NATO-dan QƏZƏBLİ XƏBƏRDARLIQ

nato

“Rusiyaya kömək etməklə bizə xəyanət etmiş olursuz!”

NATO İspaniyanı alyansın maraqlarına zidd addımlar atmaqda ittiham edib. Və bildirib ki, rəsmi Madrid Rusiyaya kömək etməklə NATO-ya xəyanət etmiş olur.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət, İspaniyanın Rusiya hərbi gəmilərinə Gibraltar yaxınlığındakı hərbi bazaya giriş icazəsi verməsindən gedir.  

«Times» qəzetinin yazdığına görə, Rusiyaya məxsus 57 gəmi və sualtı qayıq Gibraltarın 30 kilometrliyində yerləşən Seutdakı hərbi bazaya daxil olub: «ABŞ Konqresinin üzvü Coo Pist bildirir ki, İspaniyanın Rusiyanın hərbi gəmilərinə Seutdakı limandan istifadə üçün şərait yaratması NATO daxilində həmrəyliyi parçalayır. NATO hərbi analitikləri də hesab edirlər ki, Madridin hərəkətləri Moskvaya hərbi təsirini genişləndirməyə və cənubdakı limanlara çıxmağa imkan yaradır. NATO-dan bildirirlər ki, rus gəmiləri ispan limanına elə intensiv daxil olur ki, az qala, Gibraltarı Rusiyanın Aralıq dənizindəki əsas hərbi bazası adlandırmalı olursan”. 

Xatırladaq ki, bu ilin aprelində İspaniyanın mühafizə gəmisi ABŞ-ın sualtı qayığının Gibraltara yaxınlaşmasına mane olmağa çalışmış, nəticədə Britantiyanın nəzarət kateri ispan tərəfinə xəbərdarlıq atəşi açmalı olmuşdu.

Ötən ilin sonlarında isə İspaniya Rusiya sualtı qayığını Gibraltar yaxınlığındakı limana buraxmışdı. Madridin bu addımı Britaniyada sərt tənqid olunmuş və anklav əhalisini qorxutmaq cəhdi kimi qiymətləndirilmişdi.

Gibraltar – Britaniya ilə İspaniya arasında mübahisəli zonadır. 1714-cü il Utrext sülh müqaviləsinin nəticələrinə əsasən Gibraltar Britaniya torpaqlarına daxil edilib. Ərazisinin itirilməsilə barışmayan İspaniya məsələni müxtəlif səviyyələrdə həll etməyə çalışsa da, Gibraltar hələ də Britaniya anklavı olaraq qalır. 1968 və 2002-ci illərdə Gibraltarda keçirilən referundumlarda əhalinin demək olar ki, hamısı Britaniya pasportunu daşımağa razı olduğunu bildirmişdi.

Aralıq dənizi ilə Atlantik okeanı birləşdirən və starateji əhəmiyyətə malik bu anklavda NATO-nun hərbi dəniz bazası yerləşir.

~ tərəfindən Patriot 27/05/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma