PUTİN VƏ SARKİSYAN ZARAFAT EDİR?

putin-sarkisyan

Sarkisyandan sonra Putin də danışıqların mənasızlığını etiraf etdi

Hakimiyyətin “sülh danışqıları” adı altında cəmiyyətə sıradığı “uğur diplomatiyası” hər gün biraz da iflasa uğrayır. Təbii ki, sülh danışıqlarının vaxt itkisi olduğu, danışıqlar prosesinin uzanmasının yalnız Ermənistan tərəfinin maraqlarına xidmət etdiyi, Ermənistana ən böyük dəstəyi Rusiyanın verdiyi və danışıqlarla heç bir nəticəyə nail olunmayacağı bəllidir. Amma hökumət qətiyyən bunu etiraf etmək istəmir və danışıqların uğurlu nəticəsinin olacağını israrla sübut etməyə çalışır.

Indiki halda isə elə etiraflar üzə çıxır ki, hakimiyyətin bütün təbliğatı, daxilə ötürdüyü yalan informasiyalar ifşa olunur. Aprel döyüşləri də göstərdi ki, düşmən döyüşsüz bir qarış torpaq da vermək niyyətində deyil və iki təpənin itirilməsini də həzm etmir. Amma hakimiyyət atəşkəsə qaçdı və danışıqların məntiqi sonluğuna çatdığını bəyan etdi.

Amma Sankt-Petrburq görüşündən sonra hökumətin yalanı üzə çıxdı və qarşı tərəf heç bir razılığın əldə edilmədiyini bildirdi. Hansıki, Novruz Məmmədov mərhələli həll məsələsində razılığa gəlindiyini bəyan etmişdi.

Bundan sonra baş verənlər isə daha dəhşətlidir. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan çıxış edərək “canımı verərəm, Qarabağı vermərəm” söylədi. Yəni, birmənalı şəkildə bildirdi ki, Qarabağa heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Deməli, danışıqlarda hər hansı razılığın əldə edilməsi, ümumiyyətlə danışıq aparılması absurddur. Deməli, hakimiyyət danışıqların səmərəsizliyini bildiyi halda, 23 ildir vaxt öldürür. Belə çıxır ki, hakimiyyət bu məğlubiyyətlə barışıb və atəşkəsin qüvvədə qalmasını şəxsi maraqlar üçün məqbul hesab edir.

Amma danışıqlar prosesinin mənasızlığı təkcə Sarkisyanın bəyanatı ilə bağlı deyil. Hakimiyyət həmişə Rusiyanın maraqlarından çıxış edib, Rusiyanın münaqişəyə töhfə verəcəyini bildirib. Hətta son günlər belə informasiya yayıldı ki, Rusiya prezidenti Putin Ermənistan prezidenti ilə görüşündə qarşı tərəfə təzyiq göstərəcək, Sarkisyanı danlayacaq və s.

Amma Vladimir Putinin “Azərtac”a müsahibəsi hakimiyyətin Rusiya təbliğatını da alt-üst etdi. Bəli, Vladimir Putin açıq şəkildə bildirdi ki, Rusiya Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmır: “Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir. Elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın. Güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun” – deyə Putin bildirib.

Göründüyü kimi Putin Ermənistan tərəfə hər hansı təzyiqin edilməyəcəyini rahatlıqla söyləyir. Yəni, Azərbyacan hökumətinin “mərhələli həll planı işə düşəcək”, “5 rayon azad ediləcək” təbliğatının boş təsəlli olduğu aydın görünür. Hətta Putin bildirir ki, problemin həlli heç bir tərəfin qalibiyyəti ilə nəticələnməməlidir. Faktiki olaraq Azərbaycanın 20 faiz ərazisi işğal edilib, amma  Putin “heç kim qalib və məğlub olmamalıdır” deməklə, münaqişənin ədalətli həllini tapmayacağına işarə edir.

Ümumiyyətlə, Putin Bakı səfərinin Qarabağ məsələsi ilə bağlı olmadığını bildirib. Müsahibədən bu qənaətə gəlmək olur ki, Putinin Bakı səfəri iqtisadi məqamlarla bağlıdır, maddi istəklərin təmin olunması üçündür: “Hesab edirik ki, ”Uralvaqonzavod”dan Azərbaycana dəmir yolu nəqliyyatı göndərilməsi, “Krasnoye Sormovo” zavodundan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün iki tankerin tikintisi və çatdırılması, Rusiyanın “R-Farm” şirkətlər qrupunun iştirakı ilə birgə əczaçılıq istehsalatının təşkili üzrə planlar tam həcmdə yerinə yetiriləcək. Nəqliyyat, maliyyə, sığorta, telekommunikasiya, mədəniyyət və istirahət sahələrində xidmətlərin qarşılıqlı ticarətinin genişlənməsi ticari-iqtisadi əlaqələrin inkişafının daha bir mühüm istiqaməti ola bilər” – deyə Putin bildirib.

Göründüyü kimi Sarkisyanın israrlı bəyanatından sonra Putinin mövqeyi də danışıqların nəticəsizliyə xidmət edəcəyini təsdiqləyir. Hakimiyyət Rusiyaya sədaqət göstərib, təzim etsə də “böyük qardaş” böyüklük etmək fikrində deyil.  Rusiya həmişəki kimi Ermənistanı himayə edəcək, Ermənistan da bu himayadən ilhamlanıb “od püskürəcək”.  Ermənistan  torpağı vermək istəmir, Rusiyanın heç bir resepti yoxdur, işğala məruz qalan isə israrla danışıq aparmağa davam etmək niyyətindədir.

Bir sözlə, Putin də, Sarkisyan da danışıqların Azərbaycanın qələbəsi ilə nəticələnəcəyini qətiyyətlə inkar edir. Təsdiqləndi ki, sülh danışıqlarının “fatihə”si verilib. Bundan sonra analoqsuz hökumətimiz daxili auditoriyaya hansı təsəllini verəcək? Bəlkə, sübut etməyə çalışacaqlar ki, Putin və Sarkisyan zarafat edir?

~ tərəfindən Patriot 08/08/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma