HİLLARİ KLİNTON RUSİYAYA İSMARIC YOLLADI

hillari

“Rusiya təhlükəsi ilə mübarizədə NATO-nu dəstəkləməkdən fəxr edirəm”

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton  “Rusiya təhlükəsi” ilə mübarizədə NATO-nu dəstəklədiyini bildirib.

Bunu Klinton Demokratlar Partiyasının Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı deyib.

“Mən Rusiyadan gələn təhlükə də daxil olmaqla, istənilən təhdidlə  mübarizədə NATO-dakı müttəfiqlərimizə dəstək verməkdən fəxr edirəm”, – deyə Klinton qeyd edib.

Sabiq dövlət katibi həmçinin ABŞ-ın düşmənlərini “məğlubiyyətə uğradacağını” bəyan edib. ABŞ prezidentliyinə namizəd çıxışı zamanı  İŞİD-lə mübarizə məsələsinə də toxunub: “Biz onların mövqelərinə havadan zərbələr endirəcəyik və onları darmadağın etmək üçün yerli qüvvələri dəstəkləyəcəyik”, – deyə Klinton qeyd edib.

H.Klinton həmçinin vurğulayıb ki, prezidentliyi dövründə  iqtisadiyyat və amerikalıların təhlükəsizliyi məsələləri onun üçün əsas prioritet təşkil edəcək.

~ tərəfindən Patriot 30/07/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma