ƏLİYEV BERLİNDƏ VƏD VERDİ

merkel-eliyev

Almaniya mətbuatı Azərbaycanı korrupsioner ölkə adlandırdı

Dövlət başçısı İlham Əliyev Almaniyada səfərdə olub. Almaniyanın ən müxtəlif media orqanlarında Əliyevin səfəri, kansler Angela Merkellə görüşdə müzakirə olunan məsələlər barədə məqalələr yayımlanıb.

Almaniyanın dünyaca məşhur “Der Spiegel” jurnalında Əliyevin Almaniya səfəri barədə məqalədə deyilir ki, Azərbaycan dünyanın ən çox korrupsiyaya qurşanmış ölkələrindən biridir. Qeyd olunur ki, beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan prezidentini seçkiləri saxtalaşdırmaqda, azad mətbuatı boğmaqda və işgəncələrdə günahlandırır.

“Der Spiegel” xatırladır ki, Ilham Əliyev klanının adı bu yaxınlarda üzə çıxarılan Panama sənədlərində də geniş yer tutur.

“Der Spiegel” hələ səfərdən öncə yazırdı ki, Ilham Əliyevə Berlində demokratiya və qanunun aliliyi barədə suallar veriləcəyi gözlənilir.

Ilham Əliyev Berlində “diktator” adlandırıldı

Digər nüfuzlu nəşr olan “Deutsche Welle” yazır ki, Ilham Əliyev Berlində səfərdə olarkən iqtisadi forumda iştirak edib. Daha sonra Almaniyanın federal kansleri Merkellə görüşüb:

“Forum Almaniyanın iqtisadiyyat və energetika nazirliyinin binasında keçirilib. Həmin binanın qarşısında etiraz aksiyası təşkil olunub. Aksiyada qaldırılan plakatlardan birində Ilham Əliyev ”diktator” adlandırılıb.

“Sərhədsiz Reportyorlar” təşkilatı federal kanslerin binası önündə Azərbaycan hakimiyyətindən həbsdəki jurnalistləri azadlığa buraxmağı tələb ediblər. Qaldırdıqları plakatlarda həmçinin Almaniya hökumətinə çağırış ediblər ki, Ilham Əliyevdən ölkədə mətbuat azadlığının təmin edilməsi tələb olunsun.

Ilham Əliyevin də iştirak etdiyi biznes-forumda Almaniyanın iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel çıxışı zamanı bildirib ki, ölkədə sabitliyin təmin olunması üçün hüquqi dövlətin mövcudluğu və insan hüquqlarının qorunması iqtisadi sahədəki səylərdən daha vacibdir.

Ilham Əliyevlə Merkelin görüşü zamanı Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Ilham Əliyev deyir ki, “niyə Ermənistan bu vaxta qədər işğalçı dövlət kimi tanınmayıb?”

Federal kansler Merkel isə hesab edir ki, Minsk qrupu çərçivəsində konfliktin nizamlanması səyləri davam etdirilməlidir. Merkelin fikrincə, Rusiya bu işdə həlledici rol oynaya bilər.

Ilham Əliyev də Rusiyaya ciddi ümidlər bəslədiyini bildirib. Azərbaycanın dövlət başçısı Rusiyanı “dost ölkə və strateji partnyor” adlandırıb”.

Əliyev Berlində vəd verdi

“Tagesspiegel” isə Əliyevin Almaniya səfəri barədə bunları yazır: “Federal kansler Angela Merkel mətbuat konfransında çıxışı zamanı onu da bildirdi ki, Almaniya fondlarının Azərbaycana qayıdıb fəaliyyət göstərməsinə ümid edir. Merkel Ilham Əliyevlə insan hüquqları və mətbuat azadlığına dair məsələləri müzakirə etdiyini də dedi. Ilham Əliyev isə ölkənin demokratiyaya bundan sonra da sadiq qalacağını bəyan etdi.

“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Cənubi Qafqaz üzrə direktoru Georgi Qoqia deyir ki, Azərbaycanda hələ də xeyli sayda siyasi fəal və jurnalist həbsxanalardadır. Azərbaycan hakimiyyəti hələ də birini buraxıb digərini tutmaq siyasətini davam etdirir”.

~ tərəfindən Patriot 08/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma