ABŞ SURİYAYA GİRMƏYƏ HAZIRLAŞIR

obama-esed

İŞİD-in məhvi Demokratların reytinqini artırmağa hesablanıb

ABŞ Dövlət Departamentinin 50-dən çox əməkdaşı Obama administrasiyasının Suriyadakı siyasətini kəskin tənqid edən daxili memorandum imzalayıb. Sənədin məzmunu “The Wall Street Journal” və “The New York Times” qəzetlərinə məlum olub. Bəyanatda deyilir ki, ABŞ Suriya hakimiyyəti tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının qarşısını almaq üçün Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başlamalıdır.

Memorandumun müəllifləri hesab edirlər ki, “Əsədin hakimiyyətdən sui-istifadəsinin dayandırılmaması yalnız özünü “İslam Dövləti” kimi qruplaşmaları ideoloji cəhətdən möhkəmləndirəcək, baxmayaraq ki, İD döyüş meydanında taktiki uğursuzluğa uğrayır”.

Dövlət Departamentinin nümayəndəsi belə bir memorandumun alınması faktını etiraf edib, lakin onun məzmununa şərh verməkdən imtina edib. Onlar hesab edirlər ki, Amerika tərəfindən hərbi zərbələr barədə real təhlükəni dərk etmədən Əsədin üsyançılar ilə ciddi danışıqlar aparmağa heç bir stimulu olmayacaq. Çərşənbə günü ABŞ-ın dövlət katibi Con Kerri Suriya üzrə bütün hərbi əməliyyatların intensivliyinin azalmasına baxmayaraq, Hələbə hücumun davam etdirilməsində Suriya hakimiyyətini ittiham edib. Moskvanın Dəməşqə göstərdiyi dəstəyi şərh edərkən cənab Kerri deyib ki, Rusiya başa düşməlidir ki, ABŞ-ın səbri sonsuz deyil.

Bundan az sonra Rusiya Müdafiə Nazirliyi Hələbdə əldə olunmuş 48 saatlıq “sükut rejiminin” Rusiyanın köməyi ilə əldə olunduğunu elan edib.

Sözügedən müraciətin səbəbi siyasi müşahidəçilərin diqqətini cəlb edib. 2011-ci ildən bəri Suriyaya hərbi müdaxilədən yayınan ABŞ-ın indi mövqeyində müşahidə olunan dəyişiklik təbii ki, yəqin səbəbsiz deyil. Ötən ildən başlayaraq, Birləşmiş Ştatların rəhbərlik etdiyi anti-terror koalisiyası İŞİD-in Suriya ərazisindəki mövqelərinə havadan zərbələr endirsələr də, Vaşinqton yerüstü əməliyyatlar keçirmək istəmədi. Hətta Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya ordu yeritmək üçün xeyli müddət “Ağ Ev”in razılığını gözləsələr də, müsbət cavab ala bilnmədilər. Əvəzində “Ağ Ev” Suriyada terrorizmlə mübarizə missiyasını Rusiyaya həvalə etdi. Lakin Rusiyanın Suriyadakı fəaliyyəti daha çox Azad Suriya Ordusu ilə mübarizəyə yönəldildi və Bəşər Əsəd rejim rejiminin möhkəmləndirilməsinə xidmət etdi. Kremlin başının Yaxın Şərqdəki müharibəyə qarışması onun Ukrayna cəbhəsində fəallığını zəiflətdi. Bu isə ABŞ-a və NATO-ya Şərqi Avropada mövqelərini gücləndirilmək üçün əlavə vaxt qazandıra bildi.

Vaşinqtondan gələn son məlumatlar ABŞ-ın yeni situasiyaya uyğun hərəkət etmək planlarından xəbər verir. Belə ki, Yaxın Şərqdə taktiki geri çəkilən ABŞ indi mövqelərini bərpa etmək üzərində düşünür. Rusiyanın bu plana hansı reaksiya verəcəyi isə hələ məlum deyil. Hazırda Rusiya-ABŞ qarşıdurması əsasən şimal-şərqi Avropada müşahidə olunur. ABŞ-ın Rumıniyada və Polşada iki raketdən müdafiə sistemi quraşdırması, eyni zamanda Polşa, Litva, Latviya və Estoniyada NATO-nun 40 min nəfərlik silahlı qüvvələrini yerləşdirməyə hazırlaşması Rusiyanın diqqətini Yaxın Şərqdən uzaqlaşdırıb. Əlbəttə, İŞİD-in paytaxtı hesab olunan Suriyanın Raqqa şəhərinin terrorçulardan təmizlənməsində hazırda Bəşər Əsədin ordusu ilə yanaşı Rusiya hərbi hava qüvvələri və artilleriyası iştirak edir. Əməliyyatlar zamanı İŞİD-in pərakəndə duruma düşdüyü də xəbər verilir. Buna baxmayaraq, Rusiya indi Baltikyanı istiqamətdən özünün nüvə arsenalının NATO-dan qorunması və strateji əhəmiyyətə malik Qara dənizdəki mövqelərini itirməmək üzərində düşünür.

Suriyaya gəlincə, burada ABŞ-la fevralın 27-də əldə olunmuş atəşkəs razılaşması çoxdan pozulub. Vəziyyətin gərginləşməsi isə senatorların müraciətində deyildiyi kimi Bəşər Əsədə öz hakimiyyətini bərkitmək, nəzarətində olan əraziləri genişləndirmək üçün əlverişli şərait yaradır. İŞİD-in mövcudluğu bu prosesdə tutarlı arqument rolunu oynayır. Ona görə də İŞİD-in tamamilə məhv edilməsi Rusiyanı və Əsəd rejiminin əlindən bu bəhanəni ala bilər. İkincisi, “İslam Dövləti” qruplaşması artıq ABŞ-ın özü üçün ciddi problemə çevrilməyə başlayıb. Əgər əvvəlki illərdə İŞİD əsasən qonşu dövlətlər üçün təhlükə mənbəyi rolunu oynayırdısa, iyunun 13-də ABŞ-ın Orlando şəhərindəki gecə klubunda törətdiyi qırğından sonra bu təşkilatın qanlı əlinin okeanın o tayına çatdığı məlum oldu. Bu baxımdan, siyasi ekspertlər Orlando terror aktını 2001-ci ilin 11 sentyabr faciəsi ilə müqayisə edirlər. Əgər soyuq müharibə dövründə “Əl-Qaida” terror təşkilatının lideri Usəma bin-Laden Vaşiqtonun Sovet İttifaqına qarşı mübarizəsi üçün müttəfiqi rolunu oynayırdısa, sosializm sisteminin dağılmasından sonra ABŞ üçün təhlükə mənbəyinə çevrildi. Eləcə də indi İŞİD fəaliyyəti ABŞ-ın yalnız Yaxın Şərqdəki geosiyasi maraqlarına deyil, həm də milli təhlükəsizliyi üçün qorxu yaradır. Ona görə də ABŞ İŞİD-i məhv etmək üçün tezliklə hərəkətə keçə bilər. Ancaq bəzi politoloqlar hesab edir ki, ABŞ-ın Suriyaya müdaxiləsi İŞİD-lə yanaşı, Bəşər Əsədin də despotizminə son qoya bilər. Bu da Kremlin maraqlarına cavab vermədiyindən Rusiya ilə ABŞ arasında geosiyasi qarşıdurma dərinləşək. Vaşinqton toqquşmadan yayınmaq üçün Suriyaya ordu yeritməyəcək. Ancaq Bəşər Əsədin mərhələli şəkildə hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutan yeni Suriya konstitusiya layihəsinin ABŞ və Rusiya tərəfindən birgə hazırlandığını nəzərə alsaq, “Ağ Ev”lə Kremlin anlaşması baş tuta ola bilər.

Vaşinqtondan gələn son xəbərlər isə artıq Obama adminstrasiyasında bu istiqamətdə müzakirələrin getdiyini göstərir. Suriyaya ordu yeritmək üçün əsas təşəbbüsün dövlət katibi Con Kerridən gəldiyi bildirilir. Əsas məqsəd isə ABŞ-da qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasının nüfuzunu artırmaqdan ibarətdir. Payızda keçiriləcək seçkilərə qədər ABŞ rəhbərliyinin xarici siyasətdə ciddi uğura imza atması Demokratların xeyrinə işləyə bilər. Orlando terrorundan sonra müsəlmanlara qarşı yaranmış nifrət Respublikaçılar Partiyasının namizədi Donald Trampın tərəfdarlarını artırıb. Bu səbəbdən də ABŞ hökuməti İŞİD-lə bağlı siyasətinə yenidən baxmaq üzərində düşünür.

Danimarkadakı “Berlingske” saytının analitiki Esben Vest Yensenin yazdığına görə, Con Kerrinin “İslam Dövləti” ilə mübarizəyə əli çatır. Lakin onun buna nail olması üçün 6 ay vaxtı var. Bu məqsədlə Kopenhagenə səfəri zamanı ABŞ dövlət katibi Danimarka rəhbərliyi ilə müzakirələr aparacaq. Söhbət 2017-ci ildə prezident dəyişikliyinə qədər İŞİD-ə daha ciddi ziyan vurmaqdan gedir. ABŞ bu tapşırığı həyata keçirməkdə Danimarkadan kömək istəyir.

Con Kerri Rusiyaya qarşı ritorikanın əleyhinə olduğunu deyib. Dövlət katibi Osloda çıxışı zamanı bəyan edib ki, ABŞ atəşkəsin pozulmasını və Bəşər Əsədin Rusiya hərbçilərinə dəstək məqsədilə arası kəsilməyən hücumlarının baş verməsini istəmir. “ABŞ tələb edir ki, sentyabrın 1-dən gec olmayaraq keçid hökuməti qurulmalı və Bəşər Əsəd hakimiyyətdən kənarlaşdırılmalıdır” – Kerri belə deyib.

“Rusiya anlamlıdır ki, bizim səbrimiz sərhədsiz deyil. Əsədin nə qədər məsuliyyətli olması mövcud şəraitdəki fəaliyyətindən asılı olacaq”-ABŞ-ın dövlət katibi Norveç paytaxtındakı forumda bellə söyləyib.

Buna baxmayaraq, Bəşər Əsəd bu yaxınlarda dövlət televiziyasına müsahibəsində Suriyanın hər bir qarış torpağını geri qaytaracağına söz verib. Bu mənada, Con Kerrinin vəzifədə qaldığı qalan yarım ildə qarşıya qoyduğu missiyanı yerinə yetirə bilməsi mümkünsüz hesab edilir.

Lakin buna nail olmaq üçün ilk növbədə, İŞİD-ə qalib gəlmək lazımdır. Növbəti cümə axşamı Con Kerri Danimarkanın baş naziri Larsa Lökke Rasmussendən bu mübarizəyə dəstək verməyi xahiş edəcək. Artıq Danimarka terrorçulara qarşı mübarizə aparmaq üçün 7 ədəd F-16 qırıcısı və 100 əsgər göndərib.

~ tərəfindən Patriot 20/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma