İTKİ GƏTİRƏN ATƏŞKƏS…

Şehid

Atəşkəs dövründə 1008 şəhid vermişik, 1205 hərbçi isə yaralanıb

1994-cü ilin 12 mayından 2016-cı ilin 12 mayınadək olan atəşkəs itkiləri

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) bildirir ki, tərəflər arasında atəşkəs müqaviləsinin imzalandığı vaxtdan keçən 22 il ərzində (1994-cü ilin 12 mayından 2016-cı ilin 12 mayınadək) Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin 2 min nəfərdən artıq hərbçisi dünyasını dəyişib və ya yaralanıb.

Qurumun rəhbəri Cəsur Sümərinli bildirir ki, sözügedən müddətdə ən azı 1008 Azərbaycan hərbi qulluqçusu həlak olub. Onların 873 Azərbaycan hərbçisi erməni gülləsindən dünyasını dəyişib, 135-dən artıq Azərbaycan hərbçisi isə mina partlayışından vəfat edib. Müvafiq dövrdə isə 1205 hərbi qulluqçu cəbhə bölgəsində yaralanıb və ya xəsarət alıb. Belə ki, həmin dövrdə erməni gülləsindən yaralananların ümumi sayı isə 965 nəfərdən yuxarıdır. 240-dan artıq hərbi qulluqçu isə mina partlayışından yaralanıb.

“Bizim kütləvi informasiya vasitələri üzərində apardığımız monitorinqin nəticələri, hərbi mənbələrdən əldə etdiyimiz məlumatlar, eyni zamanda əsgər valideynlərindən əldə etdiyimiz müxtəlif informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir”, – C.Sümərinli bildirib.

Bundan başqa, sözgüdən müddətdə cəbhə xəttində 90-dan artıq mülki vətəndaş həlak olub. Onlardan 50 nəfəri erməni gülləsindən, 40 nəfəri isə mina partlayışından həlak olublar. Müvafiq dövrdə 140 mülki şəxs cəbhə xəttində yaralanıb və ya xəsarət alıb. Onlardan 80 nəfəri erməni gülləsindən yaralanıb, 60 nəfəri isə mina partlayışından xəsarət alıb.

Qeyd edilən dövrdə Azərbaycanın 10 mülki vətəndaşı girov götürülüb, sonradan qaytarılıb. İki azərbaycanlı (onlardan biri Rusiya vətəndaşıdır) hazırda işğal altında olan Dağlıq Qarabağda qondarma məhkəmə prosesinə cəlb olunub.

Sözgüdən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar.

Xəzər İnstitutunun direktoru C.Sümərinli göstəricilərin qeyd olunanlardan yüksək ola biləcəyini də istisna etmir.

~ tərəfindən Patriot 15/05/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: