TÜRKİYƏDƏ HƏRBİ ÇEVRİLİŞ BAŞ TUTMADI (FOTOLAR)

turkiye - devrim

Xalq dirəniş göstərdi, hərbçilər məğlub oldu; Ölənlər və yaralılar var

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs edilən hərbçilərin sayı 1374-ə çatıb.

Hazırda İstanbuldakı Kuleli hərbi liseyində əməliyyat keçirilir. Liseydə 80 müdavim saxlanılıb.

Bu haqda TBMM sədri İsmayıl Qəhrəman məlumat verib.

***

turkiye herbi cevrilisTürkiyədə baş vermiş hərbi çevriliş cəhdinin qarşısının alınmasında 90 nəfər həyatını itirib. Hadisə nəticəsində 1154 nəfər yaralanıb.

Türkiyə paytaxtı Ankarada çevriliş əleyhinə böyük mitinq başlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, vətəndaşlar əllərində türk bayrağı Türkiyə Silahlı Qüvvələri Baş Qərərgahına doğru yürüyüşə başlayıblar.

Aksiyada minlərlə insan iştirak edir.

Hərbçilər Akınçıdakı 4-cü əsas Hərbi Hava bazasını tərk edirlər.

Agentliyin məlumatına görə, qiyamçılar mülki geyimdə xalqın arasına qarışmağa cəhd göstərirlər.

İyulun 16-na keçən gecə dövlət çevrilişi zamanı bağlanan İstanbuldakı Boğaziçi körpüsü qismən açılıb.
“Anadolu” agentliyi xəbər verir ki, bu, körpüdə tanklarla hərəkəti dayandıran hərbçilərin təslim olmasından sonra mümkün olub.
Qeyd edək ki, İstanbulun Asiya və Avropa hissələrini birləşdirən hər iki körpü iyulun 15-də gecə saatlarında bağlanmışdı.
Xatırladaq ki, dünən gecə bir qrup hərbçi Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərib.

***

Türkiyənin paytaxtı Ankarada yerləşən Jandarma Komandanlığının binası çevrilişə cəhd edən hərbçilərdən azad edilib.

“Hürriyet”in verdiyi xəbərə görə, bunu Türkiyə Daxili İşlər Nazirliyinin əmniyyət gənəl müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Ləkəsiz açıqlayıb. “Ankaranın Beştəpə məhəlləsindəki Jandarma Komandanlığı üsyançıların nəzarətinə keçmişdi. Buradan Türkiyənin 81 vilayətindəki jandarma qüvvələrini idarə etmək istəyirdilər. Lakin onlar mühasirəyə alındı, gecədən bəri atışmalar davam edirdi. Üsyançı hərbçilərdən 16-sı öldürüldü, 250-yə yaxın şəxs həbs edilib”, – deyə C. Ləkəsiz bildirib.

***

Türkiyə hökuməti hərbi çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinən 754 nəfəri həbs edib.

Bu barədə “Anadolu” agentliyi məlumat verib.

Daha əvvəl “Reuters” 336 nəfərin həbs edilməsi barədə məlumat yaymışdı.

 ***

Anadolu Agentliyinin yaydığı məlumata görə, Beştəpə bölgəsinə atılan 2 bombanın partlaması nəticəsində 5 nəfər həlak olub, xeyli sayda yaralı var…

***

Türkiyədə iğtişaşların törədilməsində iştirak edən Etimesgut Zirehli Birliklər Məktəbi ve Təlim diviza komandanlığından olan hərbçilər qərargahda xidmətdə olan digər əsgərlər tərəfindən polisə təslim ediblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Saxlanılan bütün hərbçilər uniformaları sökülərək polis maşınlarına doldurulublar.

***

Türkiyənin baş qərargah rəisi Hulusi Akarın girovluqdan azad edildiyini bildirilir.

“3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Təhqir edirdilər bizi. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular.  Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm”, deyə aparıcı bildirib.
***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq İstanbuldadır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbula gəlib. O, bir daha xalqı meydanlara, hava limanlarına çağırıb.
O bildirib ki, bu çevirilişi hazırlayanlar “bunun hesabını çox-çox ağır ödəyəcəklər”.

“Bir olacağıq, birlikdə olacağıq, birlikdə Türkiyə olacağıq” deyən prezident hadisə ilə bağlı detallı açıqlama verməyib.

***

NTV xəbər verib ki, çevrilişə cəhd edən hərbi qruplaşmanın girov götürdüyü Baş Qərargah rəisi Hulisi Akar xüsusi əməliyyatla azad edilib.

***

Türkiyə Milli Təhlükəsizlik Nazirliyi (MİT) hərbi çevriliş cəhdi barədə məlumat yayıb. MİT-in media müşaviri Nuh Yılmaz canlı yayında bildirib ki, çevriliş cəhdinin qarşısı alınıb. Bəzi yerlərdə lokal müqavimətlər var, oralarda da xalq kütlələri çevrilişçilərin üzərinə yürüyür. Müşavir çevrilişə cəhdə iştirak edənlərin hamısının vətənə xəyanət maddəsilə mühakimə olunacağını deyib.

***

Anadolu agentliyi xəbər yayıb ki, çevrilişçilər hərbi təyyarədən Türkiyə parlament binasına raket zərbəsi endiriblər. Xəbərə görə, bəzi parlament görəvliləri və polislər yaralanıb. Binadan alov dumanı qalxdığı deyilir.

AKP-dən deputat Leyla Şahin agentliyə deyib ki, raket zərbəsi binanın bir hissəsini tutub, lakin ciddi zərər və tələfat yoxdur. Deputatlar və mətbuat nümayəndələri də işlərini davam etdirilər. Deputat binaya raket atan təyyarənin vurulduğunu da deyib.

***

Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 təyyarəsi çevrilişə cəhd edənlərin əlində olan «Sikorski» helikopterini vurub. Məlumatı Anadolu agentliyi yayıb.

***

Ankara Polis İdarəsi çevrilişə qalxan hərbçilərin ikinci hücumuna məruz qalıb. Anadolu agentliyi xəbər verir ki, döyüş təyyarələri və vertolyotları ilə həyata keçirilən hücum nəticəsində Çölbaşı Xüsusi Təyinatlılar Qərargahı vurulub, 17 polis həlak olub.

Başqa bir xəbərə görə isə TRT-ni ələ keçirmək istəyən 1 rütbəli və 4 əsgər polis və mülki şəxslər tərəfindən zərərsizləşdirilib.

***

Məlumatlara görə, hakimiyyəti ələ keçirməyə qalxan hərbçilər İstanbulun müxtəlif yerlərində onlara etriaz edən dinc sakinlərə atəş açıb. Atəş nəticəsində bir neçə nəfərin yaralandığı, bir nəfərin isə həlak olduğu deyilir.

***

Çevrilişə cəhd edənlərdən həbs olunanlar var. Anadolu agentliyinin yaydığı məlumata görə, İstanbulun vətən Prospektində bir polkovnik və 3 əsgər prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq göz altına alınıb.

Bu arada Anadolu agentliyi çevriliş cəhdini Baş Qərargahda müşavir vəzifəsində olan polkovnik Məhərrəm Köşə-nin planladığını iddia edib. Agentlik yazır ki, Köşə ilə yanaşı planda polkovnik Mehmet Oğuz Akkuş, mayor Erkan Ağın,  podpolkovnik Doğan Uysal və başqaları da yer alıb.

Xəbərə görə, çevrilişə cəhd göstərənlərə qarşı əməliyyat başlayıb, həbs olunanlar var.

Sosial şəbəkələrdə, xüsusən də tvitterdə Türkiyədən olan istifadəçilərin mütləq əksəriyyəti “darbe ye hayır” deyə mesajlar yazırlar. İstifadəçilər içərisində Ərdoğan hökumətini bəyənmədiklərini ifadə edənlər də, bununla belə hakimiyyət dəyişikliyinin seçki ilə olmasını istədiklərini, hərbi çevrilişə qarşı çıxdıqlarını yazırlar.

***

Əsgərlər Atatürk Hava Limanını tərk edir, vətəndaşlar dəstələrlə hava limanına yürüyür. Xəbəri Anadolu agentliyi yayıb.

***

1-ci ordu komandanlığı açıqlama yayıb. Açıqlamada baş verənlərin bütövlükdə Silahlı Qüvvələrə aid olmadığı, onun içindəki kiçik bir qrupun əməli olduğu bildirilir.

1-ci ordu komandiri general Ümit Dündar bəyan deyib ki. SQ bu hərəkəti dəstəkləmir və çevriliş etmək istəyən qrupla bağlı lazımı ölçü götürüləcək.

Dəniz Qüvvətləri komandanı da hərbi çevrilişi qəbul etmədiklərini bəyan edib.

***

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ankarada prezident iqamətgahı önündə hərbi vertolyotlardan açılan atəşlər nəticəsində dinc vətəndaşlardan yaralananlar var. İnsanlar polislərin köməyi və şəxsi avtomobilləri ilə yaralıları xəstəxanalara daşıyır.

***

İstanbulda Vətən Prospektində və Ankarada Baş qərargah Başçılığı qarşısında vətəndaşlar, tankların üzərinə çıxaraq hərbi çevrilişə qarşı çıxdı.

***

Bursa, Balıkesir, Çanaqqala, Kütahya, Yalova, Eskişehir və Bilecikte vətəndaşlar, İstanbul və Ankaradakı hərbi çevrilişə qarşı çıxıb.

CNN Türk-ə canlı bağlanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənləri milli iradəyə, ölkənin birlik və bərabərliyinə yönəlik qiyam cəhdi adlandırıb. Ərdoğan xalqın gücünün üstündə güc olmadığını, xalqın qiyamçılara layiqli cavab verəcəyini bildirib. O, bu olayların arxasında «paralel quruluşun» dayandığını bildirib: «Demokratiyaya qarşı çıxanlar bunun bədəlini ağır şəkildə ödəyəcək. Tarix boyu qiyamçılar uğur qazana bilməyib. Gec və ya tez yox olublar. Bu dəfə də belə olacaq. Meydanı onlara buraxmayacağıq!». Ərdoğan xalqa səslənərək hamını meydanlara və hava limanlarına səsləyib, özünün da xalqın arasında olacağını bildirib: «Qoy, xalq meydanlara çıxsın. Onlar da top-tüfəngi ilə gəlsinlər. Görək, neyləyəcəklər».

***

Keçmiş baş nazir Əhməd Davutoglu xalqa müraciət edib. Müraciətdə deyilir:” Əziz millətim, 1 noyabr seçkilərində təcəlli edən milli iradənizə sahib çıkacağımızdan şübhəniz olmasın.

Bu ölkədə seçilmiş prezidenti və seçilmiş parlamentə sahib çıxmaq hansı partiyaya səs vermiş olursa olsun hər kəsin ortaq vəzifəsidir.Milli iradəyə sonuna qədər sahib çıxacağıq. Müasir hüquq dövləti zərbələrlə deyil, demokratiya və milli iradə ilə qorunur.

****
Ankarada Beştəpə-dəki Prezident İqamətgahı ətrafında silah səsləri eşidilib. Hərbi vertolyotlardan atəş açıldığı deyilir. Çox sayda insanın iqamətgaha doğru yürüdüyü də gələn xəbərlər sırasındadır. Xəbəri Anadolu agentliyi yayıb.
***
Ankarada parlament binası önünə tanklar gətirilir.
***
CHP sədri Kılıçdaroğlu da çecriliş cəhdinə qarşı çıxıb: “Bu ölkə çevrilişlərdən çox çəkdi. Eyni sıxıntıların təkrarlanmasını istəmirik. Cümhuriyyətə və demokratiyaya sahib çıxırıq”.
***
Ərdoğan xalqa müraciətində çevrilişə cəhd edənlərin kiçik bir qrup olduğunu və onların çox sərt cəzalandırılacağını bildirib. Prezident bəyan edib ki, Ali Baş Komandan olaraq orduda ən yüksək əmr sahibi odur. Ondan xəbərsiz bunu edənlər məhkəmədə cavab verəcəklər.
***
MHP sədri Baxçalının baş nazir Yıldırımla telefon əlaqəsi saxlayaraq hökumətin yanında olduqlarını bəyan etdiyi bildirilir. Xəbəri Nazirlər Kabineti yayıb.
***
Cihan agentliyi xəbər verir ki, İstanbul və Ankara prokurorluqları çevrilişdə iştirak edən hərbçilərin həbsinə order verib.
***
“Yurdda Sülh Şurası dövlət idarəçiliyini həyata keçirəcək”. Ordu adından bütün dövlət idarəçiliyini ələ aldıqlarını bəyan edən hərbçilərin müraciətində belə deyilir.
Müraciətin məzmunu bundan ibarətdir ki, ölkədə Atatürkçü dünyəvi dövlət modeli təhlükədədir, korrupsiya idarəçiliyə sirayət edib, bütün bunların qarşısını almaq üçün isə işlək hüquq sistem yoxdur. Buna görə də Ordu məsuliyyəti üzərinə götürür.
Müraciət çevrilişə qalxan hərbçilərin ələ keçirdiyi dəvlət televiziyasından – TRT1-dən Türkiyə Silahlı Qüvvələri adından yayılıb.

***

Məlumatlara görə hərbçilər TRT-1 kanalını da ələ keçiriblər. Hazırda TRT-1 vasitəsilə hərbçilərin müraciətini oxunur.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı evin önündə polislər yüksək təhlükəsizlik tədbirləri görürb. Evin yerləşdiyi küçə hər iki tərəfdən xüsusi təyinatlı polis qüvvələri tərəfindən qapadılıb. Evin qarşısında isə gücləndirilmiş polis postu qurulub

İstanbul Atatürk hava limanında uçuşlar dayandırılıb. Hərbi sahədən aeroporta daxil olan hərbçilər idarəetmə qülləsini tutaraq, uçuşları dayandırıb.

***

Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bir qrup hərbçi tərəfindən girov götürülüb. Qərargah rəisi ilə birlikdə bir neçə general da girov götürülüb.

Bəzi kütləvi informasiya vasitələri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da girov götürülüb. Lakin Reuters xəbər verir ki, Ərdoğan təhlükəsiz yerdədir, girov götürülməsi yalan xəbərdir.

CNN Türk-in canlı yayımına qoşulan Türkiyənin Baş nazir Binali Yıldırım maraqlı açıqlamalar verib. Onun açıqlamalarından, hansısa qüvvələrin dövlət çevrilişinə cəhd etdiyi anlaşılıb: “Müəyyən bölgələrdə dövlətin əmanət etdiyi silahları alıb dövlət işçilərinə qarşı istifadə edən bir sıra məsuliyyətsiz  qruplar var. Bunu edənlərin kimlər olduğunu ən qısa müddətdə müəyyənləşdirəcəyik. Bu qruplara qarşı təhlükəsizlik qüvvələrimiz hərəkətə keçmişdir”,- deyə baş nazir bildirib.

Reuters agentliyi isə Ankara üzərində hərbi təyyarə və helikopterlərlərin dövr etdiyi haqda məlumat yayıb.

~ tərəfindən Patriot 16/07/2016.

Bir Cavab to “TÜRKİYƏDƏ HƏRBİ ÇEVRİLİŞ BAŞ TUTMADI (FOTOLAR)”

  1. Böyük Türkiyə Cumhuriyyətində ÇEVRİLİŞ(DƏRBƏ) heç bir formada və heç bir zaman baş tutmayacaqdır.Hamımızın sevimlisi,əzizimiz,çox hörmətlimiz,Türkiyə Cumhuriyyətinin Cumhurbaşkanı R.T.Erdoğanı xalq sevir və dəstəkləyir.Nə qədər Allah ona ömür veribsə,daima Türkiyənin Cumhurbaşkanı vəzifəsində olacaqdır.R.T.Erdoğana xalqın sevgisi hal-hazırkı kimi yüksək səviyyədə olandan sonra heç bir qüvvə onun hakimiyyətinə GÜC gələ bilməz.Rəbbim R.T.Erdoğana,onun ailəsinə, ətrafında olan insanlara yar və yardımçı olsun.Daxili və xarici düşmənlər sevinməsinlər.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma