BU GÜN LAÇIN RAYONUNUN İŞĞALINDAN 24 İL KEÇİR

lacin

Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər

Bu zaman 122 yaşayış məntəqəsinin ələ keçirildiyi qeyd edilir. 300-ə yaxın insanın həlak və ya girov götürüldüyü deyilir. 64 min nəfər məcburi köçkünə düşüb.

İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bütün tarixi-mədəniyyət abidələrinin talan edildiyi deyilir.

Bu rayonun əhəmiyyətli strateji mövqeyinin olduğu da bildirilir. Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında koridor rolunu oynayır.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

~ tərəfindən Patriot 18/05/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: