ƏFSANƏVİ BOKSÇU VƏFAT ETDİ

muhammed ali

Dünya şöhrətli boksçu Məhəmməd Əli 74 yaşında vəfat etdi

Əfsanəvi Məhəmməd Əlinin həyat yolu

Dünya şöhrətli boksçu, 74 yaşında vəfat edən Məhəmməd Əlinin həyat yolundan fraqmentləri Amerikanın səsi radousuna istinadla təqdim edirik.
1942 — Yanvar ayının 17-də Kassius Kley kimi ABŞ-ın Kentuki ştatının Luizvil şəhərində dünyaya göz açıb.1954 — Velosipedi oğurlanandan sonra boks məşqlərinə başlayır. Növbəti 6 ildə Kley 6 dəfə Kentuki Qızıl Əlcək, 2 dəfə ABŞ Qızıl Əlcək çempionluğunu və 2 dəfə AAU (Həvəskar İdman Birliyi) kubokunu qazanır.

1960 — Kley Romada keçirilən Yay Olimpiya Oyunlarında polşalı Zbiqnev Pietrzikovskimi 5-0-lıq tam qələbə ilə məğlub edərək yüngül çəkililər arasında qızıl medala yiyələnir. Oktyabr ayında o, ilk peşakar döyüşünü Tunney Hunsaker-ə qarşı qələbə ilə başa vurur.

1964 — Fevralın 25-də Kley dövrünün favoriti olan Sonny Listona qarşı döyüşə çıxır. Döyüşdən əvvəl rəqibini “çirkin qoca ayı” adlandıran Kley 7-ci raundun sonunda Listonu nokautla məğlub edərək ağır çəkililər arasında dünya çempionu olur və bu döyüşdən sonra bütün diqqətlər Kleyə yönəlir. O, Listonla döyüşdən sonra özünü “The Greatest” – boks tarixinin ən möhtəşəmi adlandırır və bu ad bir daha unudulmur.

Fevralın 26-da Kley İslam İcmasına qoşulur və martın 6-da adını rəsmi olaraq Məhəmməd Əliyə dəyişir.

1966 — Öz dini inancını əsas gətirərək o, hərbi xidmətdən imtina edir və Vyetnam Müharibəsində iştirak etmir.

1967 — ABŞ hökuməti onun statusunu rədd edir və Məhəmməd Əli fərariliyə görə 5 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, 10 000 dollar cərimə ödəməli olur. Nyu-York boks assosiasiyası isə onun titullarını əlindən alaraq Məhəmməd Əlinin döyüşlərdə iştirakına 3 illik qadağa tətbiq edir.

1970 — Nyu-York Ali Məhkəməsi onun boks lisenziyasını bərpa olunmasına dair qərar çıxarır.

1971 — Mart ayında Əli ağır çəkililər arasında çempion Frazier-ə qarşı döyüşə çıxır və 15-ci raundda məğlub olur.

Həmin ildə Ali Məhkəmə 1967-ci ildə onun barəsində çıxarılan fərarilik ittihamını da Əlinin üzərində götürərək bildirir ki, dini inancına görə, onun ilkin döyüşlərdə iştirakına icazə verilməməli idi.

1974 — Yanvar ayında Əli Frazier-i məğlub edir. Həmin il o, Corc Forman üzərində də qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir.

1975 — Əli yenidən Frazier-lə döyüşür. “The Thrilla in Manila” adı ilə məşhurlaşan bu döyüşdə də Məhəmməd Əli güclü rəqibini məğlub etməyi bacarır.

1978 — Fevral ayında Əli tutilini Leon Spinksə təhvil versə də, 6 ay sonra onun üzərində qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir.

1981 — Trevor Berbikə məğlub olan Əli dekabr ayında 39 yaşında peşəkar boksçu karyerasına son qoyduğunu bəyan edir. Məhəmməd Əli keçirdiyi 56 peşəkar döyüşdən cəmi 5-də məğlub olaraq 37 döyüşü nokautla qazanmaqla tarixə düşür.

1984 — Ona Parkinson xəstəliyi diaqnozu qoyulur.

1996 — Əli Corciya ştatının Atlanta şəhərində keçirilən Yay Olimpiya Oyunlarının məşəlini daşıyır.

1997 — Sports Illustrated Məhəmməd Əlini “Əsrin idmançısı” adına layiq görür.

2005 — O zamanki prezident Corc Buş Məhəmməd Əlini ABŞ-ın ən ali mülki medalı olan Prezidentin Azadlıq Medalı ilə təltif edir.

2009 — Əli prezident Barak Obamanın inaqurasiya mərasiminə qatılır.

2016 — İyun ayının 3-də Arizona ştatının Feniks şəhərində vəfat edir. 3 dəfə evli olan Məhəmməd Əlinin 9 övladı olub.

~ tərəfindən Patriot 05/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma