“OD OLMAYAN YERDƏN TÜSTÜ ÇIXMAZ”

eldar mahmudov-santaj

Eldar Mahmudovda hansı məmurlar barədə kompromatlar var?

İlham İsmayıl: “İntim video ilə şantac həmişə uğurlu alınmır”

Ümumiyyətlə seks videosu ilə şantac xüsusi xidmət orqanlarının nə vaxtdan vazkeçilməz olub?

Bu sualla təhlükəsizlik məsələrəi üzrə tanınmış ekspert İlham İsmayıla mürajiət edərək aşağıdakı cavabı alıb: “Hörmətli Ərəstun bəyin “MTN işi” kimi qəbul olunan proses barədə məlum müsahibəsi kifayət dərəcədə rezonans doğurub və müsahibədə proses əsasən düzgün qiymətləndirilib. Xüsusilə, işin yalnız istintaqdan deyil, daha çox siyasi qərarlardan asılı olan bir proses olduğu dəqiq göstərilib. Ərəstun Oruclunun qaldırdığı suallar da cəmiyyəti həm maraqlandıran, həm də narahat edən məsələlərdir. 

Bu deyilənlər öz yerində, amma hiss olunur ki, əksər mətbuat nümayəndələri və sosial şəbəkədəkilər “2800 ədəd seks videokaseti” barədə olan informasiyanı önə çəkərək, şantaj  materialların hədəflərinin kimlər olduqlarıyla daha çox maraqlanırlar. Kasetlər barədə fikir bildirməzdən əvvəl qeyd edim ki, seks şantajı tarixən xüsusi xidmət orqanlarının populyar metodlarından biri olub. Ərin və ya arvadın xəyanəti video, foto görüntülərlə qeyd olunandan sonra istər kəşfiyyat, istərsə də əks-kəşfiyyat bu metodla istədiyinə nail olmağa çalışıb. Yəni hədəfi cəsusluq etməyə cəlb etmək üçün həmin materiallardan istifadə ediblər. Bu metod həmişə də uğurlu alınmır. Xüsusilə diplomatlara (bəzi müsəlman ölkələri istisna olmaqla) qarşı işlədəndə onlar adətən bunu gülə-gülə qarşılayıblar.

ilham-ismayilQeyd olunan kasetlərin 90 faizi proses üçün siyasi qərar verilməsinə təsir edə bilməz, yəni hansısa məmurun, ictimai şəxsin, lap bəzi nazirlərin də, onların ailə üzvlərinin də görüntüsü son anda siyasi qərara təsir edə bilməz. O deyilən görüntülərin 10 faizi (rəqəmlər nisbidi) xüsusi narahatlıq yarada bilər ki, görünür, hələ də istintaq bu işdə hüquqa əsaslanan qərar verə bilmir. İkincisi, 2800 ədədin demək olmaz ki, hamısının təşəbbüskarı və sifarişçisi yalnız MTN işçiləridi. Ola bilsin ki, sifariş daha yuxarıdan gəlsin və kasetlərdə bunlar qeyd edilsin və məlumdur ki, belə sifarişlərin bəziləri televiziyalara, internetə qədər çıxarılıb. Sifarişlərin içərisində yalnız yataq səhnələri deyil, ölümlə nətijələnən qətllərin, rüşvət vermə-alma proseslərinin də olması mümkündür. Ərəstun Oruclunun konkret adlar çəkərək, onların niyə bu günədək istintaqa cəlb olunmamasının cavabını da məhz qeyd etdiyimiz sifarişlərdə, tapşırıqlarda axtarmaq lazımdır. İlk baxışda aydın olmayan bütün məqamlar şantajla bağlıdır. Vaxtilə qanunsuz, dövlətə, dövlətçiliyə xidmət etməyən sifarişlərin, tapşırıqların gözünə öz şəxsi maraqlarını da qoşub quldurluq edənlər bir gün cinayətlərin üstünün açılacağının fərqində olublar, hazırlıq görüblər. O hazırlıqla da onları ittiham edənləri şantaj edirlər. Vaxtilə Moderator .az saytına verdiyim açıqlamada demişdim ki, “MTN işi” tezliklə bitməyəcək və burda gözlənilməz hadisələr baş verəcək. Hələ ki, bir zabit intihar edib, intiharın şahidi də “özünə qəsd” edib, bir zabit də içəridən hədə-qorxu gəlir ki, məni buraxın, yoxsa özümü öldürərəm. Ümumiyyətlə, məhkəmənin olması belə çətin görünür. Məhkəmə çox güman ki, qapalı keçirilsin, ya da müttəhimlərin bəzilərilə əvvəlcədən razılaşdırılmış mövqe qoyulması şərti kəsilsin. Gedişatın istintaqdan çox, siyasi qərardan asılı olacağı açıq hiss olunur”.

İlham İsmayıl da müsahibəsində maraqlı açıqlamalar verib. Ekspert bildirib ki, xüsusi xidmət orqanlarında kompromat material bazası o zaman toplanır ki, dövlətə vacib olan mühüm məsələlər üçün müvafiq əməliyyat axtarış tədbirləri, izləmə və istintaq zamanı işə yarayır.

Ekspertin sözlərinə görə, əgər belə materiallar həqiqətən varsa, bu, artıq qeyri-qanuni şantaj və təhdiddir: “Əgər belə materiallar kimlərinsə şəxsi həyatına müdaxilə və şantaj xarakteri daşıyırsa, bu, elə sözün həqiqi mənasında şantajdır. Bu cür materialların toplanması keçmiş MTN-ə xarakterik iş deyildi. Deməli, Eldar Mahmudov nazirliyin bütün güjündən, əməliyyat-texniki imkanlarından şəxsi maraqları üçün istifadə edib.

Əgər kimlərinsə haqqında kompramateriallar, videolar varsa və bunlar hələ də müəyyən şəxslərin əllərində saxlanılırsa, çox təhlükəli məqamdır. Doğrudan da 2800 sayda disk və kasetlər varsa, bunlar hamısı qanunazidd əməllərin nəticəsidir. Məsələ odur ki, artıq ortada şantajdan qorxmaq məsələsindən söhbət gedir”.

Təhlükəsizlik eksperti söyləyib ki, bu videolar, görüntülü yazılar kimlərin əllərindədirsə, onları tapıb zərərsizləşdirmək və bu qorxu, şantajdan qurtulmaq lazımdır:

“Bu işi görən kimlərdirsə, kompramateriallar kimlərin əlində cəmləşibsə, həmin adamları bu gün tapmaq lazımdır və bu şantajdan qurtulmaq lazımdır.

Əks təqdirdə, biz bu videoların bir-bir, iki-iki ortaya çıxmasının şahidi olacağıq”.

İlham İsmayıl hesab edir ki, həqiqətən də Eldar Mahmudovun və ona yaxın olan dairələrin əlində belə videoların olduğu haqda məlumatlar inandırıcıdır.

Təhlükəsizlik eksperti deyib ki, keçmiş nazir Eldar Mahmudov bu günə qədər hələ də həbs edilmirsə, deməli, bu cür şantaj videolarından qorxan, çəkinən yüksək vəzifəli şəxslər və məmurlar var: “Yəqin ki, həqiqətən şantaj videoları var və mövcuddur. Çünki od olmayan yerdən tüstü çıxmaz. Bu günə qədər də Eldar Mahmudovun həbs olunmaması, bəlkə də, elə buna görədir.

Çünki həmin şantaj elədiyi, haqqında intim həyatına aid kompramateriallar əldə etdiyi vəzifəli şəxslər bu gün Eldar Mahmudovu həbs etdirə və ya edə bilmir.

Ehtimal ki, Eldar Mahmudovun əlindəki videolar məmur heyəti, zəngin şəxslər, ictimai nüfuzu olan və yüksək vəzifə tutanlarla bağlıdır”.

İlham İsmayılın sözlərinə görə, bəlkə də, bu videoların bir neçə nüsxəsi xarici ölkələrdə, ayrı-ayrı adamlarda saxlanılır və nə zamansa, hansısa yüksək vəzifəli şəxslərin şantaj edilməsi məqsədilə ortaya çıxarılacaq: “Amma indiki halda həmin videolar daha çox yüksək vəzifəli məmur heyəti haqqında ola bilər. Bəlkə də, bu materialların bir neçə nüsxəsi ayrı-ayrı şəxslərə ötürülüb.

Yəni başqa yerlərdə gizlin şəkildə ehtiyat kimi saxlanılır. Ola bilsin ki, hətta xaricdə saxlanılsın.

Çünki belə materiallar yaxın gələcəkdə  nə vaxtsa hansısa yüksək vəzifəli şəxslərin, məmurların şantaj olunmasında istifadə edilə bilər.

Buna görə də bu gün Eldar Mahmudovun həbs edilməməsində maraqlı olan şəxslər də var”.

~ tərəfindən Patriot 15/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma