SARKİSYAN ƏLİYEVƏ ERMƏNİ SAYAĞI CAVAB VERDİ

sarkisyan-eliyev

“Qarabağ Azərbaycanın tərkibində olmayacaq”

Bir neçə gün öncə, Nazirlər Kabinetinin müşavirəsində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz baxışlarını açıqladı.

Qısamüddətli aprel müharibəsindən sonra danışıqlar prosesinin fəallaşmasına ümid etdiyini bildirən İlham Əliyev birmənalı şəkildə dedi: “Dağlıq Qarabağ heç vaxt müstəqillik əldə etməyəcək. Biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”.

Düz bir sutka sonra Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidentinin bəyanatına cavab verdi. Erməni prezidentin yeni siyasi bəyanatı iki tərəfin nəzər nöqtəsinin bir-birinə nə qədər zidd olduğunu göstərir və münaqişənin yaxın vaxtlarda həllinə ümidləri azaldır. S.Sarkisyanın dünənki bəyanatı erməni tərəfinin münaqişənin dondurulmasına və danışıqlar prosesinin imitasiyasına yönəldilmiş qeyri-konstruktiv yanaşmasını bir daha nümayiş etdirdi.

“Bütün dünya bir olsa, Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa məcbur edə bilməz”, – “Əl-Mayadin” telekanalına dünənki müsahibəsində prezident Serj Sarkisyan deyib. “Yalnız Qarabağ sakinləri onun yekun statusunu müəyyənləşdirməlidirlər – ayrıca dövlət olmaq, yaxud Ermənistan Respublikasına birləşmək”.

Başqa sözlə, S.Sarkisyan Dağlıq Qarabağın Azərbaycan tərkibində öz müqəddəratını həll etmək hüququnu inkar edir. O yalnız bir alternativ göstərir – ya müstəqillik, ya da Ermənistana inteqrasiya. Azərbaycanın xeyrinə seçimdən bir kəlmə də deyilmir.

“Mənim üçün vacib olan Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təmin olunmasıdır ki, insanların minilliklərlə yaşadıqları tarixi vətənlərində yaşamaq imkanı olsun. Bu təhlükəsizlik yalnız Azərbaycandan kənarda təmin edilər bilər. Əgər indi hətta bütün dünya da Dağlıq Qarabağ əhalisini Azərbaycanda yaşamağa inandırmağa çalışsa da, inanın ki, bu mümkün olmayacaq. Azərbaycanın tərkibində yaşamağa inandırmaq mümkün deyil. Azərbaycan rəhbərliyi bunu anlamalıdır və əsas məsələ odur ki. bu insanları heç cür Azərbaycanın tərkibində saxlamaq olmayacaq”, – Sərkisyan deyib.

Özünə xas tərzdə, tarixi faktları təhrif etməklə və daha yaxşı məqsədlər üçün istifadə oluna biləcək həyasızlıqla Sarkisyanbildirir ki, Dağlıq Qarabağ minillər boyunca mifik erməni dövlətinin ayrılmaz tərkib hissəsi olub. Halbuki, hamıya məlum olan tarixi fakta görə, Ermənistan dövləti, Azərbaycan kimi, dünyanın və Cənubi Qafqazın siyasi xəritəsində 1918-ci ildə peyda olub.

Beləliklə, özünün yeni bəyanatı ilə Serj Sarkisyan danışıqlar prosesinin fəallaşması və münaqişənin tənzimlənməsi prosesinin başlanması barədə son zamanlar ağızdolusu müsahibələr verən müxtəlif ekspertlərin və vasitəçilərin nikbin bəyanatlarını heçə endirir.

Qeyd edək ki, dünən Kreml ekspertləri Azərbaycan ictimaiyyətini inandırmağa çalışırdılar ki, bu ilin sonuna kimi azərbaycanlı qaçqın və köçkünlər daimi yaşayış yerlərinə qayıtmağa başlayacaqlar. Lakin erməni prezidentin yeni düşmənçilik mövqeyindən bəyanatı əksini deyir – Ermənistan hər an partlaya biləcək münaqişənin sülh yolu ilə həllinə hazır deyil.

~ tərəfindən Patriot 14/07/2016.

2 Cavab to “SARKİSYAN ƏLİYEVƏ ERMƏNİ SAYAĞI CAVAB VERDİ”

  1. I have been browsing online more than 3 hours today, yet I never found
    any attention-grabbing article like yours. It’s lovely worth enough for me.
    Personally, if all website owners and bloggers
    made excellent content as you did, the internet might be much more useful than ever before. http://www.yahoo.net

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma