GƏNC FƏALLARA 4 AYLIQ HƏBS

feal gencler hebs

“Heykəldən üzr istəyin, sizi buraxaq!”

“Hakimiyyət fikirləşir ki, bu hərəkət ciddi cəzalandırılmalıdır. Əks halda, yeniləri ortaya çıxa bilər”

Müxalifət partiyaları gəncləri azad etməyə çağırdı

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar – Bayram Məmmədovla Qiyas İbrahimov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Gənclər qanunsuz narkotik dövriyyəsində ittiham olunurlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin hər birinin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ölkədə baş verən xəbərləri – Youtube Kanalında izlə

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Heykəl yazılandan sonra yoxa çıxmışdılar

qul bayramiHər iki gənc iki gün idi yoxa çıxmışdı. NİDA Vətəndaş Hərəkatı bildirmişdi ki, Bayram Məmmədovla Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanılıblar.

Sosial şəbəkələrdə yayılan fotolarda heykəlin postamentində iki tərəfdən ağ boya ilə “Qul bayramınız mübarək” və “F… the system!” yazılmışdı. Səhəri gün yazılanlar silinmişdi. 

Vəkil Elçin Sadıqov isə yoxa çıxan gəncləri mayın 12-də səhər Nərimanov rayon polis idarəsindən tapıb. Vəkil onları müvəqqəti saxlama yerini məcburən süpürən görüb:

“Onları müvəqqəti saxlama yerinin həyətini süpürməyə məcbur edirdilər. Üzlərindən görünürdü ki, onları çox qorxudurlar”.

Bundan sonra polis vəkili həyətdən çıxarıb. Xətai rayon məhkəməsində isə Bayram Məmmədov deyib ki, polis idarəsində hər ikisinə işgəncə verilib. Vəkil deyir ki, onlara işgəncə altında ittihama qol çəkdiriblər. Həm də Heydər Əliyevin heykəlindən üzr istəməyi tələb ediblər:

“Bayram Məmmədov məhkəmədə dedi ki, hər ikisindən heykəl qarşısında üzr üstəməyi tələb ediblər. Deyiblər ki, “çəkiliş qarşısında heykəldən üzr istəyin, bundan sonra sizi buraxaq””.

Qiyas İbrahimovun yaxınları hələlik mediaya danışmaq istəmədiklərini bildiriblər. Bayram Məmmədovun atası Fərman Məmmədov isə bildirdi ki, evdə axtarış aparanda onların iştirakına imkan verməyiblər:

“Əvvəlcə tutub özünü aparıblar, sonra da gətirəndə bizi içəri girməyə qoymadılar”.

~ tərəfindən Patriot 12/05/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma