RASMUSSEN MƏSLƏHƏTÇİ TƏYİN OLUNDU

Rasmussen

Ukrayna prezidentinin yeni müşaviri Rasmussen oldu

Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sabiq baş katibi Anders Fogh Rasmusseni özünə məsləhətçi təyin etdi. Petro Poroşenkonun bu addımı, çox güman ki, Ukraynanın Qərb dünyası tərəfindən daha ciddi dəstəklənməsini təmin etməyə hesablanıb.

Açıqlamalara görə Rasmussenin əsas vəzifəsi Ukraynanın təhlükəsizliyi və Avropa ilə əlaqələrinin gücləndirmək olacaq.

Danimarka sabiq baş naziri və dünya seçkinlərinin pərdə arxasındakı cəmiyyəti olaraq bilinən məşhur “Bilderberg” qrupunun da üzvü olan Rasmussen Rusiya əleyhdarı ifadələri ilə tanınır. O, NATO-nun baş katibi olduğu yaxın keçmişdə Baltik respublikalarına hərbi-texniki yardım göstərilməsi və bölgədə hərbi təlimlər keçirilməsi fikrini ortaya atır, Qərb ölkələrini buna təşviq edirdi. Ukrayna böhranı çıxarkən, xüsusilə, ölkənin şərqində yerləşən Donbassdakı silahlı qarşıdurmalar zamanı Rasmussen bütün məsuliyyətin Rusiyada olduğunu bildirmişdi.

Son zamanlar Ukrayna-Rusiya arasındakı ziddiyyətlərin yenidən vüsət aldığı bir zamanda NATO-nun sabiq baş katibinin yeni vəzifəsinə təyin olunması da təsadüfə oxşamır. Görünür, rəsmi Kiev Qərbin daha artıq dəstəyini alaraq, ölkəsini qorumaq və Rusiya qarşısında çəkindiricilik gücü qazanmaq məqsədilə bu addımı atıb.

~ tərəfindən Patriot 30/05/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma