DOĞUM GÜNÜN QUTLU OLSUN BƏY ƏFƏNDİM!

elcibey

24 iyun bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin doğum günüdür

Ucaldıqca sadələşən Elçibəy

Gələn gedəcək. O gəlmişdi, yoluna vardı və getdi. Nə mal-mülk, nə cah cəlal, nə haqq etdiyi prezidentlik səltənəti onun sufi könlünü bulandırmadı, əbədi eşq qaynağı olan ilahi feyzdən bir an aralı salmadı. Ucaldıqca sadələşdi. Sadələşdikcə gözümüzdə ucaldı. Pul-para, sərvət, kürsü əldə edəndə o qədər meylini dəyişən gördük ki… O dəyşmədi. Zənginliyi də, yoxsulluğu da ilahi təqdirdən qəbul etdi. Hakimiyyət güdükçüsü olmadı, xalqa xidmətkar olmaqdan məmnunluq duydu. Rüşvətdən, korrupsiyadan uzaq, içi sevgi zənginliyi ilə dolub-daşan bir həyat yaşadı.

Getməyə gəldiyini bildiyindən, ötəri dünyanın əsiri olmadı, getməyin şərəfli yolçusu, yolbayı oldu. Hər kəsi zatən bəyzadə görmək istədi, hər kəsə fərq qoymadan bəy dedi. Təbriz soraqlı “Qaragilə” oxudu, şəsti əyməyən bəy havası oynadı, türk tarixinin ağrı-acısını yaşadan Sakarya şerini dilində əzbər etdi. Təkəbbür göstərmədi. Hər kəs onu insan yaraşığı təvazönün, alicənablığın, mülayim təbiətin timsalında gördü. Dostları candan sevdi. Dostluğa, insanlığa xilaf çıxanları zamanın ixtiyarına buraxdı. Üstünə gələnləri, onu daşlayanları, kommunistini, kommunist xislətli yapçısını, arxadan xəncər vuranları, üzünə çamur atanları, onu siyasi rəqiblərinə satanları, dönükləri nehrə dünyamızın içində əritdi. Yağı yağ, ayranı ayran oldu.

Üç rəngli bayraq tutan əl nə gözəl! Vətən himninin səsləndirən dil nə gözəl! İmanı, birliyi, həmrəyliyi, nizamı, qüdrəti olan el nə gözəl! Bayrağa sarıldı bayraqdar oldu, milyonların dilində himnin səslənməsindən qürur duydu. Sovet müstəmləkəsinə el birliyini görg etdi. Siyasət hiylədir, kələkdir, hakimiyyəti qorumaqdır deyə çılız düşünənlərə, siyasət xalqı ilə birgə xoşbəxt olmaq, millətini millətlər içində ucaltmaq, vilayatə sahib olmaq, yerlibazlığın, regionçuluğun kökünü kəsmək, bütöv Azərbaycan eşqi ilə yaşamaqdır ideyasını anlatdı.

Aşiqin ən böyük kamalı, ən böyük xoşbəxtliyi məşuquna qovuşub, fənaya uğramaqdır. O, məşuquna sarıldı və Allah dərgahının ən məhrəm guşəsində öz əbədiyyətinə qovuşdu. Məkanın cənnət olsun bəy.

Nurəddin İsmayılov

~ tərəfindən Patriot 24/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma