ERMƏNİSTANDA QARŞIDURMA GÜCLƏNİR (FOTOLAR)

ermenistan qarsidurma

Yerevanda qiyamçılara qarşı hücum hazırlanır

yerevan_qarsidurmaYerevanın mərkəzində toplaşan 2 mindən çox nümayişçi prezident Serj Sərkisyanın iqmətgahına doğru yürüşə can atır.

Nümayişçilər polis polkunun binasını ələ keçirən silahlı qrupu dəstəkləyir. Polis Sərkisyanın iqamətgahına aparan Baqramyan prospektini bağlayıb və nümayişçilərin hərəkətini dayandırmağa çalışır.

Jirayr Səfilyanın hazırda yarıgizli fəaliyyətə keçən “Təsis parlamenti” prezident Serj Sərkisyana xəbərdarlıq edib.

Radikal müxalif hərəkat bildirir ki, əgər Sərkisyan Çauşeuskunun aqibətini yaşamaq istəmirsə hakimiyyətin dinc yolla təhvil verilməsi prosesini başlatmalıdır. Bəyanata əsasən prosesin başlanğıcı kimi Yerevanda polis polkunun binasını tutan silahlı qrupla danışıqlar başlamalıdır. “Bu, Sizin üçün və xalq üçün dinc siyasi islahatlara başlamağın yeganə yoludur” – bəyanatda deyilir.

Çauşeusku keçmiş Rumıniya diktatorudur və qiyamçılar tərəfindən güllələnib.

***

Hazırda Yerevanın mərkəzi Azadlıq meydanında müxalifətçilərin silahlı qrupa dəstək nümayişi gedir. Nümayişçilərin bir qismi yaxınlıqdakı Respublika meydanına yürüş edib. Polis polkunu ələ keçirən silahlılara qarşı xüsusi əməliyyatın başladığına dair xəbərlər hələ təsdiqlənmir.

Yerevanda post-patrul polisi polkunun binasını nəzarətdə saxlayan silahlılara qarşı xüsusi əməliyyata hazırlıq getdiyi bir vaxtda onların lideri Jirayr Səfilyanın həbsxanadan müraciəti yayılıb.

Səfilyan əhalini təhlükəsizlik qüvvələri ilə polis polkunun binası arasında canlı qalxan olmağa çağırıb.

Səfilyan bildirir ki, prezident Sərkisyanın məsələni siyasi dialoq yolu ilə həll etmək niyyəti yoxdur. “O, qanlı yolu seçib və üsyan qaldıran bu oğlanların fiziki, mənəvi məhvinə qərar verib. Erməni xalqı mümkün qədər tez bir vaxtda dinc mitinq keçirmək yolu ilə polislə post-patrul alayının binası arasında canlı qalxan olmalıdır”-Səfilyan bildirib.

Səfilyanın sözlərinə görə iki həftədən çoxdur ki, onun ideya yoldaşları öz canları bahasına hakimiyyətlə qarşıdurmaya girib və erməni xalqının üsyana qoşulacağını ümidlə gözləyir. “Hamıya aydın olmalıdır ki, bu oğlanlar öz canlarını xalqın ölkənin naminə qurban verir”-o bildirib.

~ tərəfindən Patriot 30/07/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma