RUSİYANIN QARABAĞ PLANI DÜYÜNƏ DÜŞÜB

aliyev-putin-sarkisyan

Hətta Kremlin özündə problemin qısa müddətdə həllinə inanmırlar

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan arasında kompromislərin əldə olunması üçün şəxsən və fəal şəkildə çalışacaq.

Virtualaz.org xəbər verir ki, bu məlumatı “Izvestiya” qəzeti Rusiya diplomatik çevrələrindəki qaynağa istinadən yazıb. Bildirilir ki, Putinin vasitəçiliyi ilə Qarabağ danışıqları yaxın günlərdə başlayacaq. Rusiya prezidenti hər iki tərəfdən siyasətçiləri kompromislərin zəruriliyinə şəxsən inandırmağa səy göstərəcək.

Konkret göstərilməsə də belə görünür ki, söhbət Azərbaycan və Ermənistan prezidentlərinin Putinin vasitəçiliyi ilə baş tutacaq görüşündən gedir.

“Izvestiya” yazır ki, təmas xəttində gərginliyin azaldılmasından söhbət gedəndə tərəflərin heç biri güzəştə getmək istəmir. “Söhbət döyüş əməliyyatlarının dayandırılmasından gedən kimi hər iki tərəf danışıqlar masasının arxasına keçməyə hazır olur. Ancaq dərhal qarşılıqlı iradlar yada düşür və ərazi məsələsi həll edilməmiş qalır. Qarşıdan ağır danışıqlar gəlir və burada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq”,- deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyanın nizamlama planı bundan ibarətdir ki, Azərbaycana ərazilərin bir hissəsi qaytarılır, münaqişə zonasına sülhməramlılar yerləşdirilir, qaçqınlar öz yerlərinə qayıdır və Dağlıq Qarabağ legitimləşdirilir. Yəni sərhədlərin açılması, iqtisadi əlaqələrin bərpa olunması təmin edilir. Sonradan isə ehtiraslar səngiyəndə Dağlıq Qarabağın hüquqi statusuna dair referendum keçirilir. Lakin mənbə deyib ki, əgər referendumun nəticəsinin öz xeyrinə olmadığına əmin deyilsə tərəflərdən heç biri bu planla razılaşmaq istəmir.

Qəzet yazır ki, ekspertlər bunları nəzərə alaraq indiki mərhələdə danışıqlarda hansısa dönüşün olacağını gözləmirlər. Və belə görünür ki, Putinin vasitəçiliyi ilə baş tutacaq danışıqların məqsədi gərginliyi azaltmaq və gələcəkdə konstruktiv dialoqun aparılmasına zəmin yaratmaqdır.

Rusiyanın MDB Institutunun Qafqaz şöbəsinin rəhbəri Dmitri Madoyev deyir ki, münaqişənin hərbi həlli ola bilməz, ancaq danışıqlar da olduqca mürəkkəb keçəcək. “Indi hansısa dönüşün olacağı gözlənilən deyil. Ancaq ümid edək ki, intensiv diplomatiya öz nəticələrini verəcək. Tərəflər qeyri-müəyyənlikdən yorulublar, hərbi əməliyyatların başlaması təhlükəsi isə heç kimə lazım olmayan gərginlik yaradır”, – deyə ekspert bildirib.

~ tərəfindən Patriot 19/04/2016.

Bir Cavab to “RUSİYANIN QARABAĞ PLANI DÜYÜNƏ DÜŞÜB”

  1. Qarabağ torpaqlarının Azərbaycana qaytarılmasının həlli YALNIZ HƏRB yoludur.Hal-hazırda danışılan Rusiya variantı bizim üçün tamamilə məqsədyönlü deyildir.Sonraya qalan torpaqların başında çoxlu bəlalar olacaqdır.Dəmiri isti-isti döymək lazım idi.Amma hələ də gec deyil.Ziyanın yarısından da qayıtmaq xeyirdir.Torpaqlarımızı tam geri qaytarmaq üçün minnət variantlarından vaz keçmək lazımdır.Hərb yolu ən doğru və halal yoldur.Qarabağ torpaqlarının həlli işində müdaxilə etmək niyyətində olan dövlətlər öz məqsədlərinə çatmağa çalışırlar.
    Belə həll variantı bilirsiniz nəyə bənzəyir? Bir nəfər başqa birinə borclu olanda pulun bir hissəsini qaytararaq qarşı tərəfi həmin an susdurum və sonrasına baxarıq deyə düşünürlər.Sonra nə baş verəcəyi onu maraqlandırmır.Təki həmin an sakitlik yaransın və guya həll edilir kimi düşünülsün.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma