NALBANDYAN NOVRUZ MƏMMƏDOVU TƏKZİB EDİR

eliyev-putin-sarkisyan

Rəsmi Bakı isə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyini mətbuata açıqlayır

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə bildirmişdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub: “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər”.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə Novruz Məmmədovun açıqlamalarının həqiqəti əks etdirmədiyini, danışıqlar zamanı hər-hansı razılaşma əldə olunmadığını bildirib. O, armenpress-in suallarını cavablandırarkən deyib:

“Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılıq əldə olunmayıb. Məsələnin mərhələli həllinə gəlincə, onun əsasını, dəfələrlə deyildiyi kimi, ilk növbədə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin və bu planı reallaşdırmasının Azərbaycan tərəfindən qəbul edilməsi məsələsi təşkil etməlidir. Novruz Məmmədov heç vaxt heç bir danışıqda iştirak etməyib. Bu mənada Sankt-Peterburq sammiti də istisna deyildi. Son görüşdə o yalnız işgüzar naharda iştirak edib, orada isə ancaq ATƏT-in ofisinin səlahiyyətinin genişləndirilməsi və təhqiqat mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub”.

~ tərəfindən Patriot 22/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma