BRİTANİYANIN YENİ BAŞ NAZİRİ TEREZA MEY OLDU

tereza mey

Britaniyanın yeni baş nazirini kraliça qəbul etdi

Devid Kameron Bukinqem sarayını tərk etdi, Tereza Mey gəldi

britaniya_bas nazirBöyük Britaniya kraliçası II Yelizaveta dünən Devid Kemeronun istefasını qəbul edib. Artıq sabiq baş nazir Bukinqem sarayını tərk edib.

Mühafizəkarlar Partiyasının lideri Tereza Mey isə rəsmi olaraq Britaniyanın baş naziri təyin edilib. Tereza Meyin bu vəzifəyə təyinatı Bukinqam sarayında Kraliça Yelizaveta tərəfindən qəbul edildikdən sonra onun sərəncamı ilə rəsmiləşib. Tereza Mey hazırkı Kraliçanın hakimiyyətdə olduğu dövrdə artıq Britaniyanın 13-cü baş naziridir.

Kraliça ilə görüşdən sonra mediaya açıqlama verən yeni baş nazir Avropa Birliyindən ayrılma qərarından sonra ölkəsini daha da böyüyəcəyini vəd edib: “Hər şey xalq üçün olacaq. Heç kimə ayrıseçkilik edilməyəcək. Britaniyanın baş naziri kimi söz verirəm, bir neçə zəngin üçün deyil, bütün xalq üçün çalışacağıq. Ən yaxşı nədirsə, onu da edəcəyik”.

59 yaşlı Tereza Mey 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. O, Marqarit Tetçerdən sonra, daha dəqiqi, 26 ildən sonraÿkrallığın qadın baş naziri kimi diqqət mərkəzindədir.

Xatırladaq ki, yeni baş nazirin sələfi Devid Kemeron iyunun 23-də Britaniyada keçirilmiş referendumun nəticələrinə görə istefa verib. Referendumun nəticələrinə əsasən britaniyalıların əksəriyyəti Birləşmiş Krallığın Avropa Ittifaqından çıxmasının lehinə səs verib.

~ tərəfindən Patriot 14/07/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma