LEYLA VƏ ARİF YUNUS ÖLKƏDƏN GETDİ

yunuslar-niderlandda

Bu vaxta qədər buna icazə verilmirdi

Keçmiş vicdan məhbusları, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus müalicə məqsədilə ölkəni tərk edə biliblər. Onlar bu gün səhər saatlarında Niderlandın paytaxtı Amsterdama eniblər. Onları hava limanında Niderland XİN əməkdaşları və qızları Dinara Yunus qarşılayıb.

Yunuslar ölkəni məhz Niderland XİN-in dəstəyi ilə tərk edə biliblər. Onlar Niderlandda müalicə olunacaqlar. Onların müalicədən sonra da Niderlandda qalıb qalmayacaqları isə hələ bəlli deyil. Niderland XİN nümayəndəsi deyib ki, bu, Yunusların verəcəyi qərardan asılıdır.

Yunuslar həbsdən çıxdıqdan sonra səhhətlərindəki problemlərə görə müalicə məqsədilə ölkəni tərk etmək istəyirdilər, lakin buna icazə verilmirdi.

~ tərəfindən Patriot 19/04/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma