“MƏMUR” YA NARKOBARON?

narkotik - polis

“Narkotik ticarətinin arxasında yüksək çinli məmurlar dayanır”

Vidadi Mirkamal: “Tutulan narkotiklər tutulmayanların yüzdə biridir”

Bir müddət bundan öncə Azərbaycandan Gürcüstana aparılan 213 kq narkotikin gürcü gömrükçüləri tərəfindən tutulması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Belə ki, əvvəllər də təkrarlanan bu cür olayların çoxluğuna diqqət çəkən bəzi vətəndaşlar, narkotik ticarətinin Azərbaycandakı yüksək ranqlı bəzi məmurlar tərəfindən təşkil edildiyi qənaətindədirlər.

Məsələ ilə bağlı açıqlama verən ehtiyatda olan ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal son illər Azərbaycanın narkotranzit dövlət kimi diqqət çəkdiyini vurğuladı:
“Heç kimə sirr deyil ki, bu gün Azərbaycan İran, Əfqanıstan kimi dövlətlərlə digər dövlətlər arasında narkotranzit ölkə rolunu oynayır. Bundan öncə də bu cür faktlar baş vermiş, yüz kq-larla, hətta tona yaxın narkotik Azərbaycan sərhədlərini tərk edəndən sonra qonşu dövlətlərin gömrük-sərhəd orqanları tərəfindən ələ keçirilmişdi.

Təsəvvür edin ki, yüz kilolarla narkotik problemsiz şəkildə Azərbaycan ərazisinə daxil olur və ölkə sərhədlərini tərk edir. Halbuki, bu gün hər hansı sadə azərbaycanlı bir kq artıq ərzaq məhsulu keçirəndə, həmin bir kilonu onun əlindən alırlar. Bəs necə olur ki, kimsə bir kilo artıq ərzaq keçirəndə bundan dərhal xəbər tuturlar, lakin 200-300 kilo narkotik keçir, bundan kimsə xəbər tutmur? Bütün bunlar onu göstərir ki, narkotik ticarətinin arxasında yüksək çinli məmurlar dayanır. Tutulan, ələ keçən narkotik bəlkə də tutulmayanların yüzdə biridir. Çox güman ki, tonlarla narkotik Azərbaycan vasitəsi ilə Rusiya və Avropa ölkələrinə daşınır. Bu, Azərbaycanın onsuz da korlanan imici üçün bir zərbədir”.

~ tərəfindən Patriot 24/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma