idi.Ona görə ki,KOMPENSASİYA ala bilməməyimdən tam narazı idim.Narazılıq olan işi bir məktubla həll etmirlər.Elə həmin vaxt elə bil iy bilirlər kimi Gəncənin bu işlə məşğul olan bir neçə qrupları hava limanında gözləyirdilər.Vəziyyətdən belə anlamaq olur ki,həmin qruplara bu işlər barədə məlumat vermişdilər deyə onların hamısı həmin anda aerovağzalın qarşı tərəfindəki ağaclıqda olan çayxanada oturub gözləyirdilər.Rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini DƏYƏR_DƏYMƏZİNƏ(qəpik-quruşa)satmağa məcbur qaldım.Ona görə ki,Gəncə Hava Limanının direktoru dirənmişdi ki,obyekti təcili yığışdırmalısan.CAHANGİR müəllim deyir ki,yoxsa bulduzerin ağzına veriləcəkdir.Mənim müəssisəmin tikililərinin belə hallara düşməsində BİRBAŞA GÜNAHKAR olan VİLYAM HACIYEV və onun havadarlarını ALLAH bundan da pis hallara qoysun,inşaallah !!!
    Bu uzun illər ərzində mən tamamilə müflisləşdim.BİRBAŞA VİLYAM HACIYEVİN GÜNAHI ucbatından “Gül.-Gün.”sahibkar müəssisəmin fəaliyyəti deaktivləşməli oldu.
    Bizim dövlət məmurları sahibkarın başına belə oyunlar gətirirlər və heç of da demirlər.Elə bil ki,belə də olmalıdır.Onların xətirlərinə də indiyə kimi heç kim dəyməyib.Vəzifə sahibi olanda gözləri ayaqlarının altını seçmir.Düşünürəm ki,bu hal insan bədbəxtçiliyidir.Mənim müəssisəmin fəaliyyətinin deaktivləşməsinin BİRBAŞA SƏBƏBKARI VİLYAM HACIYEV və havadarları hələ də vəzifə başındadırlar deyə fəaliyyətə başlamaq qeyri-mümkündür.Hətta fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər.Vilyam Hacıyev sifarişi(onun o vaxt mənə verdiyi cavabdan elə anlamışdım)vaxtında və dəqiq yerinə yetirdi.Elə ona görə hələ də vəzifə başındadır.Həmin insanlar ona maneçilik törətmədilər.Sifarişçiləri mən tanımıram,ancaq Vilyam Hacıyev yəqin ki,dəqiq bilir.Elə düşünürəm ki,ALLAH belə məmurların gərəkli paylarını verəcək və sahibkarlar da fəaliyyətlərinə başlayacaqlar.Inşaallah !!!
    *Hörmətli redaksiya işçilərinin mənə əlavə sualları olarsa,cavab verməyə hazıram.Günün bütün saatlarında mənimlə əlaqə yaratmaq imkanına maliksiniz.
    *Rica edirəm,jurnalist mövqeyinizdən,savadınızdan istifadə edərək elə bir vəziyyət yaradın ki,YALAN MƏZMUNLU MƏKTUB əsasında mənə ödənilməyən RÜSUM pulumu ala bilməkdən ötrü azacıq da olsa irəliləyişə nail ola bilim.
    *Bu məsələdə əsas günahkar hal-hazırda Imişli RİHB-sı vəzifəsində çalışan VİLYAM HACIYEVDİR(bir vaxtlar işçimiz olub).
    *Mən də öz növbəmdə işlərim bu barədə qaydasına düşər-düşməz sizləri bir dost kimi heç zaman unutmayacağıma söz verirəm.
    *Insan dostluğu hər şeydən üstündür!
    Hörmətlə : “Gül.-Gün.” sahibkar müəssisəsinin sahibkarı – Niyazov Niyaz Novruz oğlu.
    ƏLAQƏ
    E-mail : vaxt.hasil.oldu.1955@bk.ru
    Mob.tel.n: 0503120582, 0556258225
    Skype : niyazov1955

  2. Mən bundan əvvəlki qeydiyyatımda yazdım ki,cinayətkarları həbs etməyin referenduma nə dəxli var?Yəqin ki,bu qərarı ölkəmizin rəhbərliyi verib.Mən yazdıqlarımla yalnız və yalnız öz düşüncələrimi qeyd etmiş oldum.Özüm də yaxşı bilirəm ki,referendumun keçirilməsi və həmin işlərin görüləcəyi zamanı barədə artıq qərar qəbul olunub.rəhbərlərin qəbul etdiyi qərardan sonra bu barədə nəyisə danışmağın bir mənası yoxdur.Əsla bu mənim kiminsə işinə qarışmağım deyildir.eləcə öz düşüncələrimi qeyd etdim.
    Mən yuxarıdakı birinci yazımda “Gül.-Gün” sahibkar müəssisəm barədə sizin qəzetə indiyə kimi dəfələrlə müraciət yollamışdım ki,ŞİKAYƏT YAZImı dərc edəsiniz.Bu qəzetin rəhbərliyi isə MƏŞHUR bir insan olmadığımdan həmin müraciətimi dərc etmədi ki,yazını oxuyanların sayı az olacaqdır.Əslində isə elə deyil.KİV-nin hər birinin əsas vəzifəsi xalqa xidmət etməkdən ibarətdir.Mən də bir Azərbaycan SAHİBKARI olaraq bu xalqın nümayəndəsiyəm.Əgər KİV insanları təbəqəyə bölürsə,ta mənim sizə sözüm yoxdur.elə ona görə də yazmaq olar : mən belə ədalətsiz dünyanın nəyindən razı qalım.bir vaxtlar Kəlbəcərli Bəhmən Vətənoğlu bu barədə ƏDALƏT CİBİNDƏ PUL OLANDADIR şerini yazmışdı.Həmin şerlə mən 1973-cü ildə BDU-nin hüquq fakultəsinə imtahan verəndə universitetin koridorunda divarda rastlaşdım.Tələbələr həmin şeri çoxaldaraq BDU-nin divarlarına yapışdırmışdılar.Həmin il mənə zorla Az.dili-Ədəbiyyat fənninin şifahi imtahanından 4 qiymət yazdılar.Əslində mən 5-ə cavab vermişdim. Bunu ikinci Az.dili müəlliməsi də öz dililə təsdiq edərək yanındakı kişi müəlliminə söylədi ki,bu oğlan 5-ə hazırlaşıb.Müəllimə bu sözləri deyəndə mən artıq biletin bütün suallarını cavablandırmış,hətta əlavə suallara belə cavab verib qurtarmışdım.Kişi müəllimi isə öz siyahısına təkrarən baxdıqdan sonra mənə dedi ki,sənə 4 yazacağam,nə 5! Mən anladım ki,adım siyahıda yoxdur deyə mənə zorla 4 yazmalı idi.həmin il konkursdan keçmədim.elə belə rəftara görə Azərbaycanımızda təhsil almaqdan imtina etdim.ali təhsilimi Kiyev Mülki Aviasiya Mühəndislərinə qəbul olaraq davam etdirməli oldum.O zamanlar həmin institutun İQTİSADÇI-MÜHƏNDİS fakultəsinə qəbul olunmaq çox çətin idi.Pul da tamamilə rol oynamırdı. Hətta pul bu işlərdə rol oynasaydı belə kasıb olduğumuzdan bu mümkün deyildi.Mən həqiqətən də öz biliymlə instituta daxil oldum və 1984-cü ildə həmin institutu bitirdim.Üzürlü hsab edin.Ədalətdən söz düşdü və Bəhmənin şeri məsələsi barəmdə sizlərin başını xarab etməyimlə nəticələnməsinə gətirib çıxardı.Rəbbim bizlərə yar və yardımçı olsun. Dövlətimizi,dövlətçiliyimizi və dövlət rəhbərlərimizi həmişə uca tutmalıyıq ki, digər dövlətlər də bizlərə yüksək qiymət versinlər.
    Yaşasın Azərbaycan adında TÜRK dövlətimiz!

  3. Burada ŞƏRH-qeydiyyat yazıb qurtarandan sonra DÜZƏLİŞ etmək niyə mümkün deyil? Bu suala sizdən cavab istəyirəm.Olsa,yaxşıdır.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma