UKRAYNA “EUROVİSİON -2016” nın QALİBİ SEÇİLDİ

jamala - eurovision -2016

“Eurovision”un qalibi Krım tatarı oldu

Eurovision-2016Stokholmda Globe Arenada keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi müəyyənləşib. 61-ci “Eurovision” yarışmasının qalibi Ukrayna olub. Bu ölkəni musiqi yarışmasında Krım tatarlarının deportasiyasından bəhs edən 1944 adlı mahnısı ilə Camala təmsil edib. Camala – əsl adı Susana Camaladinova – Krım tatarıdır. Mərkəzi Asiyaya deportasiya olunanların nəslindəndir. Qırğızıstanda anadan olub. Atası türk (tatar), anası ermənidir. Mahnı Krım tatarlarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir. Mahnının nəqarət hissəsi türk dilindədir.

Camala yeni qayda üzrə keçirilən səsvermədə toplam olaraq 534 xal qazanıb.

Müsabiqədə 2-ci yeri 511 xalla Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə 491 xalla Rusiya nümayəndəsi Sergey Lazarev tutub.

“Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.

Xatırladaq ki, səsvermə zamanı  Azərbaycan 12 balı Rusiyaya verib. Rusiya isə Azərbaycana 10 bal , Ermənistana isə 12 xal verib.

~ tərəfindən Patriot 15/05/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma