BUNDESTAQ “ERMƏNİ SOYQIRIMI”nı TANIDI

bundestag

Türkiyə səfirini geri çağırdı

İyunun 2-də Almaniya parlamentində (Bundestaq) 1915-ci il olaylarının “soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsi səsverməyə çıxarılıb. Bundestaqın demək olar ki, bütün deputatları qətnamənin lehinə səs veriblər. Cəmi 1 deputat sənədin əleyhinə səs verib, 1 deputat da bitərəf qalıb.

5 səhifəlik sənəd 1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırımına məruz qalmasını anmağa çağırır. Ermənistan həmin vaxt milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir. Ankara isə ötən əsrin əvvəlində – Osmanlı Imperiyası zamanında baş verən hadisələri soyqırımı kimi qəbul etmir. Və rəqəmlərin şişirdildiyini, həmin vaxt hər iki tərəfdən xeyli sayda ölənlərin olduğunu bildirir.

Qətnamə əleyhinə nəhəng aksiya

Qeyd edək ki, sənədi dəstəkləyənlər arasında kansler Angela Merkel də var. Sənədin qəbulundan əvvəl Almaniyada yaşayan 3,5 milyonluq türk əsilli vətəndaş qətnamənin əleyhinə kütləvi nümayiş keçirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə dəfələrlə bəyan edib ki, belə bir sənədin qəbulu ikitərəfli əlaqələri əngəlləyəcək.

Baş nazir Binəli Yıldırım da bu qərarın Türkiyə-Almaniya münasibətlərinə xələl gətirəcəyini bildirib.

Baş nazir “erməni soyqırımı” haqda qanun layihəsinin Almaniya parlamentində planlaşdırılan müzakirəsini “dostluq üçün test” adlandırmışdı.

AKP, CHP və MHP-dən Bundestaqa etiraz

Bundestaqın dünənki iclasından əvvəl Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının AKP, CHP VƏ MHP-dən olan üzvləri Almaniya parlamentinin “erməni soyqırımı”na dair qətnamə layihəsini müzakirəyə çıxarması ilə bağlı birgə etiraz bəyanatı yayıblar.

Bəyanatda bildirilir: “Bundestaqın ÿəsassız “erməni soyqırımı” iddialarını dəstəkləyən bir qərar layihəsini müzakirəyə çıxarmasını, ÿ1915-ci il hadisələri haqqında tarixi həqiqətləri təhrif edən və hüquqa uyğun gəlməyən layihəni şiddətlə qınayır və rədd edirik. Ikinci dünya müharibəsinin xüsusi şərtlərində yaşanan və türklərlə ermənilərin qarşılıqlı olaraq böyük ağrılar çəkməsinə səbəb olan hadisələrin tərəfli, təhrif edilmiş və müxtəlif subyektiv siyasi manipulyasiyalarla ələ alınaraq “soyqırımı” olaraq təqdim edilməsi əsla qəbul edilə bilməz.

Soyqırımı siyasi məqsədlərlə istismar edilə biləcək bir anlayış deyil. Beynəlxalq hüquqda tərifi açıq və qəti olaraq edilmiş bir cinayətdir. 1915-ci il hadisələrinin “soyqırımı” olduğuna dair səlahiyyətli bir məhkəmə qərarı olmadığı kimi, bu mövzuda hər hansı bir uzlaşmanın varlığından bəhs etməyin də mümkün olmadığını, Avropa Insan Hüquqları Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli “Perinçek – Isveçrə işi” qərarı da təsdiq edib”.

Bəyanatda qeyd olunur ki, Bundestaqın bu addımı Almaniyadakı 3 milyonluq türk icmasının vəziyyətinə də pis təsir edəcək, türklərlə almanları bir-birindən uzaqlaşdıracaq.

Türkiyədən operativ reaksiya

Qətnaməyə operativ reaksiya verən Türkiyə hökuməti Almaniya parlamentinin bu qərarını tanımayacağını bildirib. Ölkənin Xarici Işlər Nazirliyi Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etməsinə cavab olaraq bu ölkədən səfirini geri çağırıb.

Səfir Hüseyn Avni Karslıoğlu dünən axşam saatlarında Istanbula qayıdıb. Onun məsləhətləşmələr üçün geri çağırıldığı bildirilir.

Rəsmilərdən ilk açıqlama verən AKP sözçüsü Yasin Aktay Almaniya parlamentindəki səsvermənin iki ölkə münasibətlərinə ciddi zərər verəcəyini deyib.

Ərdoğandan sərt mesaj

Keniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentində 1915-ci ildə baş verən hadisələrə dair qətnamənin qəbulunu sərt şəkildə qınayıb: “Ilk addım olaraq biz Berlindəki səfirimizi geri çağırırıq. Bundestaqın bu qərarı Almaniya və Türkiyə münasibətlərinə ciddi təsir göstərəcək. Biz qiymətləndirmə apardıqdan sonra lazım olan tədbirləri görəcəyik”.

Türkiyə parlamenti Bundestaqın qərarına cavab olaraq rəsmi deklarasiya qəbul etməyi planlaşdırır. Bundan başqa, Almaniyanın Ankaradakı səfiri Martin Erdmann məsələ ilə bağlı Türkiyə Xarici Işlər Nazirliyinə çağırılıb.

Almaniya hökuməti Türkiyə ilə Ermənistan arasında dialoqun bərpa olunmasına yardım etmək niyyətindədir”.

Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib(apa). Onun sözlərinə görə, Almaniya və Türkiyəni çox şey bir-birinə bağlayır. O, həmçinin Almaniyanın Osmanlı Imperiyasında baş verən hadisələrin anlaşılmasına da yardım etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Merkel Bundestaqın məlum qətnamə layihəsinin təsdiq olunduğu iclasına qatılmayıb.

Erməni tərəfi məmnun qalıb

Ermənistan Xarici Işlər Nazirliyi isə Almaniya parlamentinin qərarını məmnunluqla qarşıladığını bəyan edib.

Xatırladaq ki, uydurma erməni “soyqırımını” tanıyan ölkələr arasında Rusiya, Uruqvay, Fransa, Polşa, Kanada, Niderland, Belçika, Argentina, Braziliya, Litva, Vatikan var. Həmçinin ABŞ-ın əksər ştatları, Avropa Parlamenti və Ümumdünya Kilsələr Şurası da bu “soyqırımını” tanıyanlar sırasında yer alır.

Miqrant sazişi təhlükə altında

Şərhçilər hesab edir ki, bu qərar Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşmasının həyata keçirilməsini daha da çətinləşdirəcək. Bu razılaşmada Türkiyənin bütün qanunsuz miqrantları qəbul etməsi, əvəzində Ankaraya əlavə vəsait ayrılması, Türkiyəyə qarşı viza rejiminin ləğvi və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

BBC-nin Berlin müxbiri Damien Mk Guinness yazır ki, Ankaradan gələn reaksiyalar, gözlənildiyi kimi, çox sərt olub: “Türkiyənin xarici işlər naziri hətta Berlini öz tarixinin qara səhifələrini ört-basdır etməyə çalışmaqda ittiham etdi. Aydındır ki, bu, Almaniyanın nasist keçmişinə işarə idi. Ancaq bir çox alman siyasətçiləri üçün bu səsvermə elə məhz bunun əksidir. Bu, yalnız Türkiyənin 20-ci əsrdəki çətin tarixilə yox, həm də Almaniyanın həmin dövrdəki tarixilə bağlıdır. Parlamentdəki çıxışlardan bir çoxu 1915-ci il qətliamında Almaniyanın məsuliyyət daşımasına yönəlmişdi. O zaman Almaniya imperiyası Osmanlının hərbi müttəfiqi idi. Almaniya kütləvi qırğınlar barədə məlumatlı ola-ola onların qarşısını almaq üçün heç nə etməməkdə ittiham olunur. Beləliklə, bir çox alman üçün bu qətnamə Almaniyanın tarixi qəbahəti ilə bağlıdır. Ancaq əsas sual odur ki, bütün bunlar Avropanın miqrant böhranını çözmək cəhdləri üçün nə deməkdir. Diplomatik münasibətlər gərginləşə bilər. Lakin Berlində ümid edirlər ki, gərginlik Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasına ziyan vurmayacaq”.

~ tərəfindən Patriot 02/06/2016.

2 Cavab to “BUNDESTAQ “ERMƏNİ SOYQIRIMI”nı TANIDI”

  1. Berlində ümid edirlər ki,gərginlik Avropa birliyilə Türkiyə arasındakı miqrant razılaşmasına ziyan vurmayacaq.Almanlar(Faşist Hitlerin nəvələri) səhv düşünürlər.Elə zərər verəcək,özü də olmayan kimi.
    Həmin bu almanlar Xocallıda erməni dığalarının törətdiyi söyqırımı niyə bundestaqda təsdiqə vermirlər?
    XOCALLI soyqırımı ilə əlaqəli hələ SİFARİŞ almayıblar?
    Erməni kökənli digər millətlər Türkiyədə yaşadıqları kimi,Azərbaycanda da yaşayırlar.Erməni kökənlilər Türkiyənin həyatını açıq-açığa zəhərləyir, Azərbaycanda isə bu fəaliyyətlərini mədəni surətdə həyata keçirirlər.Allah onları qırsın,bəlkə bu millətin canı qurtara.
    Erməni dığalarının Almaniyada yaşayan alman(Faşist Hitlerin nəvələri)kimi dostları varsa,Türkiyə və Azərbaycanın da ALLAHı var.

  2. Hörmətli VƏTƏNİM qəzetinin redaksiyası,sizin qəzetin yazılarına Tvitter və Facebook səhifələrində rast gəlmək olmur.Niyə?

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma