XALQIN MİLYONLARI HARA GETDİ?

formula1-baki

«Formula-1» yarışına 100 milyon xərcləyən hökumət…

Bu vəsaitlə 10000 nəfər dializ xəstəsinin həyatını qurtarmaq, 10000 azyaşlı uşağı müalicə etmək olardı

Şəhid ailələrinin sığorta pulunu, məcburi müalicəyə ehtiyacı olanların xərcini, tələbələrin təhsil haqqını,  devalvasiyanın vətəndaşa vurduğu zərəri ödəməyə pul “tapılmır”, amma…

Hökumət yarıtmaz siyasəti əvvəlcə Avropa Oyunları ilə sığortalamağa çalışıdı. Insanları inadırmağa çalışdılar ki, Avropa Oyunlarının xatirinə, sosial vəziyyətin ağırlığına,  ölkədən oğurlanan milyardlara, 20 faiz ərazinin işğalına, harınlığa, ədalətsizliyə dözmək lazımdır. Sübut etməyə çalışdılar ki, bu oyunlar ölkəyə bütün sahələrdə uğur gətirəcək. Amma məlum oldu ki, Avropa Oyunları Azərbaycana vurulan ən böyük zərbə imiş. Nə iqtisadi, nə siyasi baxımdan bu oyunlar ölkəyə zərrə qədər xeyir gətirdi. Sadəcə olaraq hökumətin öyünüləcək başqa bir fəaliyyəti olmadığına görə, 1 il bu tədbirin təbliğatını apardı və çatışmazlıqları unutdurmağa çalışdı.

Indi də “Formula-1” yarışları üzərində bəh-bəh kampaniyası başlayıb. Hökumət sözçüləri bu yarışların önəmindən, ölkəmizi dünyaya tanıdacağından danışırlar, Azərbaycanda belə bir yarışın keçirilməsini uğurlu siyasətin nəticəsi kimi cəmiyyətə sırımaq istəyirlər. Ancaq ölkənin bu qədər ağır böhranla üz-üzə qaldığı bir vaxtda, belə yarışlara ev sahibliyi etmək vətəndaşın haqqının oğurlanmasıdır. Hökumət bir tərəfdən xarici borc yükünü artırır, iş yerlərini bağlayır, valyuta ehtiyatlarının azaldığını bildirir, o biri tərəfdən lazımsız tədbirlərə milyonlar xərcləyir.

Hökumət nə qədər bu yarışmanın reklamını aparsa da, cəmiyyətdə birmənalı mövqe formalaşdıra bilmədilər. Insanlar bu qədər vəsaitin talan edilməsinə etiraz bildirir, bunu ikrahla qarşılayır. Hamı başa düşür ki, belə tədbirlər xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaqdı. Artıq aydın olur ki, hökumət komandası məhz öz arzusunu həyata keçirmək üçün belə tədbirlər təşkil edir. Görünür, “Formula-1” yarışları başda oturanların hobbisidir, ona görə də dərhal reallaşdırıblar. Yəni ölkəni şəxsi obyektləri hesab edirlər və arzularını da büdcə hesabına reallaşdırırlar.

Gənclər və idman naziri Azad Rəhimov deyir ki, biz bu yarışlara cəmi 100 milyon pul xərcləmişik. Sonra da əlavə edir ki, 2 milyonluq bilet satılıb. Aydın şəkildə görünür ki, ümumilikdə xərclənən vəsaitin 10 faizi qədər də qazanc olmayacaq. Amma hökumət sübut etməyə çalışır ki, “Formula-1” yarışlarına xərclənən 100 milyon manat böyük vəsait deyil. Hətta bəzi “ağıllı”lar deyir ki, biz bu məbləğlə uzaqbaşı 1 ay müddətində təqaüdçülərin maaşını 18 manat artıra bilərdik. Yəni qüsurlu müqayisələr aparmaqla, insanların düşüncəsində 100 milyon manatlıq israfçılığı heçə endirmək istəyirlər.

Məsələ burasındadır ki, bu hökumət devalvasiyadan sonra dollarla krediti olanlara güzəşt naminə 240 milyon manat vermədi. Bunu da belə izah etdilər ki, vətəndaşa güzəşt maliyyə intizamını poza bilər.

Bu hökumət 13500 şəhid ailəsinin “qan pulu”nu – 148 milyon manatını hələ də vermir.

17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün Universitetdən kənarlaşdırılıb ki, bu tələbələrin təhsil haqqını ödəmək üçün 50-60 milyon manat vəsait tələb olunur.

“Formula-1” yarışlarına xərclənən vəsaitlə 2000 gənc ailəni evlə təmin etmək olardı.

“Formula-1” yarışlarına xərclənən vəsaitlə 10000 nəfər dializ xəstəsinin həyatını xilas etmək, məcburi müalicəyə ehtiyacı olan 10000 azyaşlı uşağın müalicəsini təşkil etmək olardı.

Bəli, insanlar sosial vəziyyətin ağırlığına dözə bilməyərək intihar edir, şəhid ailəsi komada yaşayır, ucqarlarda taxta daxmalarda dərs keçilir, Bakının ətraf qəsəbələrində hələ də kanalizasiya, su, qaz yoxdur və bütün bunlardan sonra “100 milyon böyük vəsait deyil” söyləyirlər.

Faktiki olaraq Avropa çempionatına 120 milyon manat, “Formula-1” yarışlarına 100 milyon manat xərcləmək vətəndaşın ah-naləsi üzərində bayram keçirməkdi.

Hökumət açıq şəkildə “itə ataram, xalqa vermərəm” deyir. Açıq şəkildə vətəndaşdan imtina etdiklərini, zəlil vəziyyətə düşmüş xalqa acımadıqlarını etiraf edirlər.

~ tərəfindən Patriot 18/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma