ERMƏNİLƏR QUBADLIDA KÖK SALIR

saakyan-qubadli

Ermənilər Qubadlıda yeni yaşayış massivi istifadəyə verdi

Ermənistan rəhbərliyi Dağlıq Qarabağın ətrafındakı rayonlarda da süni köçürmə siyasətini davam etdirir.

Ermənistan KİV-nə istinadən xəbərə görə bu dəfə separatçı rejimin rəhbəri Bako Saakyan Qubadlı rayonun Xanlıq kəndində 17 mənzildən ibarət yaşayış kompleksinin istifadəyə verilməsində iştirak edib.

Qubadlı və Zəngilan rayonlarında taxılçılığın inkişafından danışan Saakyan Xanlıq kəndinin əhalisinin yaxın 10 ildə mini keçəcəyini bildirib.

~ tərəfindən Patriot 08/08/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin