HƏMYERLİMİZ BİNA ALDI BƏHRƏSİNİ GÖRMƏDİ

almaniya-bina-azerbaycanli

Almaniyada 250 mənzilli binanı alıb vəfat edən azərbaycanlı kimdir?

Almaniyanın Stendal əyalətində çoxbloklu yaşayış binası iki ildir binası boş qalıb və yerli hakimiyyət binanın gələcək aqibətini müəyyənləşdirmək üzərində baş sındırır. Lakin binanın Azərbaycandan olan sahibi vəfat edib və bu səbəbdən mülkiyyət hüququnun kimdə olması məsələsi mübahisəlidir.

Bu binanın əhvalatı haqda Almaniya mətbuatı yazır.

Yerli sahibkar Otto Fassbender bu ilin fevral ayında bildirib ki, o, 250 mənzilli binanı satın almaq və onu təmir edib qaçqınların, tələbələrin, tənha qocaların ixtiyarına vermək istərdi. Lakin sənədləşdirmə ilə bağlı problemlər var. Çünki bunun üçün uzaq Azərbaycandan icazə almaq lazımdır.

Binanın sahibi vəfat edib və Türkiyədən iki qadın özünü onun varisi adlandırıb. Onlar mülkiyyətin varisi olduqlarına dair sənədləri göndəriblər. Sənədlərdə binanın sahibi kimi Türkiyə şirkəti “Raks-AG” göstərilir. Şirkət Azərbaycandan olan investora məxsusdur. Hazırda o, sağ deyil. İndi binaya dair sərəncam vermək üçün Azərbaycandan sənədlər alınmalıdır. Bu isə xeyli vaxt aparır. Sahibkar deyir ki, o, Türkiyədən olan varislərlə telefon və internetlə əlaqə saxlayırdı. Lakin bu ölkədə vəziyyət gərginləşdiyindən 14 gündür ki, onlardan xəbər yoxdur.

Bina xeyli müddətdir istifadəsizdir, kommunal xidmətlərə görə yüz minlərlə avro borcu aranıb və 2014-cü ildən içməli su təchizatı kəsilib. Daha sonra binanın işığını da kəsiblər.

~ tərəfindən Patriot 27/07/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma